Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Zəngilanın yenidən qurulması dövlətimizin gücünü göstərir

Zəngilanın bərpası 

Siyasət 19 Oktyabr 2026, 18:20

482

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin əsasını qoydu. Bu möhtəşəm Qələbə yalnız torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda, milli kimliyimizin, mədəni irsimizin və tarixi yaddaşımızın yenidən bərpası oldu. Bu kontekstdə Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ideoloji, siyasi və strateji əhəmiyyət kəsb edən, gələcəyə yönəlmiş mühüm bir çağırış kimi dəyərləndirilir. Hər bir şəhərin azad olunduğu tarixin Şəhər Günü kimi qeyd edilməsi bu ərazilərin əbədi və əzəli sahibinə qovuşduğunu beynəlxalq aləmə bir daha bəyan edir. Azad edilmiş şəhərlərdə reallaşdırılan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, beynəlxalq hava limanları, modern infrastruktur və yaşıl enerji zonaları Azərbaycanın gələcəyə baxışının göstəricisidir.Şəhər günlərinin qeyd edilməsi nəhəng quruculuq işlərinin hesabatı, gələcək inkişaf hədəflərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözügedən Sərəncamına əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günüdür. Vətən müharibəsinin hər günü Azərbaycan Ordusunun qəhrəmanlığının, şücaətinin təqdimatıdır. Silahlı Qüvvələrimiz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa növbəti müraciətində “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram... Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik” söyləyərək xalqımızın səbirsizliklə gözlədiyi yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı çatdırdı. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilmiş kəndlərini qeyd etməklə yanaşı, bu çağırışı da etdi ki, şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub və yaşayış məntəqələrinin azad olunması təmin edilib: “Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Zəngilan rayonu işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa, yenidənqurma və Böyük Qayıdış prosesi ilə müasir inkişaf və dirçəliş dövrünü yaşayır. Zəngilan azad edilmiş ərazilərimizdə icra olunan ilk pilot layihənin və Böyük Qayıdışın ilk ünvanıdır. Belə ki, bu gün Zəngilanın Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biri kimi diqqətdədir. İlk “ağıllı kənd” pilot layihəsi bu kənddə həyata keçirildi. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradıldı. Ağalı ağıllı kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq edilmişdir. Bu kontekstdə, kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində su elektrik stansiyası inşa edilmişdir. Əlavə olaraq inzibati binaların üzərində günəş panelləri quraşdırılmışdır. Kənddə yüksək sürətli internet şəbəkəsi mövcuddur. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilib. Burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü ilin 30 oktyabr tarixində “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. İnfrastruktura böyük vəsait ayrılıb və hazırda rayonda bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərində təməli 2022-ci ildə qoyulmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə oldu. Zəngilan şəhəri tarixi Zəfərimizdən sonra Böyük Qayıdış Proqramı çərçivəsində sakinlərinə qovuşan sayca 10-cu şəhərdir. Prezident İlham Əliyev bu il may ayının 10-da bu rayona səfəri zamanı Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin fonunda bu çağırışı etdi ki, bütün bunlar ölkənin gücüdür: “Yenə də deyirəm, hər şey planlı şəkildə aparılır. Biz çalışırıq ki, tezliklə keçmiş köçkünləri öz doğma vətənlərinə qaytaraq. Amma, eyni zamanda, hər şey elə qurulmalıdır ki, azad edilmiş ərazilər nəinki Azərbaycanda, dünyada nümunəvi olsun və bu da olacaq”.

  Zəngilan Azərbaycanın mühüm nəqliyyat qovşaqlarından biridir. Rayon nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın və Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Dəmir yolu xətti üzrə birinci mərhələnin böyük hissəsi tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.

 Millət vəkili bildirib ki, azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi - “Dost Aqropark” da məhz Zəngilanda yaradılıb. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Rayonda görülən işlər bunlarla bitmir. Son 6 ildə dövlət başçısı İlham Əliyevin Zəngilan rayonuna 15-ə yaxın səfəri olub. Bu səfərlərə diqqət yetirdikdə hər biri çərçivəsində Böyük Qayıdışa xidmət edən geniş miqyasda işlərin görüldüyünü görür və bundan böyük qürur hissi keçiririk. Onu da qeyd edək ki, 2023-cü ildə Zəngilan 2-ci Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Forum Zəngilan rayonunun timsalında işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaratdı. Bu günədək bu forumlar üç azad edilmiş ərazimizdə- Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilib. Həmin tədbirlərdə öz növbəsində Azərbaycanın bu il Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına uğurla ev sahibliyi etməsini şərtləndirdi.

Vüqar Rəhimzadə qeyd edib ki, bərpa-quruculuq işləri Böyük Qayıdış Proqramının icrasını sürətləndirir. Cari ilin 1 oktyabr tarixinə qədər Zəngilan şəhərində 84 ailə, 339 nəfər, Ağalı kəndində 234 ailə, 1017 nəfər, rayonun Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər məskunlaşıb. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilir. Sakinlərin məşğulluq problemlərinin həlli əsas hədəflər sırasındadır. 30 illik işğal dövründə dağıdılmış Zəngilanı hazırda müasir logistika mərkəzi kimi diqqətdə olan, müasirləşən, yeniləşən şəhər əvəzləyir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli: “Media qardaşlıq münasibətlərinə həssas yanaşmalıdır”

Professor, media eksperti Qulu Məhərrəmli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrikinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Professor qeyd edib ki, özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas yanaşmalı, sosial şəbəkələrdə bu münasibətləri hədəf alan şəxslərin yolu ilə getməməlidir. Onun sözlərinə görə, bəzən media da bu axına qoşularaq qızışdırıcı mövqe tutur.Qulu Məhərrəmli hadisələrin arzuolunmaz istiqamətdə inkişaf etdiyi bir vaxtda Ərdoğanın Azərbaycanı təbrik etməsini mühüm hadisə kimi qiymətləndirib.“ƏRDOĞAN: AZƏRBAYCAN TÜRKÜ QARDAŞLARIMI SALAMLAYIRAM!Özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas olmalı, sosial şəbəkələrdə bu münasibəti hədəf almış cahillərin yolu...

19 Oktyabr 2026, 09:10

Nailə Balayevadan Paşinyana sual: Sülh müqaviləsi niyə gecikir?

Jurnalist Nailə Balayeva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrə, eləcə də Ermənistan-Türkiyə münasibətlərinə dair fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Nailə Balayeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist bildirib ki, onu hazırda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ermənistan-Türkiyə sərhədinin açılması barədə tez-tez danışması və Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilə qədər ertələnməsi ilə bağlı məsələ narahat edir.Nailə Balayeva qeyd edib ki, bu iki bəyanat arasında əlaqə olmaya da bilər. O, Türkiyə və Azərbaycan arasında münasibətlərlə bağlı müzakirələr əvəzinə diqqətin Ermənistanın bəyanatlarına yönəldilməsini vacib sayıb.“Mən Sizi bilmirəm. Məni hazırda narahat edən Mirzoyanın tez-tez Ermənistan-Türkiyə...

19 Oktyabr 2026, 09:06

“Düşmən dəyirmanına su tökməyək” – Akif Aşırlıdan çağırış

"Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı Türkiyə və Azərbaycan arasında münasibətlərin gərginləşməsi ilə bağlı çağırış edib.Citypost.az xəbər verir ki, Akif Aşırlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist iki ölkə arasında münasibətlərin bilərəkdən böhran həddinə gətirildiyini vurğulayıb və tərəfləri əsassız iddialara qarşı diqqətli olmağa, birliyin qorunmasına çağırıb.“Türkiyə və Azərbaycan arasında münasibətlər təəssüf ki, bilərəkdən ( bilməyərəkdən yox ! ) böhran həddinə gətirilir və dövriyyəyə ağlasığmaz iddialar daxil edilir. Bu iki Türk Dövlətinin birliyini pozmağa calışan böyük güclər arasında 3 - cü bir qüvvənin olması şübhəsizdir.Nəzarətsiz sosial media şəbəkələri üzərindən blogerlər və infulinserlərlə aparılan , sonu heç də xoş...

19 Oktyabr 2026, 08:40

Cavid İsmayıldan sərt sözlər: “Dövlət maraqlarını anlamayanları tanıdıq”

Tarix üzrə fəlsəfə doktoru, jurnalist Cavid İsmayıl Azərbaycan və Türkiyə arasında gündəmə gələn müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, Cavid İsmayıl bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist qeyd edib ki, baş verən prosesin yeganə müsbət tərəfi hər iki ölkənin ictimai-siyasi sferasında dövlət və millət maraqlarını anlamayan şəxslərin mövcudluğunun üzə çıxması olub.“Bu prosesin bircə müsbət tərəfi oldu ki, hər iki ölkənin ictimai-siyasi sferasında kifayət qədər gerizəkalının mövcud olduğunu gördük, millət və dövlət maraqlarının nə olduğunu anlamayan yaratıqları tanıdıq”, – deyə Cavid İsmayıl yazıb.Əli ...

19 Oktyabr 2026, 08:15

Rüstəm Əbülfətoğlu: “İlham Əliyev sadiq qardaş olduğunu hələ 2014-cü ildə sübut etdi”

Jurnalist Rüstəm Əbülfətoğlu Azərbaycan və Türkiyə arasında FETÖ məktəblərinin bağlanması məsələsi ilə bağlı müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Rüstəm Əbülfətoğlu qeyd edib ki, Prezident İlham Əliyev 2014-cü ildə Azərbaycanda FETÖ ilə əlaqələndirilən təhsil müəssisələrinin bağlanması ilə bağlı qərarlar qəbul edilərkən Türkiyəyə sadiqliyini nümayiş etdirib.Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda 11 lisey və orta məktəb, 13 təhsil mərkəzi, eləcə də Qafqaz Universiteti bağlanıb. Jurnalist iddia edir ki, bu qərarlar nəticəsində 10 min nəfərə qədər şagird və tələbə, 2 min nəfərə yaxın müəllim çətin vəziyyətlə üzləşib.Əbülfətoğlu həmin vaxt bu addımları alqışlayan Türkiyənin hakim Ədalət...

19 Oktyabr 2026, 08:07

Aydın Quliyev: “Azərbaycanı günahkar göstərmək yanlış mövqedir”

AKP- Azərbaycan gərginliyinin ortasındakı " barışdırıcı sülh göyərçinləri"- həll yolu bu deyil...    AKP iqtidarı ilə Azərbaycanın arasında yaşanan gərginliklərə çox fərqli reaksiyalar var.Azərbaycandan, Türkiyədən...Mən özümüzdən verilən bir qrup reaksiyalara diqqət çəkəcəm.Öz aləmlərində orta, barışdırıcı mövqe tutmağa çalışan bəziləri elə hesab edirlər ki, guya onun bir barışıq çağırışı hər şeyi həll edəcək.Məsələn, " Əl saxlayın əfəndilər, qarşıdakı düşmən yox, bizim can qardaşımız Türkiyədir " və sair fikirlər oxuyuruq ...Çox mürəkkəb vəziyyətdə hər şeyin sadə bir çağırışla düzələcəyinə inanan sadəlövh adamlara bunu deyirəm...Əvvala, onun can qardaş Türkiyə olduğunu bilən və fərqinə varan tək siz deyilsiniz.İkinci, qarşılıqlı ittihamlar adi...

19 Oktyabr 2026, 08:02