Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub - SƏRƏNCAM
Cəmiyyət 15 Aprel 2025, 15:30
16150
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub.
CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, apellyasiya instansiyası məhkəmələri üzrə Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini, Mehman Dünyamalı oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Əlizamin Gülzalı oğlu Abdullayev Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Elçin Məhəmməd oğlu Mehdiyev Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib.
İnzibati məhkəmələr üzrə Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilib.
Günay Mikayıl qızı İsmayıl Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri təyin edilib.
Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi və sədri, Abbas Əhəd oğlu Rzayev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri, Xəyal Əjdər oğlu Sarıyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri, Azər İslah oğlu Paşayev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi və sədri, Elbəy Hidayət oğlu Allahverdiyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilib.
Fərid İlham oğlu Əyyubov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri, Natiq Mehdi oğlu Abbasov Ağstafa Rayon Məhkəməsinin sədri, Elmir Xoşbəxt oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri, Marif Sabir oğlu Kazımov Gədəbəy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri, Ruslan Əliyar oğlu Əlizadə Yevlax Rayon Məhkəməsinin sədri, Gülsarə Kərimovna İmanova Zəngilan Rayon Məhkəməsinin sədri, Elşad İbiş oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi, Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hərbi təhsil almaq istəyənlər üçün "Açıq qapı" günü keçiriləcək
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecində "Açıq qapı" günü təşkil olunacaq.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.İyulun 18-i saat 11:00-da baş tutacaq tədbirdə xaricdə hərbi təhsil almaq istəyən yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynlərinə qəbul qaydaları, seçim mərhələləri, eləcə də kursantlar üçün yaradılan şərait barədə ətraflı məlumat təqdim ediləcək.Bildirilib ki, universitetin beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində kursantlar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsil almaq imkanı əldə edirlər.Qeyd olunub ki, əlavə məlumat almaq istəyənlər iş günləri saat 09:00-dan 17:30-dək...
14 İyul 2026, 22:15
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb.Citypost.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Füzuli Beynəlxalq Hava Limanında Slovakiya Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq aeroportları haqqında məlumat verdi.Prezident Peter Pelleqrinini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar....
14 İyul 2026, 21:55
22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu
Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak olub. "Unikal" xəbər verir ki, 22 yaşlı Rəşad Rizvan oğlu Məhəmmədəliyev döyüşlər zamanı həyatını itirib. Mərhum Sumqayıtda dəfn olunub.
14 İyul 2026, 21:48
Azərbaycan və Slovakiya arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib
İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Slovakiya Respublikasının Prezidenti cənab Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Görüşdə iki ölkə liderlərinin siyasi uzaqgörənliyi və qarşılıqlı etimadı sayəsində Azərbaycan ilə Slovakiya arasında dostluğa, hörmətə və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu məmnunluqla qeyd edilib, bu çərçivədə iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.Nazir Kəmaləddin Heydərov slovakiyalı nazir Matuş Şutay-Eştoka Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, o cümlədən işğaldan azad...
14 İyul 2026, 21:25
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
Məhəmməd Xiyabani küçəsindən (Yasamal yaşayış massivi) metronun "İçərişəhər" stansiyası istiqamətində sərnişin axını nəzərə alınaraq 39 nömrəli müntəzəm marşrutun iyulun 15-dən hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsinə (Nizami bağı) təşkil ediləcək.Citypost.az xəbər verir ki, 39 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdirilərək yalnız CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.Gedişhaqqı 0,60 AZN təşkil edəcək.
14 İyul 2026, 20:55
Gəncədə 5 nəfər yas mərasimində zəhərlənib
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində keçirilən yas mərasimində baş verib.Belə ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Məlumata görə, həmin şəxslər yas mərasimində yemək yeyəndən sonra özlərini narahat hiss ediblər.TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 17:50 radələrindən başlayaraq 2-si azyaşlı olmaqla 5 nəfər (1 kişi, 2 qadın, 1 qadın cinsli, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.Zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti...
14 İyul 2026, 20:40