Bizə yazın

Baku

-°C

USD

-

Pərvanə Vəliyeva: Heydər Əliyevin siyasi qayıdışı mühüm dəyişikliklərə yol açdı

Siyasət 03 Oktyabr 2026, 11:19

2611

3 oktyabr 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla, həm də mühüm və yaddaqalan hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi, ölkənin ciddi siyasi, sosial və iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrə təsadüf edirdi. 1993-cü ilin may-iyun aylarında siyasi böhran daha da dərinləşmiş, ölkədə sabitliyin qorunması və dövlət müstəqilliyinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaranmışdı. Həmin dövr vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu mürəkkəb bir mərhələ idi.

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az  saytına açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Həmin gün ölkədə keçirilmiş ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Belə bir şəraitdə Heydər Əliyevin siyasi proseslərə qayıdışı Azərbaycanın ictimai-siyasi həyatında mühüm dəyişikliklərin əsasını qoydu. Bu hadisə ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və dövlət idarəçiliyinin yeni əsaslar üzərində qurulması baxımından mühüm mərhələ hesab olunur.1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-dən etibarən isə o, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Bu mərhələ sonrakı siyasi proseslərin və dövlət quruculuğu istiqamətində həyata keçiriləcək tədbirlərin mühüm başlanğıcı oldu.

Onun sözlərinə görə , 1993-cü il oktyabr ayının 3-də Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən ümumxalq səsverməsinin nəticələrinə əsasən Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməklə, onun ölkənin ali dövlət vəzifəsinə seçilməsi hüquqi-siyasi baxımdan rəsmiləşdi. Bu seçki həm də Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanması idi. Həmin dövrdən etibarən müstəqil dövlət quruculuğu, dövlət təhlükəsizliyinin təmin olunması, ərazi bütövlüyünün müdafiəsi, iqtisadiyyatın bərpası, demokratik inkişaf, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dünya birliyinə inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.Heydər Əliyevin prezidentliyi dövrünün əsas istiqamətlərindən biri dövlət idarəçiliyinin və dövlət institutlarının möhkəmləndirilməsi idi. 1993-cü ildən sonra ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, hüquq və qanunçuluğun möhkəmləndirilməsi, dövlət strukturunun qorunması və idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində addımlar atıldı, qanunçuluğun və hüquqi qaydaların möhkəmləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirilməyə başladı.1993-cü ildən sonrakı mərhələ həm də Azərbaycanın müstəqil dövlət kimi institusional inkişafının sürətləndiyi bir dövr olmuşdur. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi və ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi bu mərhələnin mühüm xüsusiyyətləri sırasında idi.

P. Vəliyeva əlavə edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatı ciddi problemlərlə qarşılaşmışdı. Müstəqilliyin ilk illərinin mürəkkəb siyasi və iqtisadi şəraitində dövlətin qarşısında iqtisadi sabitliyin təmin edilməsi və gələcək inkişaf üçün möhkəm baza yaradılması vəzifəsi dayanırdı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın təbii resurslarından səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılması və xarici investisiyaların cəlb edilməsi idi. Sonrakı illərdə həyata keçirilən enerji strategiyası Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynadı. Bu siyasətin əsas elementlərindən biri Azərbaycanın dünya iqtisadi sisteminə daha sıx inteqrasiyasının təmin edilməsi idi.1993-cü ildən etibarən Azərbaycanın xarici siyasətində də yeni mərhələ başladı. Ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müxtəlif dövlətlərlə diplomatik və siyasi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın milli maraqlarının beynəlxalq təşkilatlarda müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən oldu.Həmçinin, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyanın dövlət strategiyasının əsas istiqamətlərindən biri idi. Bu dövrdə Azərbaycan özünün müstəqil xarici siyasət kursunu formalaşdırmağa və beynəlxalq münasibətlər sistemində dövlət kimi mövqeyini möhkəmləndirməyə başladı.1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi bu prosesin mühüm mərhələlərindən biri oldu. Konstitusiya müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirərək dövlət hakimiyyətinin təşkilinin əsas prinsiplərini təsbit etdi. Heydər Əliyevin dövlətçilik konsepsiyasında milli birlik xüsusi yer tuturdu. Azərbaycan xalqının tarixi-mədəni irsinin qorunması, milli dəyərlərin dövlət siyasətində əks etdirilməsi və dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi bu istiqamətin mühüm elementləri idi. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq ideyası Azərbaycanın müasir milli dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən biri idi. 

Millət vəkili vurğulayıb ki, 3 oktyabr 1993-cü il tarixi Azərbaycanın müstəqillik tarixində mühüm siyasi mərhələnin başlanğıcı kimi yadda qalmışdır. Bu tarixdən sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunun sürətləndirilməsi, iqtisadiyyatın bərpası və inkişafı, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, milli birlik və azərbaycançılıq ideyasının möhkəmləndirilməsi ölkənin qarşısında duran prioritet məsələlər idi. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi kimi mühüm məsələlərdə uğurla sınaqdan çıxmışdır.Ümummilli Lider Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.

P. Vəliyeva qeyd edib ki, Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrilmiş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrilmişdir.Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.Beləliklə, Heydər Əliyevin 1993-2003-cü illərdəki fəaliyyəti Azərbaycan dövlətçiliyi tarixinin mühüm mərhələlərindən biri kimi qiymətləndirilir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanla Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib

Azərbaycan və Laos parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında özünəməxsus rolu qeyd edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin görüşündə müzakirə olunub.Söhbət zamanı ali səviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Bu baxımdan qonağın Prezident İlham Əliyevlə görüşlərinin, aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.Görüşdə Həmçinin,...

13 Oktyabr 2026, 20:25

İran özünü islam ölkəsi sayır...Əslində REALLIQ NƏDİR? 

Citypost.az   AYB sədrinin müşaviri Sayman Aruzun İraqn haqqında məqaləsini təqdim edir:Məcburi hicabdan azad düşüncəyə doğruDini mənəviyyatın siyasi alətə çevrilməsi cəmiyyətə nə verir və biz qonşumuzun yaşadığı tarixi səhvlərdən hansı nəticələri çıxarmalıyıq?Hər bir cəmiyyətin qarşısında bu seçim var: gələcəyini azad düşüncə, elmi tərəqqi, hüquq və insan ləyaqəti üzərində qurmaq, yoxsa insanın şəxsi həyatını, geyimini, davranışını və hətta düşüncəsini müəyyən ideoloji qəliblərə salmağa çalışan bir idarəçilik modelini qəbul etmək. Bu seçim zahirən geyim, dini ayinlər və mənəvi dəyərlər ətrafında müzakirə olunsa da əslində söhbət insanın öz həyatı üzərində nə qədər söz sahibi olmasından, dövlətin səlahiyyətlərinin harada bitməsindən və cəmiyyətin hansı gələcəyə doğru...

13 Oktyabr 2026, 14:54

Zahid Oruc:"Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub”..   

Prezident İlham Əliyevin hakim partiyanın səkkizinci qurultayında ideoloji məkanımızı yad ünsürlərdən və təsirlərdən qorumaq çağırışı məfkurə suverenliyini və gələcək milli hədəflərini müəyyənləşdirməyə xidmət edən mühüm proqramdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqməqsədli dövlətçilik idealları 2020-ci ildə ərazi bütövlüyümüzü təmin etdi.Vətən müharibəsində əldə edilən Qələbə xalqımızın birliyini və siyasi həmrəyliyini daha da gücləndirdi. Lakin hərbi meydanda məğlub olanlar, ölkə başçısının dediyi kimi sərhəd tanımayan ideoloji və informasiya məkanında savaşı davam etdirirlər. Tarixi Qələbəmizi yalnız qonşu və uzaq paytaxtların razılığı, aldığımız bahalı silahları satanların xidməti ilə əlaqələndirib dövlətimizin misilsiz iradəsi, ordumuzun gücü, xalqımızın qətiyyəti və yenilməzliyini inkar edənlərə ən yüksək tribunadan...

13 Oktyabr 2026, 14:51

YAP-dan AKP iqtidarına SƏRT ÇAĞIRIŞ: “Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin”

Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.Bu barədə Citypost.az-a Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən bildirilib.“Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında mövcud olan tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirmişik. Məqsədimiz ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olmuşdur.Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş bu informasiya...

13 Oktyabr 2026, 14:03

Prezident: Mina problemi Azərbaycanla Laos üçün ortaq məsələdir

"Bizi mina problemi də birləşdirir".Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib.“Cənab Prezident mənə dedi ki, Laosda insanlar bu gün də minalardan əziyyət çəkir. Mən də bildirdim ki, ermənilər 1 milyondan çox minanı torpağımızda basdırıb. Burada təcrübə mübadiləsi maraqlı ola bilər. Eyni zamanda, yeni texnologiyaların tətbiqi də böyük önəm daşıyır", - dövlət başçısı qeyd edib....

13 Oktyabr 2026, 11:56

Laos Prezidenti: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə yüksələcək

"Bu gün biz bir çox sahələri əhatə edən sənədlər və birgə Bəyanat imzaladıq".Citypost.az xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.O bildirib ki, bu sənədlər gələcək əməkdaşlığımızın vacib təməlini təşkil edəcək: “Biz inanırıq ki, gələcəkdə Azərbaycandan sərmayələrin yatırılması daha da artacaq".

13 Oktyabr 2026, 11:55