Bizə yazın

Baku

-°C

USD

-

Politoloq: "İranın qonşularına qarşı siyasəti ciddi nəticələrə gətirib çıxara bilər"  

Cəmiyyət 05 Mart 2026, 14:16

1137

Politoloq Turan Rzayev Citypost.az-a açıqlamasında İranın son dövrlərdə bölgədəki hərbi və diplomatik fəaliyyətlərini şərh edib.

O bildirib ki, İranın qonşulara qarşı təcavüzkar siyasəti artıq aktuallaşıb və ciddi nəticələr doğura bilər:"Faktiki olaraq, biz bu gün öz qonşularına qarşı təxribatçı addımlar atan bir İran görürük. Amerika və İsrailin bu ölkəyə təzyiqlərinə cavab olaraq, İran Körfəz ölkələrinə, İraqa, Kiprə, hətta Türkiyə və Azərbaycan istiqamətində dron və raket hücumları həyata keçirir. Azərbaycan ərazisində baş verən hücumlar göstərir ki, İran beynəlxalq hüquqa riayət etməyən, destruktiv siyasət yürüdən ölkədir", deyə Turan Rzayev vurğulayıb.

O əlavə edib ki, Azərbaycan İranın təxribatlarına qarşı diplomatik və hərbi ciddiyyətini nümayiş etdirib:"Azərbaycan heç bir hücum və ya təzyiqə məruz qalmadan, yalnız öz ərazisini qorumaqla İranın səhv siyasətinə qarşı xəbərdarlıq edib. Ordumuz güclü və müasir texnologiyaya malikdir, həmçinin Türkiyə ilə strateji müttəfiqlik əlaqələrimiz mövcuddur. Bu, göstərir ki, Azərbaycana edilən hücum paralel olaraq Türkiyəyə də yönəldilsə, regionda ciddi nəticələrə səbəb olacaq. İran unutmamalıdır ki, Azərbaycan əhalisi və dövlət qurumları bu məsələlərə səssiz qalmayacaq", – deyə politoloq əlavə edib.

Turan Rzayev vurğulayıb ki, İranın hazırkı siyasəti qonşuları ilə münasibətlərdə gərginlik yaradır və bundan sonra regiondakı dinamikanı dəyişə bilər:"Azərbaycan regionda sülhü qorumaq istəyir, amma lazım gəldikdə öz gücünü göstərməkdən çəkinməyəcək. İranın atdığı addımlar yalnız özünə ciddi fəsadlar gətirəcək və qonşular üçün təhlükə yaradacaq",  deyə o bildirib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İranın Naxçıvana hücumu nəticəsində 4 nəfər xəsarət alıb

İranın dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.Məlumata görə, Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət...

05 Mart 2026, 14:57

YAP: İran Azərbaycan xalqından üzr istəməlidir 

Yeni Azərbaycan Partiyası İran dövlətindən Azərbaycan xalqından üzr istəməyi tələb edib.Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatından Citypost.az-a verilən xəbərə görə, bu gün İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub.Qeyd edilib ki, Azərbaycan-İran dövlətlərarası münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan bu xain təxribat cəhdi regionda hərbi-siyasi gərginliyin artmasına xidmət göstərir: "Ərazi bütövlüyü və mütləq suverenliyini bərpa etməklə yeni reallıqlar yaradan müstəqil Azərbaycan dövləti hər zaman...

05 Mart 2026, 14:52

Azər Həsrət: "İranın hücumları intihar cəhdindən başqa bir şey deyil"  

Siyasi şərhçi Azər Həsrət Citypost.az-a açıqlamasında İranın son zamanlar bölgədəki hərbi addımlarını şərh edib. O bildirib ki, İranın Qardaş Türkiyəyə ballistik raketlə hücum cəhdi və Azərbaycan ərazisində dronlarla hücumu intihar cəhdindən başqa bir şey deyil:"İran əslində həm Azərbaycanın, həm də Türkiyənin dəstəyini əldə edərək xarici təcavüzə qarşı çalışmalı idi. Biz bunu heç vaxt arzu etməmişik və indi də istəmirik. Lakin görünən odur ki, İran dövləti və onun başında duran Fars Molla rejimi, İsraillə və ABŞ ilə bacarmadığı təqdirdə Azərbaycan və Türkiyəyə hücumlar həyata keçirir. Bu, heç kimin xeyrinə deyil, ilk növbədə İranın özü üçün də təhlükəlidir", – deyə Azər Həsrət...

05 Mart 2026, 14:08

Energetika naziri Ağsuda vətəndaşlarla görüşəcək 

Energetika naziri Pərviz Şahbazov martın 19-da Ağsu, Şamaxı, Göyçay, İsmayıllı, Kürdəmir rayonlarından olan vətəndaşlarla görüşəcək.Nazirlikdən Citypost.az-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ0600, Ağsu şəhəri, Azərbaycan küçəsi, 25) keçiriləcək.Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974 - Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov, əlaqə telefonu: (050) 378-28-46,...

05 Mart 2026, 14:05

Azər Ayxan: İranı müdafiə edənlər qanun qarşısında cavab verəcək

Tanınmış jurnalist və “Globalinfo.az” saytının təsisçisi və baş direktoru Azər Ayxan Naxçıvana edilən dron hücumlarına dair sosial şəbəkə hesabında açıqlama yayıb. Ciytypost.az xəbər verir ki, jurnalist  bildirib ki, İranı açıq şəkildə müdafiə edən və Naxçıvana hücumları dolayısı ilə haqq qazandırmağa çalışan istənilən Azərbaycan vətəndaşı – xüsusilə ictimai rəyə təsir imkanına malik şəxslər – dərhal nəzarətə götürülməli, barəsində araşdırma aparılmalı və qanun qarşısında cavab verməlidir.Ayxan vurğulayıb ki, belə hərəkətlər birbaşa dövlətə və Vətənə xəyanət hesab olunur və yalnız ictimai tənqid kifayət etmir. Onun sözlərinə görə, qanun və dövlət gücü də bu alçaqlara qarşı işə düşməlidir.Turan...

05 Mart 2026, 13:57

Senat İrana görə Trampa dəstək verdi 

ABŞ senatında prezident Donald Trampın İrana qarşı hərbi kampaniyası ilə bağlı səsvermə keçirilib.Modern.az xəbər verir ki, Senat Trampın İrana qarşı hərbi kampaniyasını faktiki olaraq təsdiqləyib.Senat partiya xətti ilə verilən 53% səsə görə, müharibənin miqyasını məhdudlaşdırmaq cəhdini rədd edib.Qeyd edək ki, Nümayəndələr Palatasında da oxşar səsvermə gözlənilir ki, bu da Trampa münaqişədə faktiki olaraq tam hərəkət azadlığı verəcək

05 Mart 2026, 13:47