Bizə yazın

Baku

-°C

USD

-

Səs-küylü qaçaqmalçılıq işi: generalın oğlu və digərləri dustaqlığına buraxıldı

Cəmiyyət 02 Oktyabr 2026, 19:14

456

Ötən ilin səs-küylü əməliyyatlarından biri - 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunanlar həbsdən azad edilib.

Citypost.az  xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar qəbul edib.

Bu iş üzrə 10 nəfər - Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının baş direktoru Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, liman xidmətinin rəisi Zaur Haşımov, liman briqadiri Fərrux Haqverdiyev, gömrük inspektorları - Heydər Eyvazlı və Tamerlan Axundzadə, Tahir Tahiri, Firuz Əliyev, Amil Cəbrayılov və Rövşən Tarverdiyev mühakimə olunur. Onlardan 6-sı həbsdə idi.

Bu gün hakim Kamil Əliyevin qərarı ilə həbsdə olan 6 nəfər - Rəşad Daşdəmirov, Zaur Haşımov, Fərrux Haqverdiyev, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə ev dustaqlığına buraxılıb.

İş üzrə məhkəmə araşdırması isə davam edir.

Qeyd edək ki, cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Bu işlə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri, məşhur iş adamı Ruslan Eyyubov da həbs edilmişdi. İlkin istintaqın sonunda o, ev dustaqlığına buraxılıb, cinayət işi başqa icraata ayrılıb.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 206.4 (külli miqdarda qaçaqmalçılıq - mütəşəkkil dəstə tərkibində törədildikdə), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər. Bu əməllər, xüsusilə ağır cinayət hesab olunur.

Qeyd edək ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların davam etdiyi müşahidə olunur.Bu barədə Citypost.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.Məlumata görə, aparılan təhlillər göstərir ki, müvafiq qruplaşmalar süni intellekt alqoritmləri və xüsusi proqram təminatlarından istifadə etməklə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də sadə vətəndaşları hədəfə alırlar. Çoxsaylı xəbərdarlıqlara və maarifləndirici tədbirlərə baxmayaraq, bəzi hallarda vətəndaşların hələ də belə dələduzluq hallarına inandığı və onların qurbanına çevrildiyi diqqəti çəkir."Kibercinayətkarlar xüsusi hazırlanmış ssenarilər əsasında hədəfə götürülən şəxslərə guya "təcili" və "vacib" xarakterli mesajlar göndərir, daha sonra zərərçəkənləri aldatmaq üçün...

02 Oktyabr 2026, 20:09

İranın ilan sifəti 

Qonşu baxımından heç vaxt bəxtimiz gətirməyib. Ermənistanla bərabər, İran da bizə qarşı həmişə qərəzli mövqeyi ilə seçilib. Hayları başa düşdük, İran nəyin hesabını çəkə bilmir? Axı, İran İslam ölkəsi, müsəlman dövlətidir. Dini köklərimiz , etiqadımız birdir. Müsəlman qardaşlarıq. Amma və lakin görünən odur ki, qonşu dövlət Azərbaycana qarşı qısqanclıqla yanaşır. Bu, getdikcə daha çirkin görkəm almağa başlayır. Ümumiyyətlə, İranın Azərbaycana olan siyasi mövqeyi birmənalı şəkildə qərəzdən başqa heç nəyi ifadə etmir.Biz bunu istər Birinci Qarabağ müharibəsi, istərsə də,  İkinci Qarabağ müharibəsindən sonra aydın şəkildə gördük.Vətən müharibəsindəki qələbəmizdən sonra İran açıq şəkildə Azərbaycanın müstəqilliyini və regionun lider olmasını heç cür həzm edə...

02 Oktyabr 2026, 19:56

Azərbaycanda 5 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə müsabiqə qalibləri müəyyənləşib

Bakının 161 və 218 nömrəli şəhərətrafı, həmçinin Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat və Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.Bu barədə Citypost.az  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, Əmircan və Hövsan qəsəbələrini əlaqələndirən 161 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Çinar-Trans" MMC; Türkan qəsəbəsini metronun "Əhmədli" stansiyası ilə əlaqələndirən 218 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Azlənd Plaza" MMC; Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "ALIOSMAN AĞASOY" MMC; Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC; Bakı–İmişli marşrutu üzrə fiziki şəxs Mustafayev Bakir Ayaz oğlu; Sumqayıt–Quba marşrutu üzrə...

02 Oktyabr 2026, 18:40

Şamaxıda şadlıq sarayında saxta araq verilirmiş 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı şəhəri, Bakı-Qazax yolu, ev 120 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Əyyub Allahverdi oğluna məxsus “Şirvangöl” şadlıq sarayında yoxlama keçiriblər.Qurumdan Citypost.az-a bildirilib ki, yoxlama zamanı şadlıq evində saxtalaşdırma əlamətləri olan 72 ədəd (hər biri 0.7 lt ) “Sobranie” əmtəə nişanlı araq məhsulunun istehlaka təqdim edilməsinin qarşısı alınıb. Həmçinin normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.Faktla bağlı qanunvericiliyə uyğun inzibati tədbir görülüb, sözügedən məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.Araşdırmalar davam etdirilir....

02 Oktyabr 2026, 18:28

Deputat NATO-nun tədbirinə gedir

Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov qurumun 109-cu Rouz-Rot seminarında iştirak etmək üçün oktyabrın 5-də Moldova Respublikasının Kişineu şəhərinə səfər edəcək.Citypost.az xəbər verir ki, seminar çərçivəsində Moldovanın Avro-Atlantik məkanında gələcəyi, mürəkkəb strateji mühitdə dayanıqlılığın gücləndirilməsi, təhlükəsizlik çağırışları və bu istiqamətdə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.Qeyd edək ki, səfər oktyabrın 8-də başa çatacaq.

02 Oktyabr 2026, 18:19

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sakinlərlə görüşdü

Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov oktyabrın 2-də Mingəçevirdə vətəndaşları qəbul edib. Tədbirə Goranboy, Mingəçevir və Yevlaxdan olan sakinlər qatılıb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.Citypost.az xəbər verir ki, görüşdən əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Mingəçevirdəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.Tədbir zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə...

02 Oktyabr 2026, 18:06