Bizə yazın

Baku

-°C

USD

-

Cəbrayılda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir

Cəmiyyət 04 Oktyabr 2026, 12:36

650

Uzun illər ərzində xalqımız Ermənistanın işğalçılıq, terrorçuluq, etnik təmizləmə siyasəti və vandallığı ilə üzləşib və 30 ilə yaxın dövr ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizi mütəmadi atəşə tutaraq onların həyatına daim təhlükə yaratmışdır. Yüz minlərlə soydaşımız ata-baba torpaqlarından didərgin düşmüş, şəhər və kəndlərimiz viran edilmiş, maddi-mədəni irsimiz və dini abidələrimiz vəhşicəsinə məhv edilmişdir.

Bunu CityPost.az-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov bildirib.

Deputatın sözlərinə görə,Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə rayona məxsus 1 şəhər, 4 qəsəbə və 92 kənd, ümumilikdə 1050 kvadrat kilometr ərazi düşmən nəzarətinə keçmişdi. Təxminən 52 min nəfərin yaşadığı bu torpaqlar yalnız hərbi güc vasitəsilə deyil, həm də sistemli dağıntılarla məhv edilmişdi. Rəsmi hesablamalara görə, işğal nəticəsində Cəbrayıl rayonuna 13 milyard 928 milyon ABŞ dolları məbləğində ziyan vurulmuş, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət müəssisəsi və 100-ə yaxın kənd yerlə-yeksan edilmişdi.

Zaur Şükürov həmçinin bildirib ki,Birinci Qarabağ müharibəsində cəbrayıllılar da xalqımızın bütövlüyü uğrunda misilsiz igidlik nümayiş etdirmişlər.

Rayon üzrə 362 nəfər şəhid olmuş, 191 nəfər əlil kimi ömür sürməyə məhkum edilmişdir. 6 nəfər rayon sakininə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir ki, bu da Cəbrayıl əhalisinin Vətən yolunda göstərdiyi misilsiz fədakarlığın parlaq göstəricisidir. İşğal nəticəsində minlərlə məcburi köçkün respublikanın 58 rayonunun iki minədək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yataqxanalarda və hətta yük vaqonlarında ağır həyat şəraitində məskunlaşmalı olmuşdu.

1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad edilməsi, strateji yüksəkliklərin düşməndən geri alınması Böyük Qayıdış prosesinin başlanğıcı oldu. Uzun illər mühasirə vəziyyətində yaşayan Cocuq Mərcanlıya həyatın qayıtması həm mənəvi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun igid əsgərləri Lələtəpə yüksəkliyini işğaldan azad etməklə Cəbrayıl uğrunda yeni mərhələnin əsasını qoymuşdular.

Tarixi dönüş nöqtəsi isə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi oldu. Əzmlə həyata keçirilən əks-hücum əməliyyatları çərçivəsində ilk olaraq Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Ardınca 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabrda isə Cəbrayıl şəhəri və onun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal işğaldan azad olundu. Bununla da cəbrayıllıların otuz ilə yaxın həsrətinə son qoyuldu, Azərbaycan Ordusu Vətən uğrunda misilsiz şücaət nümayiş etdirdi.

Bu möhtəşəm qələbənin arxasında Ali Baş Komandan İlham Əliyevin verdiyi qətiyyətli əmrlər, xalqımızın sarsılmaz iradəsi və şəhidlərimizin misilsiz qəhrəmanlığı dayanırdı. Ordumuzun əsgər və zabitləri böyük fədakarlıq, cəsarət və qəhrəmanlıq göstərərək düşmənin illərlə qurduğu istehkamları yardı, Cəbrayıl torpaqlarında Azərbaycan bayrağını dalğalandırdı. Nəticədə, rayon ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd əsarətdən xilas edilərək Azərbaycan bayrağına qovuşdu.

Düşmən Cəbrayıl torpaqlarında bir neçə müdafiə xətti yaratmışdı. Hərbi əməliyyatların uğurla həyata keçirilməsi üçün bu istehkamların yarılması zəruri idi və bu, Azərbaycan əsgərinin fədakarlığı, cəsarəti və müzəffər iradəsi hesabına mümkün oldu. Cəbrayıl əməliyyatının strateji əhəmiyyəti ondan ibarət idi ki, bu qələbə Azərbaycan Ordusunun daha geniş istiqamətlərdə irəliləməsinə, xüsusilə Xocavəndin cənub kəndləri və Hadrut qəsəbəsi, eyni zamanda Zəngilan, Qubadlı və Laçın rayonlarının cənub hissələrində uğurlu əməliyyatlar aparmasına zəmin yaratdı. Məhz Cəbrayılın azad olunması nəticəsində Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü ki, bu da müharibənin taleyini dəyişən əsas mərhələlərdən biri oldu.

Xüsusi qeyd edilməlidir ki, Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün azad edilməsi həm tarixi, həm də siyasi rəmz daşıyırdı. 2020-ci ilin noyabr ayında Xudafərin körpüsündə Azərbaycan bayrağınının ucaldılması zəfərin əbədiliyini təsdiqləyən bir hadisəyə çevrildi. Bu, bütün dünyaya xalqımızın iradəsini, ordumuzun gücünü və dövlətimizin əzmini nümayiş etdirdi.

Cəbrayılın işğaldan azad olunması yalnız bir rayonun xilas edilməsi deyildi, bütöv Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının rəmzinə çevrilən silinməz bir səhifə idi. Qazanılan zəfər onilliklər boyu yurd həsrəti ilə yaşayan on minlərlə cəbrayıllının doğma torpaqlarına qayıdışı üçün yeni üfüqlər açdı, onların qəlbində ümid çırağını yenidən alovlandırdı. 

Bu gün artıq “Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayılda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir, müasir məktəblər, xəstəxanalar, yaşayış massivləri inşa olunur, infrastruktur bərpa edilir. 

Prezident cənab İlham Əliyevin bu bölgəyə ondan çox səfəri həyata keçirilib və dövlət başçımızın tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. 2026-cı il sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə, 2.974 nəfər, Horovlu kəndində 321 ailə, 1.326 nəfər, Şükürbəyli kəndində 599 ailə, 2.749 nəfər olmaqla cəmi 1.600 ailə, 7.022 nəfər məskunlaşıb.

Vətən müharibəsində qazanılan tarixi Zəfər sayəsində Cəbrayıl yenidən dirçəlir, həyat ritmi bərpa olunur və əsrlərin yaddaşına qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsi gələcək nəsillərə əbədi miras kimi ötürülür.

Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ 

Oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda 2° şaxtadan 3°-dək isti, gündüz...

04 Oktyabr 2026, 12:50

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - VİDEO 

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb.CityPost.az xəbər verir ki, paylaşımda dövlətimizin başçısının bu fikirləri yer alıb:"Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı".

04 Oktyabr 2026, 11:23

Təhsil işçiləri təltif edildi - Siyahı 

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər.“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb.Əmrə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təltif edilib.Təltif olunan təhsil işçilərinin siyahısını təqdim edirik:“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə: 1.    Abasov Kamran Bədəl oğlu — Quba rayonu Susayqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru2.    Abbaszadə Sevda Ələkbər qızı — Tovuz şəhəri Aleksandr Puşkin adına tam orta ümumtəhsil...

04 Oktyabr 2026, 11:10

Bizə heç kimin köməyi lazım deyil   

Ali Baş Komandan, Prezident İlham Əliyev  oktyabrın 2-də YAP-ın Vlll Qurultayında çıxışı zamanı bir çox sahələrə toxunaraq, son zamanlar diqqət mərkəzində olan bəzi məsələlərdən də danışıb. Ölkə başçısı qeyd edib ki, " Bizə, heç kimin köməyi lazım deyil. Nə etmişik özümüz etmişik". Bəli, Azərbaycan 30 illik işğala cəmi 44 günə son qoydu. Ərazilərini düşmən tapdağından azad etməklə, suveren, azad və ərazi bütövlüyünü təmin etmiş dövlət kimi 200 illik işğalçılıq siyasətinin də kökünü qazdı. Vətən müharibəsində dünya hərb tarixinə nümunə olacaq şəkildə özümüz döyüşdük, millət kimi bir yumruqda, bir amal uğrunda birləşib mübarizə apardıq. Qəhrəmanlıq göstərdik. Düşmənin və onun himayədarlarının üzərinə məğrur addımlarla...

03 Oktyabr 2026, 19:48

Şuradan Türkiyə mediasındakı “əsassız və qərəzli” iddialara SƏRT REAKSİYA

"Son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində əsassız, hüquqi, diplomatik və etik çərçivələrlə bir araya sığmayan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlərə dair mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların, əsassız və qərəzli iddiaların kütləvi hal alması ictimaiyyətimizdə təbii narahatlıq doğurur".Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının Bəyanatında bildirilib.Qeyd olunub ki, iki qardaş ölkənin münasibətlərinin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən qısa fasilələrlə davamlı xarakter daşımasını, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılması və buna qarşı heç bir tədbir görülməməsi təəssüf doğuran və yolverilməz hal...

03 Oktyabr 2026, 15:59

ADSEA: Həssas ərazilərdə yağış sularının toplanmasının qarşısı alınır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Su Təchizatı Xidməti intensiv yağışlar zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.Bu barədə Citypost.az-a İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib.Qeyd olunub ki, xüsusən payız və qış aylarında tullantı və yağış suları şəbəkələrinin daim təmizlənməsi intensiv yağışlar zamanı suların ətraf ərazilərdə toplanmasının qarşısının alınmasına müsbət təsir göstərir: “Yağışlardan öncə verilən proqnoz əsasında sukanal idarələri həssas nöqtələrdə, təyin olunmuş yerlərdə fasiləsiz xidmət göstərərək suların ətraf ərazilərdə toplanmasının qarşısını alırlar.Körpülərin altında, küçə və prospektlərdə, qəsəbədaxili ərazilərdə yağış sularının idarə olunması işləri intensiv aparılır.Xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya...

03 Oktyabr 2026, 15:20