Bizə yazın

Baku

-°C

USD

-

Aaron Remzi karyerasını başa vurub 

İdman 07 Aprel 2026, 16:12

249

İngiltərənin “Arsenal” klubunun və Uels millisinin sabiq yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, 35 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Futbolçu seçimin onun üçün asan olmadığını, uzun müddət düşündükdən sonra belə qərar verdiyini söyləyib.

Qeyd edək ki, Aaron Remzi karyerası ərzində “Arsenal”la yanaşı, İngiltərənin digər təmsilçisi “Nottingem Forest”, İtaliyanın “Yuventus”, Şotlandiyanın “Reyncers”, Fransanın “Nitsa”, Uelsin “Kardiff Siti” komandalarında da çıxış edib. Millidə 86 oyun keçirən yarımmüdafiəçi 21 qola imza atıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Riçardson Avstraliyada Stawell Gift yarışında rekordla qalib gəlib

ABŞ-ın sprint ulduzu Şa’Kari Riçardson Avstraliyada keçirilən nüfuzlu Stawell Gift yarışında qalib gəlib.Citypost.az xəbər verir ki, AFP-nin məlumatına görə, 120 metrlik məsafədə keçirilən yarış Melburn yaxınlığında baş tutub və Riçardson finiş xəttini 13,15 saniyəyə keçərək turnirin rekord nəticəsini göstərib.Məlumata əsasən, yarış əlillik sistemi ilə təşkil olunur və idmançılar müxtəlif start üstünlükləri ilə mübarizə aparırlar. Riçardson isə doqquz metr geridən start alan rəqiblərini geridə qoyaraq qələbə qazanıb.2023-cü ilin dünya çempionu olan idmançı yarışdan sonra çıxış edərək nəticədən məmnun qaldığını və bu təcrübəni mövsüm üçün önəmli hazırlıq kimi dəyərləndirdiyini bildirib.Qeyd edək ki, Stawell Gift Avstraliyanın ən qədim sprint yarışlarından biridir və 1878-ci...

06 Aprel 2026, 12:35

12 komandalı basketbol turnirində “Warriors Team” qalib oldu

Azərbaycan Basketbol Federasiyası dəstəyi və Ruslan Aslanovun təşkilatçılığı ilə basketbol turniri keçirilib.Citypost.az xəbər verir ki, ümumilikdə 12 komandanın iştirak etdiyi yarış böyük maraqla qarşılanıb. Final qarşılaşması “Media King” və “Warriors Team” komandaları arasında baş tutub. Gərgin və maraqlı keçən oyunda “Warriors Team” 9:2 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.Qalib komandada Arif Rəhimov, Abdulla Bəylərov, Mərdan Qədirli, Ümüd Bakirov və Riad Abdulov çıxış ediblər.Yarış Bakıdakı Əl Oyunları Sarayında təşkil olunub. Növbəti çempionatın isə bu ilin avqust ayında “Sea Breeze” ərazisində Sea Breeze keçirilməsi planlaşdırılır.Turnirə media nümayəndələri, müğənnilər, blogerlər və digər tanınmış şəxslər də qatılıb. Tədbirin əsas məqsədi gənclərin idmana marağını...

03 Aprel 2026, 13:54

Mirça Luçesku Rumıniya millisindən ayrılıb 

Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçeskunun vəzifəsindən ayrıldığını elan edib."Report" xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.Təcrübəli mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə qədər irəliləyib. Komanda burada Türkiyə yığmasına 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.Qeyd edək ki, M.Luçeskunun ikinci dəfə məşqçilik etdiyi dönəmdə Rumıniya millisi 11 qələbə qazanıb, 1 heç-heçə edib və 6 dəfə məğlub olub....

02 Aprel 2026, 17:23

Millimiz bu gün ikinci oyununu keçirəcək 

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək.Citypost.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək.Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

30 Mart 2026, 09:17

AFFA futbolçunu cəzalandırdı 

AFFA İntizam Komitəsinin iclası keçirilib.Citypost.az xəbər verir ki, iclasda 2-ci liqanın 19-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:“Araz Saatlı” – “Quba” oyunu “Araz Saatlı” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 150 manat cərimə edilib.“Araz Saatlı” – “Quba” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.“Araz Saatlı” – “Quba” oyununun 85-ci dəqiqəsində “Quba” komandasının 9 nömrəli futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Quba” komandası 300 manat cərimə edilib.“Şirvan” – “Sheki City” oyununda “Şirvan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə...

26 Mart 2026, 16:48

Roza Salihova 81 yaşında vəfat edib

SSRİ millisinin heyətində ikiqat olimpiya çempionu olmuş keçmiş voleybolçu Roza Salihova vəfat edib."Report" xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyası məlumat yayıb.O, 81 yaşında həyatını itirib.Qeyd edək ki, Roza Salihova 1968 və 1972-ci illərdə olimpiadanın qalibi olub. O, 1967 və 1971-ci illərdə Avropa çempionatında, 1970-cı ildə isə dünya çempionatında qızıl medal qazanıb.

26 Mart 2026, 15:52