Bizə yazın

Baku

-°C

USD

-

Tənzilə Rüstəmxanlı:Antalya Forumu Azərbaycanın qlobal çəkisini açıq göstərdi

Siyasət 20 Aprel 2026, 11:26

722

2021-ci ildən fəaliyyətə başlayan Antalya Diplomatiya Forumu qısa müddət ərzində ciddi nüfuz qazanıb. Qlobal və regional problemlərin müzakirə olunduğu, dialoq və əməkdaşlığın təşviq edildiyi Antalya Forumu Şərqlə Qərb arasında körpü rolunu oynayan regionumuzun geosiyasi mövqeyini simvolizə edir.

Citypost.az xəbər verir ki, bu sözləri millət vəkili Tənzilə Rüstəmxanlı bildirib.

Deputatın sözlərinə görə,“Sabahın xəritəsinin qurulması, qeyri-müəyyənliklərin idarə edilməsi” devizi ilə keçirilən 5-ci Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyevin iştirak etməsi ciddi əhəmiyyət daşıyır. Mövcud münaqişələri həll etmək, sülhə nail olmaq, münaqişəni bitirdikdən sonra ərazidə sürətli abadlıq və quruculuq proseslərini həyata keçirmək bacarıqlarına malik olan Azərbaycan Prezidenti özünün təcrübəsi ilə Forumun işinə töhfələr verir.Mövcud geosiyasi gərginliklər, dəyişən güc balansı, qlobal ticarət problemləri fonunda həll yolları tapmaq üçün Azərbaycanın təcrübəsi zəruri nümunədir. Bu baxımdan Prezident İlham Əliyevin Forumda iştirakı həm Azərbaycan–Türkiyə münasibətlərinin yüksək səviyyəsini, həm də Azərbaycanın beynəlxalq arenada artan rolunu əks etdirir.Antalya Diplomatiya Forumunun önəmi həm də ondadır ki, burada qlobal və regional aktorlar açıq dialoq şəraitində qarşılıqlı maraqları müzakirə etmək imkanı əldə edirlər. Belə bir platformada Azərbaycanın aktiv iştirakı isə ölkənin diplomatik manevr imkanlarının genişliyini və beynəlxalq proseslərə təsir gücünü nümayiş etdirir. Bu, eyni zamanda Azərbaycanın təkcə regionda deyil, daha geniş coğrafiyada söz sahibi olan aktora çevrildiyini təsdiqləyir.Digər bir tərəfdən forumda dövlət başçımız çoxsayılı ikitərfli görüşlər keçirdi və görüşlərdə Azərbaycanla digər dövlətlərin rəhbərləri ilə ikitərəfli münasibətlərinin inkişafına dair mövzularda müzkirələr aparıldı. Təbii ki, Antalya Diplomatik Forumu ilk növbədə sözümüzü deməyə və siyasi mövqelərimizi möhkəmlətmək baxımından vacib platformalardan biridir.

Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun artması və qlobal diplomatik proseslərdə rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə olunur.Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi prioritet istiqamətlər xüsusi diqqət mərkəzində saxlanılır. Aparılan yüksəksəviyyəli danışıqlar Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait yaradır.Bu gün təəssüf ki, dünya nizamı parçalanmaqda davam edir. Təbii ki, bu parçalanmının və bir qütblü dünyanın formalşmasının qarşısnı ancaq dialoq və diplomatiya yolu ilə almaq mümkündür. Çünki davam edən müharibələrin gətirdikləri çətinliklər bütün dünyanı narahat etməyə başlamışdır.

Burada təkcə döyüş meydanındakı müharibələr deyil , həm də ticari iqtisadi müharibələr də əsas dünya ictimaiyyətini narahat edən mənbəyə çevrilməkdədir. Bu baxımdan Antalya Diplomatik Forümu yeni qlobal nizamının daha ədalətli formalaşmasına böyük töhfəsi olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli: Müharibə ritorikasının davamı ən pis ssenaridir

ABŞ və İran arasında atəşkəsin davam etdirilməsi ilə bağlı hələlik yekun razılıq əldə olunmayıb. Tərəflər arasında gərginlik və sərt ritorika isə davam edir.Citypost.az xəbər verir ki, məsələ ilə bağlı yazan professor Qulu Məhərrəmli bildirib ki, Tehranı hədələyən Donald Trampın mövqeyi daha sərt görünür.O qeyd edib ki, müharibə ritorikasının davam etməsi ən təhlükəli ssenaridir və bölgədə sabitlik üçün ciddi risklər yaradır.Əli

22 Aprel 2026, 10:10

Vüsal Məmmədov: Trampın bəyanatlarına etimad qalmayıb

Jurnalist Vüsal Məmmədov ABŞ siyasəti ilə bağlı sərt açıqlama yazıbCitypost.az xəbər verir ki, jurnalist bildirib ki, son hadisələr Donald Trampın bəyanatlarının etibarlılığına ciddi şübhələr yaradıb. Onun sözlərinə görə, Trampın ilk baxışdan ciddi görünən sərt və kəskin açıqlamaları belə qısa müddət sonra dəyişə bilir.V.Məmmədov qeyd edib ki, əgər bu cür dəyişikliklər bir-iki dəfə baş versəydi, bunu “flexibility” kimi izah etmək olardı. Lakin onun fikrincə, Trampın tez-tez bir-birinə zidd açıqlamalar verməsi artıq fərqli yanaşma kimi deyil, etibarsızlıq kimi qiymətləndirilməlidir.Jurnalist əlavə edib ki, Tramp bütün məsələlərə birja prinsipi ilə yanaşır, bəyanatları ilə gündəmi dəyişir və daha sonra mövqeyini rahatlıqla dəyişir. Onun sözlərinə görə,...

22 Aprel 2026, 10:09

Elxan Şükürlü: İsrail İran-Azərbaycan yaxınlaşmasının qarşısını almağa çalışır

İsrail Azərbaycandan əl çəkmək istəmir: baxmayaraq ki, Azərbaycan və İran rəhbərliyi son 40 gün ərzində qarşılıqlı şəkildə münasibətləri yumşaltmaq və yaxşılaşdırmaq istiqamətində ardıcıl addımlar atır, bir-birlərinə təhlükə yaratmayacaqlarını açıq şəkildə bəyan edirlər, ancaq İsrail və ölkəmizdəki şəbəkəsi dayanmadan hər vasitəylə İran-Azərbaycan münasibətlərini gərgin atmosferdə saxlamağa, yaxınlaşma meyllərinin qarşısını almağa və cəmiyyətimizdə getdikcə formalaşan yeni ictimai rəyi müxtəlif dezinformasiyalarla dağıtmağa çalışır!Bu gün İsrailin kəşfiyyat qurumlarının ənənəvi Qərb mediasında kütləvi şəkildə tirajlanan məlum bəyanatı (İranın Bakı-Ceyhan xəttinə təxribat törətmək istəməsi və İsrailin də bunu önləməsi) məhz bu məqsədə - Azərbaycanda İran təhlükəsinin böyük risk daşıdığına və İsrailin də, guya, bizi bu təhlükədən...

22 Aprel 2026, 09:07

Elbəyi Həsənli:Rusiya təhlükəsi Azərbaycana yaxınlaşır  

Rusiya təhlükəsi Azərbaycana yaxınlaşırAmerika–İran qarşıdurması təkcə Yaxın Şərqi silkələmir. Bu müharibə Moskvaya yeni fürsət yaradıb.Cənubi Qafqaz artıq lokal region deyil. Böyük güclərin açıq və gizli rəqabət meydanına çevrilib.ABŞ-da fəaliyyət göstərən nüfuzlu beyin mərkəzi – Center for European Policy Analysis analitiki Fuad Şahbazov yazır ki, Rusiya İran ətrafında yaranmış vəziyyətdən istifadə edərək regionda itirdiyi mövqeləri geri qaytarmağa çalışır.Qərb analitikləri də eyni fikirdədir:“America’s adversaries surely see the Iran war as a reciprocal opportunity”yəni ABŞ-ın rəqibləri bu müharibəni fürsət kimi görür.Başqa bir vacib vurğu:“The Iran war will have long-lasting geopolitical consequences”yəni bu müharibə uzunmüddətli nəticələr doğuracaq.Və ən önəmlisi:“Promising prospects have emerged amid the...

22 Aprel 2026, 08:55

Nazir Əhmədli: Tramp geri çəkildi, İran üstünlük qazandı

Yaxın Şərqdə baş verən son proseslərlə bağlı tədqiqatçı-alim Nazir Əhmədli  bildirib ki, çoxsaylı müraciətlərdən və İsrailin Livana qarşı hərbi əməliyyatları dayandırması fonunda İran Hörmüz boğazını açmışdı. Lakin daha sonra ABŞ tərəfindən bölgədə təzyiqlərin artması və körfəzin blokadaya alınması cəhdləri vəziyyəti yenidən gərginləşdirib.Citypost.az xəbər verir ki, Nazir Əhmədlinin sözlərinə görə, buna cavab olaraq İran Hörmüz boğazını yenidən bağlayıb və Hindistana məxsus iki neft tankerini vurub.Tədqiqatçı qeyd edib ki, Donald Trampın elan etdiyi iki həftəlik atəşkəs müddəti bu gün başa çatıb. Planlaşdırıldığı kimi, ABŞ və İran nümayəndə heyətlərinin İslamabad şəhərində görüşü nəzərdə tutulsa da, İran tərəfi görüşə qatılmayıb.Onun sözlərinə görə, Tramp əvvəlcədən İranın...

22 Aprel 2026, 08:33

İrlandiya parlament nümayəndə heyəti Azərbaycanda səfərdədir 

İrlandiya parlament nümayəndə heyəti Azərbaycanda səfərdədir.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Mak Kormakın başçılıq etdiyi İrlandiya parlament nümayəndə heyəti bu gün Bakıda Zəfər parkında olub.Nümayəndə heyətinin üzvləri Zəfər parkını ziyarət edərək Zəfər abidəsi önünə güllər qoyublar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.Qonaqları Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli müşayiət edib....

21 Aprel 2026, 15:56