Bizə yazın

Baku

-°C

USD

-

Pərvanə Vəliyeva: “Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu”

Cəmiyyət 02 Aprel 2026, 09:36

357

Azərbaycan Ordusunun şanlı tarixində mühüm yer tutan Aprel döyüşlərindən artıq 10 il ötür. 2016-cı ilin 2–5 aprel tarixlərində baş verən döyüşlər zamanı düşmənin törətdiyi təxribatların qarşısı qətiyyətlə alındı. Uzun illər işğal altında saxlanılan bir sıra strateji ərazilər – Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, eləcə də Tərtər rayonunun Qazaxlar və Madaqiz istiqamətində mühüm mövqelər azad edildi. Ümumilikdə isə 2000 hektardan artıq ərazi işğaldan təmizləndi.

Dörd gün davam edən bu döyüşlər Azərbaycan xalqına böyük qələbə sevinci yaşatdı və tariximizə qəhrəmanlıq səhifəsi kimi həkk olundu. Qazanılan zəfər bir daha göstərdi ki, Azərbaycan əsgəri yüksək döyüş hazırlığına, möhkəm mənəvi-psixoloji iradəyə və sarsılmaz qələbə əzminə malikdir. Bu uğur həm dövlətimizin gücünü, həm ordumuzun qüdrətini, həm də xalqımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın heç vaxt işğalla barışmayacağını və ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiqlədi. 

Aprel döyüşləri 2-ci Qarabağ müharibəsində əldə olunan zəfərin başlanğıcı idi. Aprel döyüşləri uzun illər “keçilməz” hesab edilən müdafiə xətti barədə yaradılmış mifləri də tamamilə alt-üst etdi.

Bu qələbə ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, Silahlı Qüvvələrə göstərilən davamlı diqqət və qayğının, həmçinin əsgər və zabitlərimizin peşəkarlığının və yüksək vətənpərvərlik ruhunun nəticəsi idi. Xalq–ordu birliyi isə bu uğurun əsas dayaqlarından biri oldu.

Aprel zəfəri sonrakı böyük qələbələrin başlanğıcı kimi tarixə düşdü. Lələtəpə yüksəkliyinin azad edilməsi Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpasına şərait yaratdı və bununla da məcburi köçkünlərin doğma torpaqlara qayıdışının təməli qoyuldu. Bu proses sonradan daha geniş miqyas alaraq böyük qayıdışın başlanğıcına çevrildi.

Aprel döyüşlərindən sonra xalqın mübarizə əzmi daha da gücləndi. Bu ruh 44 günlük Vətən müharibəsində özünü tam şəkildə göstərdi və “Dəmir yumruq” kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ardınca 2018-ci ildə Naxçıvan istiqamətində uğurlu əməliyyatlar, 2020-ci ildə Tovuz hadisələri zamanı göstərilən qətiyyət və nəhayət, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad edildi.

Bu gün hər birimiz böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı öz tarixinin ən şanlı zəfərlərindən birinə imza atdı və ədaləti bərpa etdi.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib.Citypost.az xəbər verir ki, iştirakçılar Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdulla Aripov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstanın Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev, Şimali Kiprin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüralıyev olub.Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədirlər....

02 Aprel 2026, 11:16

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb 

Aprelin 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng və 21 ədəd patron aşkar edərək götürüblər.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

02 Aprel 2026, 10:34

Pərviz Şahbazov Goranboyda vətəndaşları qəbul edəcək 

Energetika naziri Pərviz Şahbazov aprelin 17-də Goranboy, Yevlax, Göygöl, Samux, Tərtər, Xocalı rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az Energetika Nazirliyinə istinadən xəbər verir.Bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ2200, Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək.Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]), Enerji Məsələlərini Tənzimləmə Agentliyinin...

02 Aprel 2026, 10:13

Aeroport yolunda sürət həddi bərpa edildi 

Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

02 Aprel 2026, 09:56

Hazırda bu yollarda TIXAC var

Bakının bir sıra yollarında tıxac yaranıb.Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 6. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; Ətraflı7. Babək prospekti, mərkəz istiqamətində; 8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər; 10. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 11. Rəşid...

02 Aprel 2026, 08:33

Aprel döyüşlərindən 10 il ötür 

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 10 il ötür.Citypost.az xəbər verir ki,  2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib.Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhə...

02 Aprel 2026, 08:00