Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı təbrik edib
Siyasət 02 Dekabr 2024, 11:38
5463
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.
Citypost.az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir.
Həmçinin oxuyun
Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir.
Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim.
Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm.
Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Məmmədov: Azərbaycanın İrana humanitar yardımı insani dəyərlərin bariz nümunəsidir
Milli Məclisin deputatı Ceyhun Məmmədov İlham Əliyev-in tapşırığı ilə İran İslam Respublikası xalqına göstərilən humanitar yardım təşəbbüsünü mühüm və uzaqgörən addım kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, Deputat bildirib ki, mürəkkəb və həssas dövrdə həyata keçirilən bu cür yardımlar müharibə və gərginlik şəraitində mülki əhalinin üzləşdiyi çətinliklərin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, humanitar yardım hər hansı siyasi mövqedən daha çox insani dəyərlərin ifadəsidir və çətin vəziyyətlə üzləşən insanların yanında olmaq həm beynəlxalq humanitar prinsiplərdən, həm də milli-mənəvi dəyərlərdən irəli gəlir.C.Məmmədov vurğulayıb ki, Azərbaycanın bu addımı ölkənin regionda yalnız siyasi və iqtisadi deyil, həm də humanitar sahədə məsuliyyətli və...
06 Aprel 2026, 10:09
Tural İrfan: Zori Balayan Azərbaycan zəfər çalanda ölüb
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Zori Balayan ölümü barədə fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Tural İrfan bildirib ki, Zori Balayan indi ölməyib, Azərbaycan zəfər çalanda ölüb, sadəcə cəmdəyini indi basdıracaqlar. Onun sözlərinə görə, Balayanın irsi və məfkurəsi isə 44 günlük müharibədə artıq məğlub edilib.T.İrfan qeyd edib ki, əsas olan insanın cismən ölməsi deyil, ideya və fikir baxımından ölməsidir və Balayan hər iki baxımdan artıq tarixə qovuşub.Siyasi şərhçi əlavə edib ki, onun ideyalarının həyata keçməsinə əməli dəstək verən İran generallarının da eyni dövrdə ölməsi diqqətçəkən məqamdır. O bildirib ki, bu prosesləri “ilahi təvafüq” kimi qiymətləndirmək olar.Tural İrfan...
06 Aprel 2026, 08:13
Azərbaycan və Qazaxıstan TDT çərçivəsində əməkdaşlığı müzakirə edib
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.Görüşdə eyni zamanda regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub....
03 Aprel 2026, 16:54
Ceyhun Bayramov Hindistan XİN nümayəndəsi ilə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a XİN-dən məlumat verilib.Görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb.Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdə mövcud gərginlik barədə fikir mübadiləsi aparıblar. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyi qeyd edilib. Bununla yanaşı, Hindistan vətəndaşlarının İrandan...
03 Aprel 2026, 16:33
Bəhruz Rüstəmxanlı: “Siyasətdən kənar gənclik gələcəyi itirir”
İctimai fəal Bəhruz Rüstəmxanlı gənclərin ictimai-siyasi proseslərdə iştirakı ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki,onun sözlərinə görə, gənclərin siyasiləşməsi seçim deyil, zərurətdir. O qeyd edib ki, siyasətdən uzaq duran gənclik əslində öz gələcəyi ilə bağlı qərar vermək haqqını başqalarına həvalə etmiş olur.Bəhruz Rüstəmxanlı bildirib ki, belə halda gənclərin taleyini ictimai maraqlardan çox, dar çevrələrin şəxsi maraqları müəyyənləşdirə bilər. Onun fikrincə, siyasiləşmək tərəf tutmaq deyil, düşünmək, sorğulamaq, haqqını tanımaq və məsuliyyət daşımaq deməkdir.İctimai fəal vurğulayıb ki, gənclər proseslərin içində olmadıqda, onlar gələcəyi quran tərəf yox, yalnız müşahidə edən kütləyə çevrilirlər. O əlavə edib ki, səssiz qalan gənclik zamanla təsirsiz gəncliyə çevrilir.Yeganə...
03 Aprel 2026, 11:12
Ekspert: Moskva–İrəvan xəttində gərginlik artır
Jurnalist Elçin Rüstəmli Rusiya–Ermənistan münasibətlərində gərginliyin artdığını bildirib.Citypost.az xəbər verir ki,onun sözlərinə görə, Vladimir Putin və Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun TASS agentliyinə verdiyi geniş müsahibə diqqət çəkib.E.Rüstəmli qeyd edir ki, müsahibə əsasən Paşinyan hökumətinin Qərbə inteqrasiya siyasətinə qarşı Rusiyanın mümkün addımlarına həsr olunub. Onun fikrincə, Moskva regionda mövqelərini qorumaq üçün sərt siyasət yürüdə bilər.Jurnalist iddia edir ki, Rusiya siyasi proseslərdə istədiyi nəticəni əldə edə bilməyəcəyi təqdirdə, Paşinyan hakimiyyətinə qarşı daha radikal addımlar ata bilər.Elçin Rüstəmli əlavə edib ki, mövcud vəziyyət fonunda yaxın aylarda Cənubi Qafqazda gərginliyin daha da artması ehtimalı istisna...
03 Aprel 2026, 10:31