Bizə yazın

Baku

-°C

USD

-

UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub

İdman 18 Fevral 2026, 23:49

183

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

CityPost.az-ın  məlumatına görə, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.

Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Qarabağ" 6 min manat cərimələndi

"Qarabağ"ın futbolçusu Kadi Borges iki oyunluq cəzalanıb.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Buna braziliyalı yarımmüdafiəçinin Misli Premyer Liqasının XX turunda "İmişli" ilə oyunda birbaşa qırmızı vərəqə alması səbəb olub. "Köhlən atlar" ciddi qayda pozuntusuna yol verən oyunçuya görə 1 000 manat ödəməli olacaq."İmişli"nin legioneri Dioqo Almeyda hakimin qərarına etiraz etdikdən sonra ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir matç cəza ilə üzləşib. Bölgə təmsilçisi 2 500 manat cərimələnib. Klub qarşılaşmanın fasiləsində meydana kənar şəxsin daxil olması ucbatından 2 500 manat ziyana düşüb.Görüşün sonlarında Ağdam klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu, cari mövsümdə üçüncü dəfə...

18 Fevral 2026, 14:37

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik edib 

ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.APA xəbər verir ki, səfirlik bununla bağlı sosial şəbəkə hesabında təbrik mesajı yayımlayıb.Bildirilib ki, “Qarabağ”ın heyətində nümayiş etdirdiyi oyunla rəğbət qazanan istedadlı gənc hücumçu Major League Soccer (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.“Eyni zamanda, “Qarabağ” klubuna bu axşam Çempionlar Liqasında uğurlar və inamlı qələbə arzulayırıq!”, - səfirliyin mesajında qeyd olunub....

18 Fevral 2026, 13:31

“Zirə”nin futbolçusu Rusiya klubuna keçib 

“Zirə” futbolçusu Yeqor Boqomolskini icarəyə verib.Klubdan Citypost.az-a verilən məlumata görə, 25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi Rusiyanın “Ural” klubunda çıxış edəcək.Qeyd edək ki, Yeqor Boqomolski “Zirə”yə ötən ilin yayında keçib.

17 Fevral 2026, 17:26

UEFA qarşılaşması: “Qarabağ” – “Nyukasl” və beynəlxalq transfer imkanları

Sabah keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşması UEFA Çempionlar Liqasının pley-off görüşü çərçivəsində təkcə azarkeşlərin deyil, Avropanın bir sıra klublarının nümayəndələrinin də diqqət mərkəzində olacaq.Qarabağ FK UEFA yarışlarında ölkəmizi uğurla təmsil edən komandalarından biri kimi növbəti mühüm sınağına çıxacaq. Rəqib isə İngiltərə Premyer Liqasının iddialı təmsilçilərindən olan Newcastle United klubudur. Qarşılaşma həm turnir baxımından əhəmiyyətli nəticə vəd edir, həm də futbolçular üçün beynəlxalq vitrində özlərini göstərmək imkanı yaradır.Matçı stadiondan İtaliya A Seriyası təmsilçisi Torino FC, Rumıniyanın aparıcı klublarından CFR Cluj, eləcə də Türkiyənin bir neçə klubunun skaut və nümayəndələri canlı izləyəcək. Onların əsas məqsədi qarşılaşmada iştirak edəcək futbolçuların performansını yerində qiymətləndirmək...

17 Fevral 2026, 13:15

Azərbaycan klubu monteneqrolu legioneri ilə yolları ayırıb 

"Kür"ün qadın həndbolçulardan ibarət komandasının üzvü Sara Piraniçlə yollar ayrılıb.Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.Monteneqrolu həndbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.Qeyd edək ki, oyunçu 2024-cü ilin avqustunda komandaya cəlb olunmuşdu.

13 Fevral 2026, 17:46

Mütəxəssis:“Nyukasl” hələ tam elit səviyyəyə çatmayıb

“Nyukasl” son illərdə böyük maliyyə dəstəyi və iddialı layihə ilə diqqət mərkəzinə gəlib. Amma mənim fikrimcə, bu komandanın hələ də ciddi problemləri qalır və bunları görməmək düzgün olmaz.İdman jurnalisti Ağa Dadaşzadə Citypost.az-a açıqlamasında bildirib ki, birincisi, heyətin dərinliyi elit səviyyə üçün kifayət etmir. Əsas oyunçular formasını itirəndə və ya zədə alanda komandanın oyun strukturu pozulur, xüsusilə müdafiə və mərkəz yarımmüdafiədə alternativlərin məhdudluğu özünü göstərir.İkincisi, hücum xəttində stabillik problemi var. Komanda çox vaxt bir hücumçu üzərində qurulur, oyun alınmadıqda və ya rəqib düzgün bağladıqda plan B istənilən effekti vermir. Bu isə uzun marafon olan Premyer Liqada ciddi risk yaradır.Üçüncüsü, Avropa səviyyəsində...

13 Fevral 2026, 14:52