Bizə yazın

Baku

-°C

USD

-

Gürcüstanın XİN rəhbəri Ceyhun Bayramova ZƏNG etdi

Siyasət 05 Mart 2026, 16:35

279

5 mart tarixində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub.

XİN-dən Citypost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər İranın ölkəmizə qarşı dron hücumları nəticəsində yaranmış vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarına 5 mart tarixində İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları barədə məlumat verib.

Nəticədə Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına zərər dəyib, mülki şəxslər xəsarət alıb. Həmçinin dronlardan biri Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

Azərbaycan tərəfinin baş vermiş hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini, müvafiq izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsini tələb etdiyi diqqətə çatdırılıb.

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edib.

Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qətər XİN İranın Naxçıvana dron hücumunu pislədi

Qətər Dövləti Azərbaycanın Naxçıvan hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələri qətiyyətlə pisləyir.Citypost.az Qətər Xarici İşlər Nazirliyinə  istinadən xəbər verir.Bəyanatda qeyd olunub ki, Qətər Dövləti qardaş Türkiyə Respublikasına ballistik raketlə zərbə endirmək cəhdini və Azərbaycan Respublikasında hava limanına İran PUA-larla endirilən zərbələri qətiyyətlə pisləyir."Belə düşmənçilik hərəkətləri təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir", - sənəddə bildirilib.Qətər XİN həmçinin bəyan edib ki, İran İslam Respublikasının yeni cəbhələr açmağa davam etməsi və qonşu ölkələrlə münasibətlərdə gərginliyi genişləndirməsi son dərəcə təhlükəlidir və regionun təhlükəsizliyini və sabitliyini pozan bu məsuliyyətsiz siyasəti dərhal...

05 Mart 2026, 17:42

Ceyhun Bayramovla Hakan Fidan Naxçıvandan DANIŞDI 

5 mart tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub.XİN-dən Citypost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı, İran İslam Respublikası tərəfindən dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib. Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub.Telefon danışığı zamanı, nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin...

05 Mart 2026, 17:40

Moldova Azərbaycana dron hücumunu pislədi

Moldova Azərbaycana dron hücumunu pisləyib.Citypost.az xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popsoi “X” hesabında qeyd edib.“Moldova Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə edilən və 2 mülki şəxsin yaralanmasına səbəb olan hücumları güclü şəkildə qınayır. Moldova Azərbaycanla həmrəydir və onun suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayır”, - nazir bildirib.Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət...

05 Mart 2026, 17:02

Özbəkistanın XİN rəhbəri Ceyhun Bayramova zəng vurdu

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.Bu barədə Citypost.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, telefon danışığı zamanı Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu...

05 Mart 2026, 14:19

 Üzeyir Cəfərov: "İranın dron hücumları təsadüf sayıla bilməz"  

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov citypost.az saytına açıqlamasında İran dronlarının Naxçıvan istiqamətində peyda olmasını şərh edib. O bildirib ki, bu hadisə təsadüf sayıla bilməz:"Biz İranın şimalında yerləşirik, döyüşlər isə İranın cənubunda gedir. Aktiv döyüş əməliyyatları İranın cənubunda aparılır. Amma necə olur ki, bir yox, iki yox, üç dron eyni zamanda Azərbaycan, xüsusilə Naxçıvan istiqamətində peyda olur? Bu, İranın xaotik və gərgin vəziyyəti ilə bağlıdır. Panik vəziyyətdə olan İran hərbçiləri səhvən və ya məqsədli təxribatlar həyata keçirə bilərlər, necə ki, ediblər", – deyə polkovnik qeyd edib.O əlavə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi İranın səhvini qeyd edib və rəsmi...

05 Mart 2026, 14:00

Naxçıvanlı DEPUTAT: “Hücumlar riyakarlıqdan başqa bir şey deyil”

5 saylı Babək - Naxçıvan - Culfa seçki dairəsindən seçilən Millət Vəkili Ülviyyə Həmzəyeva İrandan Naxçıvan istiqamətinə edilən dron hücumları ilə bağlı açıqlama yayıb. O bildirib ki, hücumlar mülki təyinatlı obyektlərə qarşı heç bir əsas olmadan həyata keçirilir və həmin bölgədə onun qohumları və yaxınları yaşayır.Citypost.az xəbər verir ki, Millət vəkili qeyd edib ki, belə hərəkətlər müsəlmanlıq prinsiplərinə ziddir və riyakarlıqdan başqa bir şey ifadə etmir. O, İranın Ermənistan məsələsindəki mövqeyini və düşmənlərimizə göstərdiyi açıq və gizli dəstəyi xatırladaraq vurğulayıb ki, Azərbaycan tərəfi heç vaxt qarşı tərəfə düşmənçilik və ya müdaxilə yolu seçməyib.Ülviyyə Həmzəyeva əlavə edib ki, ABŞ və İsrailin...

05 Mart 2026, 13:23