Tural İrfan: “Rüşvət alan da, verən də eyni dərəcədə günahkardır”
Söz adamı 10 Aprel 2026, 08:08
246
Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan rüşvət və bəndə haqqı ilə bağlı sərt açıqlama verib.
Citypost.az xəbər verir ki, dinşünas bildirib ki, cəmiyyətdə bəzi insanlar rüşvət almağın günah olduğunu qəbul etsə də, verməyin günah olmadığını düşünür:“Əslində isə rüşvət verən də, alan qədər günaha batır. Hətta bu prosesdə vasitəçilik edən şəxslər də lənətlənmiş sayılır.”
Dinşünas qeyd edib ki, haram yolla əldə olunan qazanc insanın ibadətlərinin qəbuluna ciddi maneə yaradır:“Kim rüşvət alıbsa və ya başqasının haqqını tapdalayıbsa, sadəcə ibadət etməklə, ziyarətlərə getməklə bunu ört-basdır edə bilməz. Əvvəlcə zərər vurduğu şəxsləri tapmalı, onların haqqını ödəməli və halallıq almalıdır.”
Onun sözlərinə görə, bəndə haqqı İslamda ən ağır günahlardan biri hesab olunur və bu, yalnız zərərçəkmiş şəxsin razılığı ilə bağışlana bilər:“İnsan başqasına haqsızlıq edibsə, istər maddi, istər mənəvi zərər vurubsa, bu haqq qaytarılmadan edilən ibadətlərin qəbul olunması mümkün deyil.”
Həmçinin oxuyun
Tural İrfan əlavə edib ki, bəzi şəxslər haram yollarla sərvət topladıqdan sonra ömrünün sonrakı dövrlərində ibadətə yönəlməklə bunu kompensasiya edə biləcəklərini düşünürlər:“Bu yanaşma yanlışdır. İnsan Allahı aldada bilməz. Əgər axirətini də itirmək istəmirsə, mütləq şəkildə haqsızlıq etdiyi insanların haqqını qaytarmalıdır.”
Dinşünas vurğulayıb ki, başqasının haqqını yeyib sonradan dini ziyarətlərlə bunu “örtmək” cəhdi həm mənəvi, həm də dini baxımdan qəbuledilməzdir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tural İrfan: Dinin fərqli yozumu cəmiyyətdə ziddiyyətli “tanrı” anlayışı yaradır
Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan Türkiyənin mərhum ilahiyyatçısı Yaşar Nuri Öztürk barədə yazdığı fikirlərdə dinin cəmiyyət tərəfindən fərqli şəkildə qavranılmasına diqqət çəkib.Citypost.az xəbər verir ki, dinşünas bildirib ki, sosial şəbəkələrdə insanlar alimin çıxışlarını öz məzhəb və baxışlarına uyğun şərh edərək ziddiyyətli reaksiyalar verirlər: “Hansı çıxış dinləyicinin məzhəbinə uyğundursa ‘Allah rəhmət eləsin’ deyilir, uyğun deyilsə ‘lənət olsun’ yazılır.”Tural İrfanın sözlərinə görə, bu yanaşma dini subyektiv formada dərk etməyə gətirib çıxarır və nəticədə hər kəs öz düşüncəsinə uyğun “din obrazı” formalaşdırır.Müxtəlif məzhəblər dini fərqli şəkildə təqdim etdikləri üçün cəmiyyətdə Allah anlayışına dair müxtəlif təsəvvürlər yaranır.Dinşünas qeyd edib ki, bəzi...
08 Aprel 2026, 08:51
Əsl ziyalılıq nümunəsi - Xatirə Xatun YAZIR...
Azərbaycanın ictimai-siyasi salnaməsində və müasir nəsrinin saflığında öz dəst-xətti olan şəxsiyyətlər var ki, onların yubileyləri sadəcə təqvim hadisəsi deyil, bir mənəviyyat hesabatıdır. Bu il 85 illik zirvəsinə boylandığımız Yaşar Rzayev, taleyini həm Sözün qüdrətinə, həm də Dövlətin məsuliyyətinə bağlamış nadir ziyalılardan biridir. O, bu gün də aramızda, öz işıqlı təfəkkürü və ağsaqqal müdrikliyi ilə mənəvi yol göstərməkdədir. Yaşar Rzayev adını ən yeni Azərbaycan tarixinə müstəqilliyin memarlarından biri kimi də yazdırıb.Onun siyasi portreti Azərbaycanın ən fırtınalı və həlledici illəri ilə birbaşa bağlıdır. 1991-ci ilin oktyabrında o, Azərbaycanın Dövlət Müstəqilliyi Aktına imza atan İstiqlalçı deputatlar sırasındaydı. Bu imza onun...
07 Aprel 2026, 10:26
Xalq yazıçısı Anar: “Bunu ilk dəfədir açıqlayıram...”
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Kult.az-a müsahibə verib. AYB Mətbuat xidməti həmin müsahibəni təqdim edir. - Anar müəllim, keçmiş AYO-çular bir-bir sizi müdafiə edən yazılar yazır, müsahibələr verir. Bunu sizin qələbəniz hesab edəkmi?- Mən heç kəslə müharibə aparmamışam ki, qələbə çaldığımı hesab edim. Əleyhimə çıxanların arasında da istedadlı adamlar olduğunu heç vaxt danmamışam. İndi onlardan bir çoxu Yazıçılar Birliyinə ögey münasibətin mənasız olduğunu dərk ediblərsə, mətbuat orqanlarımızda gen-bol çap olunurlarsa, bu, şübhəsiz ki, ədəbiyyatımızın qələbəsidir.- Sanki siz də bir az acıq çıxırsınız, aşağılayırsınız. Məsələn, bir müsahibədə keçmiş AYO-çu haqqında “mənim bəzi yazılarım var, verirəm, tərcümə edir” demişdiniz. Yazıçı-şairlərin çoxu...
03 Aprel 2026, 15:18
Şükranlıq içində və ya şükranlığa bələnmiş ADAM...
Şəmsi Vəfadarın YAZISI:Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. Uşaq yaşlarından musiqiyə olan sevgi və maraq onu bu yolu sevməyə təhrik edən əsas amillərdən olmuşdur. Rayon Mədəniyyət Evində gənc yaşlarından metodist və incəsənət məsləhətçisi kimi fəaliyyətə başlayıb. Bakıdakı Teatr İnstitutuna daxil olsa da müəyyən səbəblərdən təhsilini davam etdirməyib. Sonralar D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistutunda təhsil alıb.1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblının müşayətilə ifa etdiyi bir neçə mahnı radio fonotekasında yazılıb. 1968-ci ildə “Muğam-68” festivalının qalibi seçilib. 1970-ci ildə SSRİ Xalq artisti Niyazi onu Azərbaycan Dövlət Filarmoniyasına işləməyə dəvət edir. O, Niyazinin...
03 Aprel 2026, 11:14
Aprel döyüşləri – Zəfərə aparan tarixi yolun başlanğıcı
Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşlərindən 10 il keçir. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan Şanlı Zəfər yolunun başlanğıcıdır. Bu döyüşlər xalqımız və dövlətimiz üçün böyük Qələbənin başlanğıcı kimi hörmət və qürur hissi ilə xatırlanır.Ordumuzun peşəkarlığı sayəsində həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilər verən Ermənistan silahlı qüvvələri haqqında uydurulmuş “məğlubedilməzlik” mifi dağıldı və millətimizin qələbə əzmi yüksəldi.Bölmələrimizin qətiyyətli zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası, 320 hərbçisi məhv edildi,...
02 Aprel 2026, 11:58
"Yaraşıqlı kişi!" - Günel Gözəlova Rasim Balayevdən YAZDI
Mən onu daim belə yaraşıqlı və mərd Azərbaycan kişisi kimi xatırlayacamİl 2021...başıma gələn hadisələrdən kimsə xəbərdar deyil. Sadəcə köhnə qvardiya jurnalistlər bilir, bizim bir qrupumuz var. Əziz, doğma, dəyərli həmkarım Elnur Kalantarovdur yaradan. Orada şəxsən özüm ailəvi və çox ciddi problemlərimdən dolayı işimdən ayrılmaq qərarımı bildirdim. Qısa zamanda xəbər yayıldı, hamı "Günel, niyə?", "Etmə, eləmə?!", "Bəlkə nazir dəyişdi, səbəb odurmu?"...Halbuki sonradan yoldaşımla, atamın az zaman fərqlə başına gələnləri və mənim onların ikisinin də dayanmadan qulluğunda durmalı olduğumu bildi hamı, hər ikisinin həyati təhlükəsi vardı.Xülasə...xəbər yayıldı...gələn ilk iki zəng kimlərdən idi?Ekranın və səhnənin sükutunu səsi, sözü, obrazı ilə silkələyən möhür adamlar....
30 Mart 2026, 09:24