Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən “tiktoker” həbs olunub
Hadisə 02 Oktyabr 2026, 18:53
2023
Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir “tiktoker” həbs olunub.
Citypost.az xəbər verir ki, Nəsibov Məhəmməd Hüseyn oğlu “tiktok” sosial şəbəkəsində özünə məxsus "7_muxammed_7" adlı səhifədə canlı yayımda digər bloggerlərlə söhbət nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.
Bu əməlinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Həmçinin oxuyun
Bir neçə dəqiqə əvvəl məhkəmənin qərarı ilə M. Nəsibov 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məktəbdəki yanğına görə 5 şagird saxlanıldı
Oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.Daxili İşlər Nazirliyindən Citypost.az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
13 Oktyabr 2026, 14:06
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb.Citypost.az xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarla bağlı ciddi tədbirlər görülməlidir.
12 Oktyabr 2026, 15:14
Məktəblərdə qarşıdurma cəhdi – 37 nəfər həbs olundu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Citypost.az-a bildirilib ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə...
12 Oktyabr 2026, 13:01
Qisas almaq üçün ailəni sosial şəbəkədə təhqir etdi - HƏBS olundu
Sosial şəbəkələrdə bir ailəni təhqir edən şəxs həbs olunub.Citypost.az Publika.az-a istinadən xəbər verir ki, 33 yaşlı Telman Salmanov (şərti adla) münasibətləri pis olan qadını, onun valideynlərini və övladlarını “Bigo Live” sosial şəbəkəsində açdığı canlı yayımlarda 1 il ərzində söyüb.Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Telman polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və millimənəvi dəyərlərə zidd formada göstərilməsinə görə)...
12 Oktyabr 2026, 08:12
Bakıda 4 avtomobil yanıb
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.Citypost.az hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.Yanğın qısa müddətdə söndürülüb.Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.
10 Oktyabr 2026, 09:15
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 40 yaşlı kişinin meyiti tapılıb.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb.Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Ramal Novruzlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti ailəsi tərəfindən yaşadığı mənzildə aşkarlanıb.Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
10 Oktyabr 2026, 08:00