Bizə yazın

Baku

-°C

USD

-

Tural İrfan: Dinin fərqli yozumu cəmiyyətdə ziddiyyətli “tanrı” anlayışı yaradır

Söz adamı 08 Aprel 2026, 08:51

357

Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan Türkiyənin mərhum ilahiyyatçısı Yaşar Nuri Öztürk barədə yazdığı fikirlərdə dinin cəmiyyət tərəfindən fərqli şəkildə qavranılmasına diqqət çəkib.

Citypost.az xəbər verir ki, dinşünas bildirib ki, sosial şəbəkələrdə insanlar alimin çıxışlarını öz məzhəb və baxışlarına uyğun şərh edərək ziddiyyətli reaksiyalar verirlər: “Hansı çıxış dinləyicinin məzhəbinə uyğundursa ‘Allah rəhmət eləsin’ deyilir, uyğun deyilsə ‘lənət olsun’ yazılır.”

Tural İrfanın sözlərinə görə, bu yanaşma dini subyektiv formada dərk etməyə gətirib çıxarır və nəticədə hər kəs öz düşüncəsinə uyğun “din obrazı” formalaşdırır.Müxtəlif məzhəblər dini fərqli şəkildə təqdim etdikləri üçün cəmiyyətdə Allah anlayışına dair müxtəlif təsəvvürlər yaranır.

Dinşünas qeyd edib ki, bəzi insanlar dini mahiyyətdən uzaqlaşaraq onu öz maraqlarına uyğun şəkildə qəbul edirlər: “Əslində kim nəyə valehdirsə, onun üçün o, bir növ tanrıdır.”

Tural İrfan sonda mərhum Yaşar Nuri Öztürkün xatirəsini ehtiramla yad edərək onun fikirlərinin cəhalət və xurafata qarşı bir mübarizə olduğunu bildirib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əsl ziyalılıq nümunəsi - Xatirə Xatun YAZIR...

Azərbaycanın ictimai-siyasi salnaməsində və müasir nəsrinin saflığında öz dəst-xətti olan şəxsiyyətlər var ki, onların yubileyləri sadəcə təqvim hadisəsi deyil, bir mənəviyyat hesabatıdır. Bu il 85 illik zirvəsinə boylandığımız Yaşar Rzayev, taleyini həm Sözün qüdrətinə, həm də Dövlətin məsuliyyətinə bağlamış nadir ziyalılardan biridir. O, bu gün də aramızda, öz işıqlı təfəkkürü və ağsaqqal müdrikliyi ilə mənəvi yol göstərməkdədir.        Yaşar Rzayev adını ən yeni Azərbaycan tarixinə müstəqilliyin memarlarından biri kimi də yazdırıb.Onun siyasi portreti Azərbaycanın ən fırtınalı və həlledici illəri ilə birbaşa bağlıdır. 1991-ci ilin oktyabrında o, Azərbaycanın Dövlət Müstəqilliyi Aktına imza atan İstiqlalçı deputatlar sırasındaydı. Bu imza onun...

07 Aprel 2026, 10:26

Qartımış ürək və ya sarsaqlığın anatomiyası   

Ağsaqqallıq böyük  bir missiyadır. Hər saqqalı ağ olana ağsaqqal demək olmaz. Ağsaqqal deyilən şəxs müdrik, sözükeçən, böyüklük etməyi bacaran, sözünün dəyəri olan, ətrafdakılar tərəfindən şəxsiyyət kimi qəbul edilən bir insan olmalıdır. Bəzi cəmiyyətlərdə axmaq olsa belə yüksək mənsəb sahibi olan adamı çoxları dahi zənn edirlər. İnsan özünə hansı dəyəri verirsə, digərləri də onu elə qəbul edir. Məsələn, AYB-nin sədri Anar gözəl bilir ki, vəzifədən getsə bir aydan sonra bu gün onun ətrafında olanlar özlərinə başqa sahib axtaracaqlar. Anarı cəmiyyət arasında ən çox hörmətdən salan adam isə Rauf Aslanovdur. Sələmçilik fəaliyyəti ilə məşğul olan R.Aslanov pul verdiyi adamlarla konflikt yaşadıqda Yazıçılar Birliyini...

03 Aprel 2026, 15:18

Şükranlıq içində və ya şükranlığa bələnmiş ADAM...  

Şəmsi Vəfadarın YAZISI:Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun  1-də İmişli rayonunda anadan olub. Uşaq yaşlarından musiqiyə olan sevgi və maraq onu bu yolu sevməyə təhrik edən əsas amillərdən olmuşdur. Rayon Mədəniyyət Evində gənc yaşlarından metodist və incəsənət məsləhətçisi kimi fəaliyyətə başlayıb. Bakıdakı Teatr İnstitutuna daxil olsa da müəyyən səbəblərdən təhsilini davam etdirməyib. Sonralar D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistutunda təhsil alıb.1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblının müşayətilə ifa etdiyi bir neçə mahnı radio fonotekasında yazılıb. 1968-ci ildə “Muğam-68” festivalının qalibi seçilib. 1970-ci ildə SSRİ Xalq artisti Niyazi onu Azərbaycan Dövlət Filarmoniyasına işləməyə dəvət edir. O, Niyazinin...

03 Aprel 2026, 11:14

Aprel döyüşləri – Zəfərə aparan tarixi yolun başlanğıcı

Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşlərindən 10 il keçir. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan Şanlı Zəfər yolunun başlanğıcıdır. Bu döyüşlər xalqımız və dövlətimiz üçün böyük Qələbənin başlanğıcı kimi hörmət və qürur hissi ilə xatırlanır.Ordumuzun peşəkarlığı sayəsində həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilər verən Ermənistan silahlı qüvvələri haqqında uydurulmuş  “məğlubedilməzlik” mifi dağıldı və millətimizin qələbə əzmi yüksəldi.Bölmələrimizin qətiyyətli zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası, 320 hərbçisi məhv edildi,...

02 Aprel 2026, 11:58

"Yaraşıqlı kişi!" -  Günel Gözəlova Rasim Balayevdən YAZDI

Mən onu daim belə yaraşıqlı və mərd Azərbaycan kişisi kimi xatırlayacamİl 2021...başıma gələn hadisələrdən kimsə xəbərdar deyil. Sadəcə köhnə qvardiya jurnalistlər bilir, bizim bir qrupumuz var. Əziz, doğma, dəyərli həmkarım Elnur Kalantarovdur yaradan. Orada şəxsən özüm ailəvi və çox ciddi problemlərimdən dolayı işimdən ayrılmaq qərarımı bildirdim. Qısa zamanda xəbər yayıldı, hamı "Günel, niyə?", "Etmə, eləmə?!", "Bəlkə nazir dəyişdi, səbəb odurmu?"...Halbuki sonradan yoldaşımla, atamın az zaman fərqlə başına gələnləri və mənim onların ikisinin də dayanmadan qulluğunda durmalı olduğumu bildi hamı, hər ikisinin həyati təhlükəsi vardı.Xülasə...xəbər yayıldı...gələn ilk iki zəng kimlərdən idi?Ekranın və səhnənin sükutunu səsi, sözü, obrazı ilə silkələyən möhür adamlar....

30 Mart 2026, 09:24

Dövrümüzün Hürrü kim olacaq?!  Elxan Şükürlü

Dövrümüzün Hürrü kim olacaq?!Dünən Qəzza – Fələstin torpaqları, bu gün Tehran, Təbriz, Məşhəd, Şiraz, İsfahan... – külli-İran! Dünən Qəzzada sünni, bu gün İranda şiə müsəlmanlar eyni bir gücün – səlibçi-si*o*nist ittifaqının bombardmanıyla qətl edilir! Bilirsiniz, niyə?! Çünki hər iki ünvan bu lənətlənmiş gücün iradəsinə boyun əyməyən, parça-parça edilmiş İslam aləminin əsas dirəniş cəbhələri, müqavimət qalaları, ölümün özünə qalib gəlməyin örnəyini göstərən savaş meydanları, hər an külündən közərib alovlanan ocaqlar, məğlubedilməz bir düşüncənin dərin kök atdığı və yayıldığı ideya məkanlarıdır!Oradakıların da iradəsini qırdılarsa, təslim etdilərsə, o ocaqları söndürdülərsə, əmin olun ki, bütün müsəlman dünyasını dizə gətirəcək, bütün İslam coğrafiyasına daha bir neçə əsr...

27 Mart 2026, 11:22