“Zirə”nin futbolçusu Rusiya klubuna keçib
İdman 17 Fevral 2026, 17:26
152
“Zirə” futbolçusu Yeqor Boqomolskini icarəyə verib.
Klubdan Citypost.az-a verilən məlumata görə, 25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi Rusiyanın “Ural” klubunda çıxış edəcək.
Həmçinin oxuyun
Qeyd edək ki, Yeqor Boqomolski “Zirə”yə ötən ilin yayında keçib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
UEFA qarşılaşması: “Qarabağ” – “Nyukasl” və beynəlxalq transfer imkanları
Sabah keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşması UEFA Çempionlar Liqasının pley-off görüşü çərçivəsində təkcə azarkeşlərin deyil, Avropanın bir sıra klublarının nümayəndələrinin də diqqət mərkəzində olacaq.Qarabağ FK UEFA yarışlarında ölkəmizi uğurla təmsil edən komandalarından biri kimi növbəti mühüm sınağına çıxacaq. Rəqib isə İngiltərə Premyer Liqasının iddialı təmsilçilərindən olan Newcastle United klubudur. Qarşılaşma həm turnir baxımından əhəmiyyətli nəticə vəd edir, həm də futbolçular üçün beynəlxalq vitrində özlərini göstərmək imkanı yaradır.Matçı stadiondan İtaliya A Seriyası təmsilçisi Torino FC, Rumıniyanın aparıcı klublarından CFR Cluj, eləcə də Türkiyənin bir neçə klubunun skaut və nümayəndələri canlı izləyəcək. Onların əsas məqsədi qarşılaşmada iştirak edəcək futbolçuların performansını yerində qiymətləndirmək...
17 Fevral 2026, 13:15
Azərbaycan klubu monteneqrolu legioneri ilə yolları ayırıb
"Kür"ün qadın həndbolçulardan ibarət komandasının üzvü Sara Piraniçlə yollar ayrılıb.Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.Monteneqrolu həndbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.Qeyd edək ki, oyunçu 2024-cü ilin avqustunda komandaya cəlb olunmuşdu.
13 Fevral 2026, 17:46
Mütəxəssis:“Nyukasl” hələ tam elit səviyyəyə çatmayıb
“Nyukasl” son illərdə böyük maliyyə dəstəyi və iddialı layihə ilə diqqət mərkəzinə gəlib. Amma mənim fikrimcə, bu komandanın hələ də ciddi problemləri qalır və bunları görməmək düzgün olmaz.İdman jurnalisti Ağa Dadaşzadə Citypost.az-a açıqlamasında bildirib ki, birincisi, heyətin dərinliyi elit səviyyə üçün kifayət etmir. Əsas oyunçular formasını itirəndə və ya zədə alanda komandanın oyun strukturu pozulur, xüsusilə müdafiə və mərkəz yarımmüdafiədə alternativlərin məhdudluğu özünü göstərir.İkincisi, hücum xəttində stabillik problemi var. Komanda çox vaxt bir hücumçu üzərində qurulur, oyun alınmadıqda və ya rəqib düzgün bağladıqda plan B istənilən effekti vermir. Bu isə uzun marafon olan Premyer Liqada ciddi risk yaradır.Üçüncüsü, Avropa səviyyəsində...
13 Fevral 2026, 14:52
Bəhram Bağırzadədən Nərimana DƏSTƏK:“Nərimanda da mütləq alınacaq”
Əməkdar artist Bəhram Bağırzadə Nəriman Axundzadənin ABŞ-ın “Columbus Crew” klubuna transferini şərh edib.Citypost.az xəbər verir ki, Bağırzadə futbolçunun böyük potensiala malik olduğunu və özünü sübut edəcəyinə inandığını bildirib.O qeyd edib ki, Amerikada çempionata uyğunlaşmaq, fərqli mentalitet və dil problemi kimi səbəblərdən asan olmayacaq. “Xaricdə ilk mərhələdə futbolçularımıza həmişə çətin olur. Amma bu mərhələni keçsə, sonra hər şey daha asan olacaq”, – deyə o əlavə edib.Bəhram Bağırzadə şəxsi təcrübəsindən də danışaraq, 35 il əvvəl KVN oynayarkən ona göstərilən dəstəyi xatırladıb: “O zaman da asan deyildi. Mən bacardım, Nərimanda da mütləq alınacaq”, – deyə o vurğulayıb.Turan...
13 Fevral 2026, 14:06
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bu gün bəlli olacaq.CityPost.az-ın məlumatına görə, Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatmanın nəticəsinə görə, yığma D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn ilə mübarizə aparacaq.Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.
12 Fevral 2026, 21:23
Messi zədələndiyi üçün oyun təxirə salındı
Messi zədələndiyi üçün “İnter Mayami”nin Puertо-Rikоda keçirilməsi planlaşdırılan növbəti yoldaşlıq oyunu təxirə salınıb.CityPost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Argentinalı ulduz Ekvadorun “Barselona” klubu ilə matçda əzələsində gərginlik hiss edib. Nəticədə “İndependyente del Valye” komandasına qarşı keçirilməli olan görüşün vaxtı dəyişdirilib. Belə ki, fevralın 14-nə təyin olunan qarşılaşma fevralın 26-da baş tutacaq.
12 Fevral 2026, 15:34