Bizə yazın

Baku

-°C

USD

-

Ekspert: “Paşinyanın Kremldə verdiyi mesaj Qarabağ məsələsinin artıq bağlandığını göstərir”  

Siyasət 02 Aprel 2026, 08:07

255

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və Vladimir Putinlə görüşü regionda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bu barədə Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Citypost.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Paşinyan Kremldə açıq şəkildə Qarabağ məsələsinin artıq gündəmdə olmadığını və bu istiqamətdə hər hansı hərəkatın davam etdirilməməli olduğunu bəyan edib. Ekspert qeyd edir ki, bu, faktiki olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının növbəti siyasi təsdiqidir.

“Moskva görüşündə verilən mesajlar onu göstərir ki, rəsmi İrəvan Qarabağ məsələsini qapadılmış hesab edir və bundan sonra diqqəti Azərbaycanla münasibətlərin normallaşmasına yönəltmək niyyətindədir. Bu isə regionda iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən kommunikasiyaların açılmasına zəmin yaradır”, – deyə o vurğulayıb.

M. Əsədullazadə hesab edir ki, Paşinyanın bu mövqeyi Rusiyanın bölgədəki təsir imkanlarına da ciddi təsir göstərir: “Uzun illər Kreml Qarabağ məsələsindən təzyiq rıçaqı kimi istifadə edirdi. İndi isə bu alətin aktuallığını itirməsi Rusiya-Ermənistan münasibətlərində gərginliyi artırır”.

Ekspertin fikrincə, Paşinyan Moskvadan qayıtdıqdan sonra daxili siyasi mübarizədə də bu mövzudan istifadə edəcək və xüsusilə keçmiş prezident Robert Koçaryanın Qarabağ məsələsini yenidən gündəmə gətirməsinə qarşı sərt mövqe sərgiləyəcək.

“Gözlənilir ki, Paşinyan Koçaryanı köhnə siyasətin daşıyıcısı kimi təqdim edərək onun seçki kampaniyasını zəiflətməyə çalışacaq. Bu isə Ermənistanda siyasi qarşıdurmanı daha da dərinləşdirə bilər”, – deyə ekspert əlavə edib.

Açıqlamada o da qeyd olunur ki, Ermənistanın gələcəkdə Rusiya ilə iqtisadi və nəqliyyat əlaqələrini Azərbaycan üzərindən qurmaq istəyi regionda yeni reallıqların formalaşdığını göstərir. Ekspert bunu İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi kimi dəyərləndirib.

Sonda M. Əsədullazadə vurğulayıb ki, baş verən proseslər regionda uzun illər davam edən münaqişə mərhələsinin artıq geridə qaldığını və yeni əməkdaşlıq dövrünün formalaşdığını göstərir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli : “Ermənistanda seçkilər ərəfəsində Rusiya-Ermənistan gərginliyi artır”  

Ermənistanda parlament seçkilərinin yaxınlaşması fonunda Rusiya ilə münasibətlərdə gərginlik müşahidə olunur. Citypost.az xəbər verir ki, bu barədə professor Qulu Məhərrəmli açıqlama yayıb.O bildirib ki, Moskva ilə İrəvan arasında son dövrlərdə müşahidə edilən siyasi dinamika Rusiyanın Ermənistan daxilində təsir imkanlarını qorumaq cəhdləri ilə izah olunur.Professorun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada baş tutan görüşdə tərəflər arasında müəyyən fikir ayrılıqları özünü göstərib.Q. Məhərrəmli qeyd edib ki, dialoq zamanı Rusiya tərəfi Ermənistan daxilində Rusiya pasportu olan şəxslərin seçkilərdə iştirakı ilə bağlı məsələ qaldırsa da, Paşinyan bunu ölkə konstitusiyası ilə əsaslandıraraq rədd edib.“Görüş tərəflər arasında açıq...

02 Aprel 2026, 11:36

Ekspert: “İran psixoloji üstünlüyü qoruyarsa, özünü qalib kimi təqdim edə bilər”  

İran psixoloji üstünlüyü qoruyarsa, özünü qalib kimi təqdim edə bilər”Citypost.az xəbər verir ki,təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, hazırkı mərhələdə İran ciddi itkilərə baxmayaraq psixoloji üstünlüyünü qoruyub saxlamağa nail ola bilər.Ekspertin sözlərinə görə, İranın hücumlara tab gətirməsi, ballistik raketlərlə İsrailə və Fars körfəzi ölkələrinə zərbələr endirməsi, eləcə də Hörmüz boğazı kimi strateji əhəmiyyətli bölgələr üzərində nəzarət iddiaları ölkənin “güclü dövlət” obrazını formalaşdırır.İ. İsmayıl qeyd edib ki, əgər İran mövcud psixoloji üstünlüyü müharibənin sonuna qədər qoruyarsa, bu, rəsmi Tehranın özünü “qalib” kimi təqdim etməsinə və daxildə siyasi mövqelərini daha da gücləndirməsinə imkan verə bilər.Onun sözlərinə görə, bu halda İran...

02 Aprel 2026, 11:22

Jurnalist: “İranda hakimiyyət daxilində ziddiyyətlər güclənə bilər”  

ABŞ Prezidenti Donald Trumpın İranla bağlı səsləndirdiyi açıqlamalar və rəsmi Tehran tərəfindən verilən təkziblər yeni müzakirələrə səbəb olub.Citypost.az xəbər verir ki, lurnalist Nigar Sabirqızı paylaşımında bildirib ki, proseslər fonunda “İranın mövqelərində ziddiyyətli görüntü” yaranıb və bu, ölkə daxilində siyasi parçalanma ehtimalını gündəmə gətirir.Onun sözlərinə görə, Donald Trump “İranın yeni Prezidenti atəşkəs istəyir” fikrini səsləndirsə də, İran Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.N. Sabirqızı qeyd edib ki, bu fərqli bəyanatlar iki ehtimalı gündəmə gətirir: ya tərəflər arasında kommunikasiya problemi var, ya da İranda daxili siyasi qərarvermə mexanizmlərində parçalanma müşahidə olunur.“Əgər bu iddialar təsdiqlənərsə, bu, İranın idarəetmə sistemində ciddi ziddiyyətlərin yarandığını...

02 Aprel 2026, 10:50

Politoloq: “Yaxın Şərqdə müharibə miqyası genişlənməkdədir”  

İsrail ordusunun İrana qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı açıqlanan rəqəmlər bölgədə gərginliyin daha da artdığını göstərir.Citypost.az xəbər verir ki, politoloq Kənan Rövşənoğlu bildirib ki, İsrail tərəfi fevralın 28-dən bu yana İrana yüzlərlə hava hücumu həyata keçirdiyini, minlərlə hədəfə zərbələr endirdiyini açıqlayıb. Onun sözlərinə görə, bu göstəricilər Yaxın Şərqdə müharibənin miqyasının artıq regional çərçivəni aşdığını nümayiş etdirir.Ekspert qeyd edib ki, İsrail 2023-cü ilin oktyabrından etibarən çoxsaylı cəbhələrdə hərbi əməliyyatlar aparır: “Qəzza zolağı ilə yanaşı, Livan, Suriya, Yəmən, İraq və İran ərazisinə də zərbələr endirilib. Bu isə münaqişənin çoxşaxəli xarakter aldığını göstərir”.K. Rövşənoğlu vurğulayıb ki, bu miqyasda hərbi əməliyyatların davam etməsi ciddi...

02 Aprel 2026, 10:42

Əminə Ağazadə: “Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və qələbə iradəsini göstərdi” 

Aprel döyüşlərinin başlanmasının 10-cu ildönümü ilə əlaqədar Milli Məclisin deputatı Əminə Ağazadə açıqlama ilə çıxış edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, Aprel döyüşləri Azərbaycan dövlətinin və dövlətçiliyinin dönməzliyini, Azərbaycan Ordusunun güc və qüdrətini nümayiş etdirən tarixi hadisə kimi yadda qalıb.Onun sözlərinə görə, bu döyüşlər Azərbaycan Ordusunun düşmənin istənilən miqyaslı təxribatlarının və hərbi əməliyyatlarının qarşısını almağa qadir olduğunu bir daha sübut edib.Ə. Ağazadə qeyd edib ki, Aprel döyüşləri xalqın və dövlətin işğalla heç vaxt barışmayacağını və ərazi bütövlüyünün bərpasının əsas hədəf olduğunu nümayiş etdirib.Deputat həmçinin Kürdəmir rayonunun həmin döyüşlərdə iki şəhid verdiyini xatırladıb. Onun sözlərinə görə, baş leytenant Əbubəkr İsmayılov...

02 Aprel 2026, 10:21

Politoloq: “Ermənistan seçkiləri Rusiya-Qərb qarşıdurmasının mərkəzinə çevrilə bilər”  

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşü regionda siyasi gündəmin əsas mövzularından birinə çevrilib.Citypost.az xəbər verir ki, politoloq Asif Nərimanlı bildirib ki, bu səfər seçki öncəsi iki əsas məqsədə xidmət edib: birincisi, Moskva ilə münasibətlərin normallaşdırıldığı görüntüsünü yaratmaq və daxili auditoriyaya, xüsusilə Rusiyaya yaxın müxalifət qüvvələrinə mesaj vermək; ikincisi isə Rusiyanın seçki prosesinə mümkün müdaxilə imkanlarını neytrallaşdırmaq.Ekspertin sözlərinə görə, Paşinyan hakimiyyəti seçki öncəsi yaranan gərginlik fonunda Rusiya ilə “dialoqun davam etdiyi” görüntüsünü saxlamağa çalışır: “İrəvanda Moskva ilə sıx əlaqələri olan siyasi fiqurlar və qruplar mövcuddur. Bu da seçki prosesində əlavə risklər yaradır”.A. Nərimanlı qeyd edib ki,...

02 Aprel 2026, 10:08