Bizə yazın

Baku

-°C

USD

-

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Cəmiyyət 03 Oktyabr 2026, 13:36

520

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda bir neçə yolda sürət həddi endirilib

Bakıda hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilərək portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Hazırda Bakının bir sıra ərazilərində müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir....

03 Oktyabr 2026, 14:06

Söylə, sevirsən məni

Saçlarında gül ətri, Gül gözəlim, gül təki.Səni sevəntək məni, Görən, sən də sevirsən?Ay gözəlim, göyçəyim.Sənə qurban ürəyim. Bircə kəlmə de görüm. Sən də məni sevirsən? Çəkdim gözümə şəklini.Ürəyimə həsrətini. Mənim kimi bir fəqiri,De, sən də sevirsənmi?Ay bəxtimə düşən mələk.Bir deyək, bir də gülək. Üzmə qəlbimi bir görək.Söylə, sevirsən məni?Çiçək olum, yolda bitim.Sağdan keçsən, solda bitim. Ölüm, bu yerlərdən itim.Bilim ki, sevirsən məni. Ramidə Yaqubqızı.

03 Oktyabr 2026, 13:08

Prezident İlham Əliyev Li Cemyönə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönü təbrik edib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli cənab Prezident,Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Azərbaycan ilə Koreya arasında əlaqələr dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslanır. Biz Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk.İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə nail olacağıq.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram"....

03 Oktyabr 2026, 12:06

Qusar və Şahdağa qar yağır - FAKTİKİ HAVA

Azərbaycanın əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd olunub ki, Qrız, Xınalıq, Qusar və Şahdağda isə qar yağır. Bakıda və Abşeron yarımadasında 31 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 110 %-ni təşkil edir.Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı: Qəbələdə 72 (aylıq normanın 57%-i), Lənkəranda 56 (aylıq normanın 22%-i), Sarıbaşda (Qax) 50 (aylıq normanın 41%-i), Oğuzda 41 (aylıq normanın 41%-i), Xaltanda 37 (aylıq normanın 76%-i), Kişçayda (Şəki) 36 (aylıq normanın 41%-i), Şahdağda 33 (aylıq normanın 52%-i), Astarada...

03 Oktyabr 2026, 11:50

“Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişfımızın yol xəritəsidir”  

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir”.Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, qurultay iştiakçısı, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib.Polkovnik qeyd edib ki, qurultayda YAP-ın son bir ildəki fəaliyyəti yüksək qiymətləndirilib, eləcə də dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişaf istiqamətləri, bu sahədə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında qurultay iştirakçılarına ətraflı məlumat verilib:“Qurultay iştirakçısı olaraq ilk növbədə qeyd etməliyəm ki, YAP-ın VIII Qurultayı öz möhtəşəmliyi və məhsuldarlığı ilə yadda qaldı. Qurultayda YAP-ın ötən dövrlərdəki fəaliyyəti və əldə edilən uğurlara toxunuldu, partiyanın fəaliyyəti iştirakçılar tərəfindən...

03 Oktyabr 2026, 11:25

TƏBİB sədri İlkin Namazovu vəzifəsindən azad etdi

Sumqayıt Tibb Mərkəzində kadr islahatı aparılıb.Citypost.az  "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.Əmrə əsasən, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin Namazov vəzifəsindən azad edilib.

03 Oktyabr 2026, 11:15