Bizə yazın

Baku

-°C

USD

-

Ağa Dadaşzadə: “Qarabağ”–“Nyukasl” oyunu Azərbaycan futbolu üçün mühüm sınaqdır

İdman 24 Fevral 2026, 13:17

4550

“Bu gün səfərdə keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşması həm klubumuz, həm də Azərbaycan futbolu üçün mühüm sınaqdır.”

Jurnalist Ağa Dadaşzadə görüşlə bağlı Citypost.az-a fikirlərini bölüşərək bildirib ki, səfər amili oyunun çətinliyini artırsa da, komandanın son illərdə Avropa arenalarında qazandığı təcrübə ümid verir:“Qarabağ artıq Avropa səfərlərinin psixoloji ağırlığını yaşayan komanda deyil. Futbolçular belə atmosferlərə öyrəşiblər. ‘Nyukasl’ fiziki gücü və sürətli oyun tempi ilə seçilir, lakin düzgün taktiki intizam və müdafiədə diqqət nəticəyə təsir edə bilər.”

O qeyd edib ki, İngiltərə təmsilçisinin favorit göstərilməsi təbiidir: “Premyer Liqa komandaları hər zaman güclü sayılır. Amma futbol sürprizləri sevir. Qarabağ topa nəzarəti itirməsə və əks-hücumlarda dəqiq oynasa, səfərdən xal qazanmaq mümkündür.”

Dadaşzadənin sözlərinə görə, bu görüş yalnız nəticə baxımından deyil, Azərbaycan futbolunun beynəlxalq nüfuzu üçün də önəmlidir: “Belə oyunlar futbolçuların bazar dəyərini artırır, liqamızın tanınmasına xidmət edir və gənc futbolçular üçün motivasiya yaradır.”

Qeyd edək ki, görüş Bakı vaxtı ilə bu gün 23:59-da start götürəcək. İlk görüşdə komandamız 1:6 hesabı ilə məğlub olmuşdu.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub.Citypost.az  xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra nazir Fərid Qayıbov gənc idmançıların məşqini izləyib, onlarla söhbət edib. Tədbirin bədii hissəsində gənc idmançıların nümunəvi çıxışları təqdim olunub.

22 Oktyabr 2026, 21:22

Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.Citypost.az  xəbər verir ki, Azərbaycan idmançısı Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.Bununla da 12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna da yiyələnib.Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Azərbaycanı qitə birinciliyində 15 idmançı təmsil edir....

22 Oktyabr 2026, 20:20

Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək

Azərbaycanın "Judo Club 2012" klubu oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.Citypost.az  xəbər verir ki, baş məşqçisi İmran İmanovun rəhbərliyi altında Parisə Ülviyyə Babayeva (57 kq), Aytac Qardaşxanlı (70 kq), Diana Semçenko (+70 kq), İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), Sübhan Axundov və Əsəd Əsgərov (hər ikisi +90 kq) yollanacaq.Nümayəndə heyətinin tərkibində Azərbaycan Cüdo Federasiyasının üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri və klubun təsisçisi, veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, həmçinin klubun məşqçiləri Zaur Bağırov və Eldar Kasumov da yer alacaq.Qeyd...

21 Oktyabr 2026, 18:27

Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb 

Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqini keçirib.Citypost.az AFFA-ya istinadən xəbər verir ki, hazırlıq prosesindən əvvəl A millinin baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb.Mütəxəssis gənc futbolçulara inamının yüksək olduğunu bildirib:"15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir".Daha sonra A.Abbasov yığmanın məşqini izləyib.Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Şərqi-Timor yığmasına qarşı keçirəcək. Komanda qrup mərhələsində Andorra, Avstraliya, İsrail və Haiti yığmaları ilə də qarşılaşacaq....

21 Oktyabr 2026, 18:13

Azərbaycanlı mütəxəssis CEV-in yarışında supervayzer təyin edilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.Bu barədə Citypost.az-a AVF-dən məlumat verilib.O, 20 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının 1-ci təsnifat mərhələsinin (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.Sözügedən yarış oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq....

21 Oktyabr 2026, 17:45

Araz Bakinski: “Sabah” uduzsa belə, göstərdiyi cəsarət önəmlidir

Azərbaycanda tanınmış avtobloger, nəqliyyat eksperti Araz Bakinski “Sabah” futbol komandasının oyunu ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Araz Bakinski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, “Sabah”ın qarşılaşmada məğlub olacağı təqdirdə belə, komandanın nümayiş etdirdiyi cəsarətin azarkeşlər üçün önəmli olduğunu vurğulayıb və komandasına dəstəyini ifadə edib.“"Sabah" bu oyunu uduzsa belə, bu heç kimə təsir etməyəcək. Çünki komanda rəqibin ağırlığını hiss etmədən cəsarət nümayiş etdirir.Yenə də son nəticədə gülən tərəf biz olaq, komandam olsun...” – deyə Araz Bakinski yazıb.Əli...

21 Oktyabr 2026, 08:45