Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc:"Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub”..   

Siyasət 13 Oktyabr 2026, 14:51

1830

Prezident İlham Əliyevin hakim partiyanın səkkizinci qurultayında ideoloji məkanımızı yad ünsürlərdən və təsirlərdən qorumaq çağırışı məfkurə suverenliyini və gələcək milli hədəflərini müəyyənləşdirməyə xidmət edən mühüm proqramdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqməqsədli dövlətçilik idealları 2020-ci ildə ərazi bütövlüyümüzü təmin etdi.

Vətən müharibəsində əldə edilən Qələbə xalqımızın birliyini və siyasi həmrəyliyini daha da gücləndirdi. Lakin hərbi meydanda məğlub olanlar, ölkə başçısının dediyi kimi sərhəd tanımayan ideoloji və informasiya məkanında savaşı davam etdirirlər. Tarixi Qələbəmizi yalnız qonşu və uzaq paytaxtların razılığı, aldığımız bahalı silahları satanların xidməti ilə əlaqələndirib dövlətimizin misilsiz iradəsi, ordumuzun gücü, xalqımızın qətiyyəti və yenilməzliyini inkar edənlərə ən yüksək tribunadan cavab verildi. Ali Baş Komandanın “Qələbəni təkbaşına qazandıq” mesajı heç bir xarici mənəvi-siyasi dəstəyi inkar etmədən, lakin Zəfərin müəllifinin Azərbaycan dövləti, ordusu və xalqı olduğunu dünyanın hər yerində qürurla vurğulamaqdır.Ölkəmizə qarşı məqsədyönlü hücumların məhz indiki tarixi mərhələdə intensivləşməsi əsla təsadüfi deyil. Ermənistanla sülh danışıqları həlledici mərhələyə qədəm qoyub, qlobal təhlükələr şəraitində dövlətimiz yeni təhlükəsizlik arxitekturası qurur. Ona görə bizi bağışlamırlar. Bəli, Qələbə Azərbaycanın dostlarını və tərəfdarlarını artırılıb, lakin bir çoxları üçün də qorxulu nümunəyə çevrilib. Ölkəmizə hərbi müdaxilə mümkün olmadğı üçün daxili ziddiyyətləri artırmaq, sosial narazılığı dövlətçilik əleyhinə yönəltmək, dini simvolları siyasi səfərbərlik alətinə çevirmək yolu seçilib. Lakin dövlətimizə, onun dünyəvi quruluşuna, ölkə başçısına hücum edən və xalqımızın qalibiyyətinə ləkə vuran qüvvələr nə  müsəlman, nə də türk ola bilməzlər. 

Təkcə ABŞ Konresmenləri, Avropa Parlamenti deyil, o cümlədən dini quruluşlarını və həyat tərzlərini ölkəmizə ixrac etməyə çalışan dövlətlərin əlindən Qarabağ münaqişəsi çıxıb, erməni məsələsi coğrafiyamızdan kənarlaşdırılıb, İrəvan əvvəlkitək milli dövlətçiliyimizi sarsıtmaq planlarına yaramır. Xalqımızın dini inanclarının istismar edilməsi və dövləti məscidlərdən idarə etməyə çalışması, milli kimliyimizi azərbaycançılığın əleyhinə yönəltməsi bir məqsədi güdür- millətimizi yenidən 26 sentyabra qədərki dövrünə, məcburi köçkünlük əsrinə qaytarsınlar.Lakin heç bir dini  zehniyyət, islam təəssübkeşliyi orta əsr Xilafəti modelində dini dövlət qucuculuğuna səbəb ola bilməz. Biz müsəlman ölkəsiyik, lakin islam dövləti istəmirik,  türk dövlətiyik, lakin müstəqli siyasi paytaxtımız var, Qərblə, Şərqlə əməkdaşlıq edirik, lakin heç bir dövlətin forpostu deyilik.

Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub: bir vaxtlar şimaldan, sonra cənubdan, indi isə müxtəlif paytaxtlardan xilaskar, yaxud himayədar istəyənlər var.

Tarix isə bir həqiqəti dəfələrlə təsdiqləyib: müttəfiqlik qiymətlidir, lakin dövləti yalnız öz xalqının iradəsi, güclü vətəndaşı və qəhrəman ordusu qoruyur. 

2020-ci il Qələbəsinin ən böyük ideoloji nəticəsi odur ki, Azərbaycan öz taleyini başqasına bağlamayanda qalib gəlir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İran özünü islam ölkəsi sayır...Əslində REALLIQ NƏDİR? 

Citypost.az   AYB sədrinin müşaviri Sayman Aruzun İraqn haqqında məqaləsini təqdim edir:Məcburi hicabdan azad düşüncəyə doğruDini mənəviyyatın siyasi alətə çevrilməsi cəmiyyətə nə verir və biz qonşumuzun yaşadığı tarixi səhvlərdən hansı nəticələri çıxarmalıyıq?Hər bir cəmiyyətin qarşısında bu seçim var: gələcəyini azad düşüncə, elmi tərəqqi, hüquq və insan ləyaqəti üzərində qurmaq, yoxsa insanın şəxsi həyatını, geyimini, davranışını və hətta düşüncəsini müəyyən ideoloji qəliblərə salmağa çalışan bir idarəçilik modelini qəbul etmək. Bu seçim zahirən geyim, dini ayinlər və mənəvi dəyərlər ətrafında müzakirə olunsa da əslində söhbət insanın öz həyatı üzərində nə qədər söz sahibi olmasından, dövlətin səlahiyyətlərinin harada bitməsindən və cəmiyyətin hansı gələcəyə doğru...

13 Oktyabr 2026, 14:54

YAP-dan AKP iqtidarına SƏRT ÇAĞIRIŞ: “Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin”

Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.Bu barədə Citypost.az-a Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən bildirilib.“Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında mövcud olan tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirmişik. Məqsədimiz ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olmuşdur.Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş bu informasiya...

13 Oktyabr 2026, 14:03

Prezident: Mina problemi Azərbaycanla Laos üçün ortaq məsələdir

"Bizi mina problemi də birləşdirir".Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib.“Cənab Prezident mənə dedi ki, Laosda insanlar bu gün də minalardan əziyyət çəkir. Mən də bildirdim ki, ermənilər 1 milyondan çox minanı torpağımızda basdırıb. Burada təcrübə mübadiləsi maraqlı ola bilər. Eyni zamanda, yeni texnologiyaların tətbiqi də böyük önəm daşıyır", - dövlət başçısı qeyd edib....

13 Oktyabr 2026, 11:56

Laos Prezidenti: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə yüksələcək

"Bu gün biz bir çox sahələri əhatə edən sənədlər və birgə Bəyanat imzaladıq".Citypost.az xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.O bildirib ki, bu sənədlər gələcək əməkdaşlığımızın vacib təməlini təşkil edəcək: “Biz inanırıq ki, gələcəkdə Azərbaycandan sərmayələrin yatırılması daha da artacaq".

13 Oktyabr 2026, 11:55

İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub 

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.Bu barədə Citypost.az xəbər verir.

13 Oktyabr 2026, 11:27

Hicab müzakirələrinin arxasında hansı məqsəd dayanır? – Deputatdan AÇIQLAMA

Azərbaycan bu gün müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü iqtisadi və siyasi potensiala malik, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi beynəlxalq aləmdə özünəməxsus mövqeyi və nüfuzu ilə seçilir. Müasir dünyada müharibələrin, geosiyasi qarşıdurmaların, siyasi və iqtisadi ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi bir şəraitdə ölkəmizin sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühitini qoruyub saxlaması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət, beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri, regional və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.Azərbaycan təkcə regionda baş verən proseslərin fəal iştirakçısı deyil, həm də...

12 Oktyabr 2026, 16:06