Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Cəmiyyət 18 Mart 2025, 17:00
19009
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Citypost.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!"
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb
Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.Bu barədə "Report"un sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb....
28 Avqust 2026, 19:26
Əgər, "Qarabağ" dünən uduzubsa, Sabah mütləq qələbə qazanacaq
O vaxt güclü ola bilərsən ki, həm udmağı, həm də uduzmağı bacarasan. Axşamdan aləm dəyib bir-birinə. "Qarabağ" niyə uduzdu?Elə bir komanda göstərin ki, bütün oyunları qalib gəlib, heç uduzmayıb. Mümkün deyil. Necə olur ki, "Qarabağ" qələbə qazandığı zaman hamını qəhrəman bilirik, tərif yağdırırıq, uduzanda düşmən gözündə görürük? Bu, nə düşüncə, anlayışdır? Unutmayın ki, "Qarabağ" futbol komandası uzun illər ölmüş, məhv olmuş və itib-batmış Azərbaycan futbolunu dirildib, dirçəldib və ayağa qaldırıb. Az da olsa, dünya çapına çıxarmağa nail olub. Ən güclülərin siyahısında belə, adımız hallanıb. İmzalar içində imzamız olub. Ulu öndər Heydər Əliyevin müdrik cavabını da xatırlayın arada:"Niyə, qapıçı aparmamışdılar?". Bir zamanların Azərbaycan futbolu...
28 Avqust 2026, 16:50
Körpələrdə nitq ləngiməsinin 4 əsas səbəbi: Valideynlər nə vaxt loqopedə müraciət etməlidir?
Uşaqların erkən yaş dövründə inkişaf göstəricilərindən biri onların nitq, ünsiyyət bacarıqlarının formalaşmasıdır. Körpələrin ilk sözləri tələffüz etməsi, fikirlərini ifadə etməsi hər bir uşaqda fərdi tempdə baş versə də, müəyyən yaş hədlərində nitqin olmaması, yaxud geriləməsi ciddi narahatlığa zəmin yaradır. Nitq ləngiməsi uşağın yalnız nitq aparatının deyil, onun ümumi psixi, sosial inkişafının da ləngiməsinə yol açan faktordur.Citypost.az xəbər verir ki, bu problemin yaranmasına səbəb olan birinci əsas faktor eşitmə qüsurlarıdır. Uşaq ətrafdakı səsləri, sözləri tam, aydın duymadıqda həmin səsləri təqlid edə bilmir, nəticədə nitq inkişafı ləngiyir. İkinci mühüm səbəb pedaqoji, sosial baxımsızlq, yəni ailədə canlı ünsiyyətin azlığıdır. Uşaqla kifayət qədər danışılmadıqda,...
28 Avqust 2026, 16:28
AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub
28 avqust 2026-cı il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.İclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.İclasın yekununda bir sıra qərarlar qəbul edilib.Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb.İclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək.Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli...
28 Avqust 2026, 15:50
USTADIMA VƏFA BORCUM - NƏRİMAN HƏSƏNZADƏNİN ƏZİZ XATİRƏSİNƏ
Bəzən insan həyatda elə şəxsiyyətlərlə qarşılaşır ki, illər keçsə də, zaman onları yaddaşdan silə bilmir. Onların səsi, baxışı, danışığı, təbəssümü, bircə kəlməsi belə insanın yaddaşında yaşayır. Bəzi insanlar isə sadəcə xatirəyə çevrilmir, insanın mənəvi dünyasının ayrılmaz parçasına çevrilirlər. Mənim üçün Nəriman Həsənzadə məhz belə böyük və əziz şəxsiyyət idi. Onun haqqında yazmaq mənim üçün həm böyük məsuliyyət, həm də ustadıma olan vəfa borcumdur.Bir də o həzin, duyğulu, insanın qəlbinə məlhəm kimi yayılan o səsi canlı eşitməyəcəyəm... Bu fikri dilə gətirmək belə mənə ağır gəlir. Onun səsi bir başqa idi. Şairlərin xüsusi şeir oxumaq diksiyası var. Bu, çoxlarına aiddir. Lakin Nəriman...
28 Avqust 2026, 15:07
Nigar Fərhad sərbəst buraxıldı
Çoxsaylı şikayətlər əsasında saxlanılan "AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.İstintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb. Digər yeni məlumat ondan ibarətdir ki, "AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. Artıq Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı prokurorluq aparır.Nigar Fərhad barəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır. O, hazırda istintaq nəzarəti altında sərbəstdir. Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb. ///Qafqazinfo...
28 Avqust 2026, 15:05