Lənkəranda külək irigövdəli ağacı avtomobilin üstünə aşırıb
Hadisə 08 Sentyabr 2026, 11:36
268
Lənkəranda güclü külək ağacı avtomobil üstünə aşırıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Kiçik Bazar deyilən ərazisində qeydə alınıb. Belə ki, yağışla müşayiət olunan güclü külək iri gövdəli ağacı hərəkətdə olan "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsinin üstünə aşırıb. Xəsarət alan olmayıb, maşına ciddi ziyan dəyib.
Dərhal əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Avtomobil üstünə aşan ağac xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib.
Həmçinin oxuyun
Hazırda rayon ərazisində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Küləkli havada 4 nəfər xəsarət alıb
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.Məlumata görə, güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub."Xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa, mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamağa çağırırlar", məlumatda deyilir....
08 Sentyabr 2026, 10:24
Binəqədidə yarımtikilidə yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının tikilməkdə olan binanın ikinci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb....
07 Sentyabr 2026, 20:24
Binəqədi rayonunda velosiped oğrusu saxlanılıb
Bakının Binəqədi rayonunda dörd nəfərə məxsus dəyəri 2000 manatdan çox olan velosipedlər oğurlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı Hikmət Burcəliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla o, binaların blokunda, eyni zamanda digər ərazilərdə sahibsiz olan velosipedləri günün müxtəlif vaxtlarında talayıb.Faktla bağlı araşdırma aparılır.
07 Sentyabr 2026, 18:56
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Paytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.Citypost.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pul vəsaitini alıb və hadisə yerindən uzaqlaşıb.Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb.Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
07 Sentyabr 2026, 17:14
Ədliyyə və DİN-dən birgə əməliyyat: “Kalaşnikov” və güllələr tapıldı
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Ədliyyə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov AKMS" markalı avtomat silah, ona məxsus 2 ədəd daraq və 55 ədəd güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır....
07 Sentyabr 2026, 13:04
Sürücü sükan arxasında yuxuladı, avtomobil aşdı
Bu gün səhər saat 7 radələrində Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində “Toyota” markalı nəqliyyat vasitəsi aşıb. İlkin məlumata əsasən, hadisə sürücü A.Cabbarovun sükan arxasında yuxulaması səbəbindən baş verib.Citypost.az xəbər verir ki, bununla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sürücülərə müraciət edib.O bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqlar edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur: “Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil, bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.Uzaq məsafəyə səfərə çıxan...
07 Sentyabr 2026, 12:59