Həqiqətin və intuisiyanın nuru - Etibar Əliyev yazır...
Söz adamı 15 Aprel 2026, 08:12
1625
15 APREL ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR
“Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir”. Əvhədi Marağayi
Hər bir elm sahəsinin əsasını qoyanların adı və soyadı elm tarixinə qızıl hərflərlə yazılır. Akademik Zərifə Əliyevanın Azərbaycanda Oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Oftalmologiya (qədim yunanca “göz”+ “elm”) gözün anatomiyası, fiziologiyası, patologiyasını öyrənən - müalicə və profilaktikasının metodunu işləyən tibbin sahəsidir. Zərifə Əliyeva görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu, ömrü boyu Qərbi Azərbaycan torpağının xiffətini çəkən, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur. Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşıdır. Elmin ən yüksək zirvəsinə çatmaq üçün mükəmməl təhsil almaq vacib şərtlərdən biridir. Rəhmətlik Əziz müəllimin nəhəng kitabxanasının olmasını söyləyirlər. Əlbəttə ki, kitabxana varsa, geniş mütaliə mütləqdir.
Zərifə xanım aldığı mükəmməl təhsil və qazandığı yüksək elmi dərəcələr sayəsində Azərbaycanda Oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlər ərsəyə gətirmişdir. Elm tarixçisi, filosof Tomas Kuna görə elmi uğurların 3 mahiyyəti mövcudur.
-əldə edilmiş nəticələr həqiqəti ehtiva etməlidir;
-həqiqi nəticələrin əldə olunması ilə yanaşı, həm də həqiqətin aydın istiqaməti, dəqiq metodu və tədqiqatı işlənməlidir;
-əgər əldə olunmuş nəticələrdə həqiqət genişlənirsə, keçmiş biliklər şübhə altına alınmırsa, metodiki irəlililəyiş yaranırsa, elm proqressiv xarakter daşıyır.
Zərifə xanımın Bioqrafiyasında elmi yaradıcılığına diqqət edəndə bu üç mahiyyəti parlaq şəkildə görürük. Azərbaycan Prezidenti İlham Əliyev: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”
Zərifə xanımın böyük zəhmət hesabına elmdə qazandığı uğurlar və Azərbaycanımız üçün iki ləyaqətli övladın böyüdülməsinə sərf etdiyi intellektual əmək bir-birini tamamlayıb.
Zərifə xanım nursuz gözlərə işıq paylamaq, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq missiyasını üzərinə götürdü.
Texnologiyaların hələ inkişaf etmədiyi bir vaxtda Oftalmologiya sahəsində uğurlu elmi tədqiqatların aparaılması həm də Zərifə xanımın intuisyasının mükəmməliyindən xəbər verir. Müasir dövrün həkimlərinin işinin əsas hissəsini texnologiyalar-cihazlar görür. Ötən əsrdə alimin əsas elmi aləti onun intuisiyası və bilikləri idi.
Fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüş, müasir transplantologiyanın banilərindən biri Piter Medavar yazır ki, elmdə qadınların intuisyası kişilərə nisbətən daha genişdir. Və onlar elmdə daha səxavətli olurlar. Professor Medavarın bu postulatı Zərifə xanım Əliyevanın timsalında özünü doğruldur. Təsadüfi deyildir ki, akademik Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında tibb elminə böyük töhfələr vermişdir.
Ulu öndər Heydər Əliyev: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.” Unudulmaz Heydər Əliyevin bu dəyərli və məzmunlu fikri Zərifə xanımın həyatının fəlsəfəsidir.
O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik M. İ. Averbax adına mükafata layiq görülməsi isə onun beynəlxalq elmi nüfuzunu təsdiqləməklə yanaşı, Azərbaycan elminin də yüksək səviyyədə tanınmasına xidmət edir.
Akademik Zərifə xanım Əliyevanın misilsiz ictimai fəaliyyəti dövrün humanizm hərakatına əvəzsiz töhfələr vermişdir. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin, həmçinin «Oftalmologiya xəbərləri» jurnalının Redaksiya heyətinin üzvü olmuşdur.
Akademik Zərifə xanım Əliyevanın həqiqətə xidmət edən aydın elmi irsi indiki tədqiqatçılar üçün əvəzsiz mənbədir. Və elm yolunda yorulmadan çalışmağın nümunəvi məktəbidir.
Allah Rəhmət eləsin...
Həmçinin oxuyun
Etibar Əliyev
Təhsil eksperti, sabiq millət vəkili
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR
Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət, ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım. Bir nəfər barəsində aparılan...
20 May 2026, 11:53
Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”
İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...
19 May 2026, 10:21
O, rəhbər olmaq üçün doğulub... Elman Eldaroğlu yazır...
"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...
14 May 2026, 08:56
Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...
Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...
11 May 2026, 12:29
Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ? Zaur Əliyev yazır...
Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan şəxslərdən biri idi. Rusların Gəncəni bombalaması,...
11 May 2026, 12:07
Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”
Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...
11 May 2026, 11:50