Bizə yazın

Baku

-°C

USD

-

Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb

Hüquq 29 Noyabr 2024, 20:47

7904

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə “Dövlət hesabına hüquqi yardım” mövzusunda “Zoom” platforması vasitəsilə növbəti Ümumrespublika Müşavirəsi keçirilib.

Bu barədə  kollegiyadan məlumat verilib.

Müşavirədə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqin nəticələrinin təhlili, bu sahədə mövcud olan problemlər səsləndirilib.

Kollegiyanın sədri Anar Bağırov xatırladıb ki, dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi ARVK-yə həvalə edilib:

"Bu sahədə Kollegiya öz üzərinə götürdüyü öhdəlikləri tam icra edir. Bununla əlaqədar Rəyasət Heyəti qısa müddətdə müvafiq işlər görüb, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri mərkəzləşdirilmiş qaydada təşkil edilib, aidiyyəti sənədlərin dəqiq uçotunun aparılması təmin olunub".

Sonra sədr indiyədək dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iclas iştirakçılarına məlumat verib, bu sahədə mövcud olan bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinin nəzərə çatdırıb.

Eyni zamanda sədr bütün Vəkil bürolarında icmal məktubunun müzakirə edilməsini, orada qeyd edilən məsələlərə baxılmasını və bu barədə büro rəhbərləri tərəfindən Kollegiyaya rəsmi qaydada məlumat verilməsini bildirib, habelə gələcəkdə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqlərin gücləndiriləcəyini vurğulayıb.

Daha sonra ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək ötən il ərzində Mərkəz tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib, dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iştirakçıların diqqətinə çatdırıb.

Sonda məsələ ətrafında geniş müzakirələr aparılıb, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər irəli sürülüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vəkil Seçən Vətəndaşlara Diqqət!

İnsanlar arasında yayılmış bir yanlış fikir var: “Əgər mən vəkilə müraciət etsəm, işim 100% həll olunacaq.” Hətta ən peşəkar vəkil belə işin nəticəsini özü müəyyən edə bilməz. Qərarı sonda yalnız məhkəmə verir.Citypost.az-ın məlumatına görə, vəkilin əsas vəzifəsi işinizi düzgün, sistemli və sübutlarla dəstəklənmiş şəkildə hazırlamaqdır. O, bütün sənədləri toplayır, hüquqlarınızı qoruyur, hüquqi əsasları göstərir və məhkəməyə təqdim edir. Vəkil həmçinin proses zamanı ortaya çıxa biləcək pozuntuların qarşısını alır və sizin maraqlarınızı peşəkarcasına müdafiə edir.Lakin bəzi vətəndaşlar vəkillə bağlı yanlış gözləntilərə malik olur. Onlar düşünür ki, vəkil işin nəticəsini özü müəyyən edir və sonda qərar verəcək. Əslində, vəkil yalnız sizə hüquqi...

17 Fevral 2026, 18:00

Polis çağırışı: Vətəndaşın bilməli olduğu hüquqlar 

Hər gün müxtəlif səbəblərlə vətəndaşlar polis tərəfindən çağırılır. Bəzən insanlar bu çağırışları ciddiyə almır və ya necə davranacağını bilmirlər. Lakin hüquqlarınızı bilmək və doğru addımlar atmaq vacibdir ki, sizi əsassız məsuliyyətə cəlb etməsinlər.Citypost.az-ın məlumatına görə, əvvəlcə çağırışın rəsmiliyini yoxlayın. Çağırış vərəqəsi varsa, orada çağırılan idarənin adı, tarix, çağıran polis əməkdaşının adı və vəzifəsi qeyd olunmalıdır. Əgər çağırış telefon vasitəsilə edilibsə, səbəbini, polisin adını, soyadını və vəzifəsini öyrənin. Polis sizi şahid, zərərçəkmiş və ya şübhəli şəxs kimi çağıra bilər, amma hər halda səbəb açıq şəkildə bildirilməlidir.Çağırışdan yayınmaq məqsədə uyğun deyil — getməsəniz məcburi gətirmə barədə qərar çıxarıla bilər. Çağırışa gedərkən hüquqlarınızı...

17 Fevral 2026, 13:09

DİQQƏT işdən çıxarkən : nələri bilməlisiniz

İş yerlərində hüquqların pozulması, təzyiq və qeyri-etik davranışlar nadir hal deyil. Bəzən işçilər rəhbərlikdən və ya həmkarlarından gələn təzyiqləri düzgün qiymətləndirmir, “sadəcə belədir” deyə qəbul edirlər. Lakin hər bir işçi bilməlidir ki, əmək münasibətləri qanunla qorunur və hüquqlarının pozulmasına yol verməməlidir.Citypost.az-ın məlumatına görə, Əmək Məcəlləsinə əsasən, işçinin əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi və ya işdən çıxmağa məcbur edilməsi qəti qadağandır. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə görə, əmək müqaviləsinin qanunsuz dayandırılmasına görə vəzifəli şəxslər 1 500–2 000 manat məbləğində cərimə oluna bilərlər.Belə hallarda işçi işdən çıxmaq üçün ərizə verə, əmək kitabçasını aldıqdan sonra 1 ay müddətində məhkəməyə müraciət edə bilər....

17 Fevral 2026, 12:52

Krediti saxtalaşdıranlara xəbərdarlıq  

Onlayn kreditlə bağlı qanuni məsuliyyət barədə xəbərdarlıqCitypost.az-ın məlumatına görə, son dövrlərdə vətəndaşlar arasında onlayn kredit götürüb sonra silmək halları ilə bağlı çoxsaylı müraciətlər müşahidə olunur. Qeyd etmək lazımdır ki, bu cür hərəkətlər qanuni məsuliyyət yaradır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi, 272–273-cü maddələri və 320-ci maddəsi rəsmi sənədlərin və maliyyə alətlərinin saxlanılması və istifadə qaydalarını tənzimləyir. Onlayn kreditlərin saxtalaşdırılması, ödənişlərin təhrif olunması və ya silinməsi cinayət məsuliyyəti yarada bilər.Hüquqşünaslar xəbərdarlıq edirlər ki, belə hərəkətlər yalnız kredit götürən şəxsi deyil, həmçinin bu prosesi təşkil edənləri də məsuliyyətə cəlb edə bilər. Cinayət məsuliyyəti həm maddi, həm də cinayətkar hallarda daha ağır nəticələr doğura...

16 Fevral 2026, 13:12

DİQQƏT - Bağışlanan ev boşanma zamanı mübahisə mövzusu ola bilər  

Vətəndaşlar tez-tez soruşurlar: “Əgər evimi oğluma bağışlamışamsa, amma o boşanırsa, gəlim evdən pay ala bilərmi?” Bu sualın hüquqi cavabı bağışlanmanın mahiyyətinə əsaslanır.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, bağışlanma aktı ilə verilən əmlak bağışlanan şəxsin şəxsi mülkiyyəti sayılır. Yəni, belə əmlak ümumi və ya birgə mülkiyyət hesab edilmədiyi üçün boşanma zamanı digər tərəfə pay düşmür. Başqa sözlə, bağışlanan ev artıq bağışlanan şəxsin sərəncamındadır və onun üzərində tam mülkiyyət hüququ mövcuddur.Lakin, məhkəmə təcrübəsində bəzi hallarda istisnalar mövcuddur. Məsələn, 2024-cü il mart ayında Alim Həkimənin verdiyi bir qərarda qeyd olunur ki, əgər bağışlanmış əmlak uzunmüddətli nikah dövründə ailənin rifahına müsbət...

16 Fevral 2026, 12:50

Cadugərlərin oyununa gələn vətəndaşlar nələrdən xəbərsizdir?

Son dövrlərdə bəzi vətəndaşlar cindar və cadükarlar tərəfindən hüquqlarının pozulması halları ilə üzləşirlər. Citypost.az xəbər verir ki, əsasən, vətəndaşlar şəxsi məsələlərini həll etmək üçün bu şəxslərə müraciət etsələr də, bəzən onların etibarından sui-istifadə olunaraq maddi və əmlak hüquqları əlindən alınır.Qeyd etmək lazımdır ki, belə hallarda vətəndaşın etibarına ziyan vuran şəxslər barədə cinayət işi açılmaq hüququ vardır. Əmlak və hüquqların ələ keçirilməsi ilə bağlı hər hansı problemlə üzləşən vətəndaşlar hüquqi yardım üçün mütləq qaydada müvafiq hüquq departamentinə müraciət edə bilərlər.Hüquqi müdafiə vətəndaşların qorunması üçün vacibdir və hüquq-mühafizə orqanları belə hallarda zəruri tədbirlər görür.Əli...

16 Fevral 2026, 12:40