Bizə yazın

Baku

-°C

USD

-

Ali Baş Komandan: Cavab tədbirləri hazırlansın

Cəmiyyət 05 Mart 2026, 16:19

1047

Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq.

Citypost.az xəbər verir ki, bu barədə martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib.

Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Daha bir sex BAĞLANDI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1A, m.1505 ünvanında fəaliyyət göstərən qənd və karamel emalı müəssisəsində yoxlama keçiriblər.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, müəssisədə emal prosesinin antisanitar şəraitdə həyata keçirildiyi müəyyən edilib.Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, istifadə edilən avadanlıqların korroziyaya uğradığı, anbar və emal sahəsinin təmirsiz olduğu və xammalların, hazır məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və qida təhlükəsizliyi sahəsində digər tələblərin pozulduğu aşkarlanıb.Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri aydınlaşana kimi məhsulların dövriyyəsi qadağan olunub.Nöqsanlar aradan qaldırılanadək müəssisədə...

05 Mart 2026, 17:54

Erməni blogerə Rsuiyada  4 il həbs verdilər 

Rusiya məhkəməsi erməni əsilli bloger Arsen Markaryanı 4,5 il müddətinə azadlıqdan məhrum edib.APA-nın Moskva bürosu xəbər verir ki, Markaryan nasizmi reabilitasiya etməkdə və Sovet İttifaqı qəhrəmanının xatirəsini təhqir etməkdə ittiham olunaraq 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.İttiham tərəfinin iddiasına görə, o, 2025-ci ildə nasist ideologiyasını haqlı çıxarıb və videolarında Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosov haqqında təhqiramiz ifadələr işlədib....

05 Mart 2026, 17:45

Məktəblərimizdə kişi müəllimlərin sayı bu qədərdir

Azərbaycanda təhsil və səhiyyə sahəsində qadınların payı yüksək olaraq qalır.Modern.az xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin 8 Mart münasibətilə açıqladığı statistik göstəricilərində öz əksini tapıb.  Ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxunu qadınlar təşkil edir. Ali təhsil müəssisələrində müəllimlərin 60 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində isə təxminən 80 faizi qadınlardır.Səhiyyə sahəsində də oxşar vəziyyət müşahidə olunur. Belə ki, ölkədə fəaliyyət göstərən həkimlərin üçdə iki hissəsi qadınlardır.Təhsilalanlar arasında da qızların payı yüksəkdir. Ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən çoxunu, orta ixtisas təhsili müəssisələrində tələbələrin 60 faizdən çoxunu, ali məktəblərdə isə tələbələrin yarıdan çoxunu qızlar təşkil edir....

05 Mart 2026, 17:36

Ofir Falk: Qızlar məktəbini İranın özü vurub 

“İranın ABŞ və İsraili məsul tutduğu Minab şəhərindəki qızlar məktəbinə ölümcül raket hücumu İran raketinin atəş səhvi nəticəsində baş verib”.Citypost.az xəbər verir ki, bunu İsrail baş nazirinin müşaviri Ofir Falk deyib.“Mənim bildiyimə görə, bu açıq şəkildə İran hücumudur. Bu, iranlıların atəş xətasıdır. Mənim qənaətim budur”, - o bildirib.Falk əlavə edib ki, bu cür hadisələr daha əvvəl bir neçə dəfə Qəzza zolağında baş verib: “Düşünürəm ki, eyni hadisə İranda da baş verib və hər bir halda məsuliyyət İran hakimiyyətinin üzərinə düşür”.Qeyd edək ki, sözügedən hücum fevralın 28-də Hörmüzqan vilayətinin Minab şəhərində yerləşən “Şəcarəte-Təyyibə” məktəbinə edilib. Hücum dərs saatlarında, şagirdlərin məktəbdə olduğu...

05 Mart 2026, 17:33

Millət vəkili: İranın Naxçıvana hücumu açıq düşmənçilik aktıdır

İranın Naxçıvanın mülki infrastrukturuna, o cümlədən hava limanına və məktəbə hücum etməsi Azərbaycan dövlətinə və xalqına qarşı açıq təxribat və düşmənçilik aktıdır. Bu hücumları ən sərt şəkildə qınayır və qətiyyətlə pisləyirik.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev söyləyib. Deputat İranın hücumu ilə bağlı fikirlərini belə davam etdirib:"ABŞ–İsrail–İran müharibəsinin ilk günündən etibarən Azərbaycanın İrana qarşı kifayət qədər təmkinli, soyuqqanlı və deyərdim ki, bütün riskləri göz önünə alaraq dostcasına davranmasına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın dini lideri Seyid Əli Xameneinin həlak olması ilə əlaqədar Prezident Məsud Pezeşkiana başsağlığı verməsi, İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazması,...

05 Mart 2026, 17:05

Müdafiə Nazirliyi: İran Naxçıvana 4 PUA ilə hücum edib

İran İslam Respublikası silahlı qüvvələrinin Baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən bildirilib.Məlumata görə, texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hucum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan...

05 Mart 2026, 17:03