Bizə yazın

Baku

-°C

USD

-

Parlamentin rəqəmsal memarı - Osman Gündüz yazır...

Söz adamı 15 Aprel 2026, 10:41

326

30 ildir bu sektordayam. 

Bu qədər stajı olanları da yaxşı tanıyıram. Çünki zamanında sayımız elə də çox olmayıb.

Azərbaycanda İT sektorunda uzun illər sistemli fəaliyyət göstərən nadir mütəxəssislərdən biri də Şahin müəllimdir. 

Maraqlıdır ki, o, təxminən 30 ilə yaxın müddətdə Milli Məclisdə İT sahəsinə rəhbərlik edərək, faktiki olaraq bu qurumun rəqəmsal infrastrukturunun memarı olub.

Bir insan təsəvvür edin ki, həyatının az qala yarısını böyük bir dövlət qurumunun rəqəmsal mühitinin qurulmasına həsr edib. 

Onun rəhbərlik etdiyi struktur təkcə texniki dəstək funksiyası daşımayıb. 

Bildiyim qədər bu illər ərzində parlament iclaslarının elektron idarə olunması, elektron səsvermə sistemləri, bütün iclas və tədbirlərin video-audio qeydiyyatı, stenoqramların hazırlanması və arxivləşdirilməsi, qanunvericilik sənədlərinin rəqəmsallaşdırılması kimi kritik proseslər məhz bu struktur üzərindən həyata keçirilib.

Eyni zamanda Milli Məclisin informasiya sistemlərinin, data mərkəzlərinin və şəbəkələrinin qurulması, onların fasiləsiz və təhlükəsiz işləməsi, kibertəhlükəsizlik tədbirləri, rəsmi veb resursların idarə olunması da bu şöbənin əsas məsuliyyət sahəsi olub. 

Yəni söhbət sadəcə İT xidmətindən yox, bütöv bir rəqəmsal ekosistemin idarə olunmasından gedir.

Bu gün məlum oldu ki, Şahin Həsənov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsinə təyin olunub. 

Açığı, yeni vəzifədən daha çox onun əvvəlki vəzifədən ayrılması ayrıca qeyd olunmalı məqamdır. 

Çünki Milli Məclisin rəqəmsal infrastrukturunun  qurulması və inkişafı ilə bağlı böyük bir dövr məhz onun adı ilə bağlıdır.

Şahin müəllim sektorda təcrübəsi və peşəkarlığı ilə tanınan simalardandır. Texnika elmləri üzrə fəlsəfə doktoru olaraq pedaqoji fəaliyyətlə də məşğuldur.

Fikrimcə bu təyinat həm də dövlət qurumlarında İT kompetensiyasının artıq qərarvermə səviyyəsində daha güclü təmsil olunmasına doğru atılan addım kimi qiymətləndirilə bilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zirvənin Sakit Sahibi  

Bu gün bir insanın yoxluğunu deyil, bir ömrün işığını xatırlayırıq…Bu gün sadəcə bir anım günü deyil, bu, bir xalqın yaddaşına həkk olunmuş zərifliyin, zəkanın və mərhəmətin səssizcə boy göstərdiyi gündür. Bu gün Zərifə Əliyeva-nın anım günüdür.O, yalnız bir alim deyildi. O, insan gözünə işıq verən həkim olmaqla yanaşı, qəlblərə də nur salan bir şəxsiyyət idi. Onun toxunduğu həyatlarda yalnız müalicə yox, ümid də vardı. O ümid ki, bəzən dərmandan daha güclü olur.Zərifə xanımın böyüklüyü onun sadəliyində gizlənirdi. O, zirvədə dayanıb aşağıdan baxanlardan deyildi , o, zirvəni özü ilə birlikdə hamı üçün əlçatan edənlərdən idi. Elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, insanlara yanaşma...

15 Aprel 2026, 10:29

Həqiqətin və intuisiya­nın nuru - Etibar Əliyev yazır...

15 APREL ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR“Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir”. Əvhədi MarağayiHər bir elm sahəsinin əsasını qoyanların adı və soyadı elm tarixinə qızıl hərflərlə yazılır. Akademik Zərifə Əliyevanın Azərbaycanda Oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Oftalmologiya (qədim yunanca “göz”+ “elm”) gözün anatomiyası, fiziologiyası, patologiyasını öyrənən - müalicə və profilaktikasının metodunu işləyən tibbin sahəsidir. Zərifə Əliyeva görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu, ömrü boyu Qərbi Azərbaycan torpağının xiffətini çəkən, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur. Zərifə xanım Əliyeva  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin...

15 Aprel 2026, 08:12

Tural İrfan: “Rüşvət alan da, verən də eyni dərəcədə günahkardır”

Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan rüşvət və bəndə haqqı ilə bağlı sərt açıqlama verib.Citypost.az xəbər verir ki, dinşünas bildirib ki, cəmiyyətdə bəzi insanlar rüşvət almağın günah olduğunu qəbul etsə də, verməyin günah olmadığını düşünür:“Əslində isə rüşvət verən də, alan qədər günaha batır. Hətta bu prosesdə vasitəçilik edən şəxslər də lənətlənmiş sayılır.”Dinşünas qeyd edib ki, haram yolla əldə olunan qazanc insanın ibadətlərinin qəbuluna ciddi maneə yaradır:“Kim rüşvət alıbsa və ya başqasının haqqını tapdalayıbsa, sadəcə ibadət etməklə, ziyarətlərə getməklə bunu ört-basdır edə bilməz. Əvvəlcə zərər vurduğu şəxsləri tapmalı, onların haqqını ödəməli və halallıq almalıdır.”Onun sözlərinə görə, bəndə haqqı İslamda...

10 Aprel 2026, 08:08

Tural İrfan: Dinin fərqli yozumu cəmiyyətdə ziddiyyətli “tanrı” anlayışı yaradır

Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan Türkiyənin mərhum ilahiyyatçısı Yaşar Nuri Öztürk barədə yazdığı fikirlərdə dinin cəmiyyət tərəfindən fərqli şəkildə qavranılmasına diqqət çəkib.Citypost.az xəbər verir ki, dinşünas bildirib ki, sosial şəbəkələrdə insanlar alimin çıxışlarını öz məzhəb və baxışlarına uyğun şərh edərək ziddiyyətli reaksiyalar verirlər: “Hansı çıxış dinləyicinin məzhəbinə uyğundursa ‘Allah rəhmət eləsin’ deyilir, uyğun deyilsə ‘lənət olsun’ yazılır.”Tural İrfanın sözlərinə görə, bu yanaşma dini subyektiv formada dərk etməyə gətirib çıxarır və nəticədə hər kəs öz düşüncəsinə uyğun “din obrazı” formalaşdırır.Müxtəlif məzhəblər dini fərqli şəkildə təqdim etdikləri üçün cəmiyyətdə Allah anlayışına dair müxtəlif təsəvvürlər yaranır.Dinşünas qeyd edib ki, bəzi...

08 Aprel 2026, 08:51

Əsl ziyalılıq nümunəsi - Xatirə Xatun YAZIR...

Azərbaycanın ictimai-siyasi salnaməsində və müasir nəsrinin saflığında öz dəst-xətti olan şəxsiyyətlər var ki, onların yubileyləri sadəcə təqvim hadisəsi deyil, bir mənəviyyat hesabatıdır. Bu il 85 illik zirvəsinə boylandığımız Yaşar Rzayev, taleyini həm Sözün qüdrətinə, həm də Dövlətin məsuliyyətinə bağlamış nadir ziyalılardan biridir. O, bu gün də aramızda, öz işıqlı təfəkkürü və ağsaqqal müdrikliyi ilə mənəvi yol göstərməkdədir.        Yaşar Rzayev adını ən yeni Azərbaycan tarixinə müstəqilliyin memarlarından biri kimi də yazdırıb.Onun siyasi portreti Azərbaycanın ən fırtınalı və həlledici illəri ilə birbaşa bağlıdır. 1991-ci ilin oktyabrında o, Azərbaycanın Dövlət Müstəqilliyi Aktına imza atan İstiqlalçı deputatlar sırasındaydı. Bu imza onun...

07 Aprel 2026, 10:26

Xalq yazıçısı Anar: “Bunu ilk dəfədir açıqlayıram...”

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Kult.az-a müsahibə verib. AYB Mətbuat xidməti həmin müsahibəni təqdim edir. - Anar müəllim, keçmiş AYO-çular bir-bir sizi müdafiə edən yazılar yazır, müsahibələr verir. Bunu sizin qələbəniz hesab edəkmi?- Mən heç kəslə müharibə aparmamışam ki, qələbə çaldığımı hesab edim. Əleyhimə çıxanların arasında da istedadlı adamlar olduğunu heç vaxt danmamışam. İndi onlardan bir çoxu Yazıçılar Birliyinə ögey münasibətin mənasız olduğunu dərk ediblərsə, mətbuat orqanlarımızda gen-bol çap olunurlarsa, bu, şübhəsiz ki, ədəbiyyatımızın qələbəsidir.- Sanki siz də bir az acıq çıxırsınız, aşağılayırsınız. Məsələn, bir müsahibədə keçmiş AYO-çu haqqında “mənim bəzi yazılarım var, verirəm, tərcümə edir” demişdiniz. Yazıçı-şairlərin çoxu...

03 Aprel 2026, 15:18