Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Cəmiyyət 03 Oktyabr 2026, 10:17

530

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib.

Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu təltif Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görədir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dövlətçilik tariximizin başlanğıc mərhələsi — 3 oktyabr 1993-cü il TARİXİ

3 oktyabr 1993-cü il Azərbaycan tarixinin mühüm və taleyüklü günlərindən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş Prezident seçkilərində xalqın böyük etimadını qazanan Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə ölkənin mürəkkəb ictimai-siyasi proseslərdən keçdiyi, dövlət müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı bir dövrə təsadüf edirdi.1990-cı illərin əvvəllərində Azərbaycanda siyasi və iqtisadi vəziyyət olduqca mürəkkəb idi. Ölkədə sabitliyin təmin olunması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, iqtisadi problemlərin aradan qaldırılması və milli təhlükəsizliyin qorunması qarşıda duran əsas məsələlərdən idi. Belə bir şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı cəmiyyətdə sabitlik və dövlətçiliklə bağlı gözləntiləri artırdı.Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun...

03 Oktyabr 2026, 10:54

Umud Mirzəyev: Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT sənədində əksini tapıb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinə təqdim etdiyi alternativ hesabatda qaldırılan bir sıra mühüm məsələlər Komitənin Ermənistanla bağlı yekun müşahidə və tövsiyələrində yer alıb.Citypost.az  xəbər verir ki, bunu BAMF prezidenti Umud Mirzəyev BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin Ermənistanın təqdim etdiyi əlavə məlumatlara dair qəbul etdiyi yekun sənədi şərh edərkən bildirib.Umud Mirzəyev qeyd edib ki, Komitənin 24 sentyabr 2026-cı il tarixli yekun sənədinin BAMF-ın təqdim etdiyi alternativ hesabat və Cenevrədə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin qaldırdığı məsələlərlə müqayisəsi mühüm nəticələri üzə çıxarır:“Bizim üçün əsas məsələ yalnız alternativ hesabatın BMT platformasında dərc olunması deyildi. Məqsədimiz onilliklərdir taleyi naməlum qalan...

03 Oktyabr 2026, 10:11

Tovuzda ana-oğul arasında dəhşətli hadisə

Tovuzda qadın evdə aldığı yanıq xəsarətlərindən ölüb, oğlu saxlanılıb.Citypost.az  xəbər verir ki, ilkin məlumata görə, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E. Hüseynli saxlanılıb.Fakt araşdırılır.

03 Oktyabr 2026, 09:53

Yağıntılı havanın nə vaxtadək davam edəcək? 

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var.Güclü şimal-qərb küləyi əsəcək.Bakıda havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Bölgələrdə havanın temperaturu gecə...

03 Oktyabr 2026, 09:20

Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.Citypost.az xəbər verir ki, bu mühüm tarix 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin imzalanmasından sonra təsis edilib.Dörd əsas təmələ – ortaq tarixə, dilə, kimliyə və mədəniyyətə söykənən Türk Dövlətləri Təşkilatı (TDT) iştirakçı ölkələr arasında həmrəyliyin və əlaqələrin dərinləşməsinə xidmət edən mühüm regional platforma rolunu oynayır.Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Azərbaycan rəhbərlərinin bir araya gəldiyi Naxçıvan Zirvə toplantısı vacib qərarların qəbulu ilə tarixə düşüb. Ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni təşəbbüslərin irəli sürüldüyü Naxçıvan sammitində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsinə dair Sazişin və Naxçıvan Bəyannaməsinin imzalanması tarixi addım...

03 Oktyabr 2026, 09:00

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

Bu gün paytaxtın Suraxanı rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək.Təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsi Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək enerjinin verilişində məhdudiyyət tətbiq olunacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....

03 Oktyabr 2026, 08:45