Səlim Rəhimzadə: Azərbaycan–Kamboca əlaqələri yeni inkişaf mərhələsindədir
Siyasət 14 Oktyabr 2026, 14:35
669
Azərbaycan-Kamboca əlaqələri yeni inkişaf mərhələsində
Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və yeni iqtisadi imkanların reallaşdırılması mühüm yer tutur. Bu baxımdan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin coğrafi və iqtisadi imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Kamboca arasında formalaşmış dostluq münasibətləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın müxtəlif istiqamətləri üzrə mövcud potensial iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəldilməsi üçün əlverişli zəmin yaradır.
Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında siyasi dialoqun davamlılığı, qarşılıqlı dəstək və beynəlxalq hüququn prinsiplərinə hörmət əməkdaşlığın möhkəm təməlini təşkil edir. Azərbaycan və Kambocanın beynəlxalq təşkilatlarda təmasları bu baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsi, regional əməkdaşlıq platformalarında iştirakının gücləndirilməsi və müxtəlif coğrafiyalar arasında dialoqun təşviqi xarici siyasətimizin mühüm istiqamətlərindəndir. Kambocanın Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə verdiyi dəstək də bu əməkdaşlığın konkret nümunələrindəndir. Bu amil Azərbaycanın Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin inkişafına, regional təşkilatlarla təmaslarının genişlənməsinə və yeni tərəfdaşlıq imkanlarının yaranmasına töhfə verir. Siyasi və parlamentlərarası münasibətlər iqtisadi əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin formalaşdırır. Azərbaycan Kamboca ilə BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq münasibətlərin yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmadığını, həm də beynəlxalq platformalarda qarşılıqlı maraqların uzlaşdırılmasına əsaslandığını göstərir.
Azərbaycan–Kamboca əlaqələrinin əsasını təşkil edən siyasi dostluq və qarşılıqlı etimadın iqtisadi, ticari, humanitar və texnoloji əməkdaşlıqla daha da möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyev mətbuata bəyanatında da qeyd etdi ki, ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Azərbaycan və Kamboca coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, bu məsafə müasir dövrdə iqtisadi əməkdaşlıq üçün həlledici maneə hesab edilə bilməz. Əsas məsələlərdən biri qarşılıqlı bazarlar, iqtisadi prioritetlər və investisiya imkanları haqqında məlumatlılığın artırılmasıdır. Bu baxımdan biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, işgüzar səfərlərin təşkili və iqtisadi forumların keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə biznes forumunun keçirilməsi də məhz bu məqsədə xidmət edir. Belə platformalar sahibkarların bir-birinin bazarlarını daha yaxından tanımasına, potensial tərəfdaşların müəyyənləşdirilməsinə və konkret kommersiya layihələrinin müzakirəsinə imkan yaradır. Sənaye sahəsində birgə istehsal müəssisələrinin yaradılması perspektivi də diqqətəlayiqdir. Tərəflərin qarşılıqlı iqtisadi maraqlarına uyğun sahələrin müəyyənləşdirilməsi, investisiya imkanlarının araşdırılması və özəl sektorun təşəbbüslərinin dəstəklənməsi əməkdaşlığın uzunmüddətli xarakter almasına şərait yarada bilər. Turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya da perspektivli istiqamətlər sırasındadır. Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın innovativ dövlət idarəçiliyi təcrübəsinin Kambocada da maraq doğurmasıdır. Dövlət başçısı Azərbaycanın “ASAN xidmət” sisteminin Kambocada maraq doğurduğunu qeyd etdi. Bu fakt Azərbaycanın yalnız iqtisadi və siyasi sahələrdə deyil, dövlət xidmətlərinin təşkili, idarəetmənin səmərəliliyi və rəqəmsal transformasiya istiqamətlərində də beynəlxalq əməkdaşlıq üçün təcrübə təqdim etdiyini göstərir.
Kamboca Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni imkanlar açan mühüm siyasi hadisədir. Qarşılıqlı etimada və beynəlxalq platformalarda əməkdaşlığa əsaslanan əlaqələrin iqtisadi məzmununun zənginləşdirilməsi həm Azərbaycan, həm də Kamboca üçün yeni perspektivlər yaradır.
Həmçinin oxuyun
Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pərvanə Vəliyeva: Azərbaycan–Kamboca əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan–Kamboca münasibətlərində qarşıdakı dövr üçün ən böyük potensial məhz iqtisadi əməkdaşlıqla bağlıdır. Ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması bu istiqamətdə konkret mexanizmin formalaşdırılması baxımından mühüm addımdır. Eyni zamanda, Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumlarının əsas məqsədlərindən biri qarşılıqlı imkanların, investisiya prioritetlərinin və əməkdaşlıq istiqamətlərinin daha yaxşı öyrənilməsidir. Sənaye sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil əməkdaşlığının genişləndirilməsi də iki ölkənin iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün perspektivli istiqamətlərdir. Bu sözləri Milli Məclisin deputat Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, Azərbaycanın son illərdə formalaşdırdığı innovativ dövlət idarəçiliyi təcrübəsi də ikitərəfli əməkdaşlığın yeni...
14 Oktyabr 2026, 14:44
Vüqar Rəhimzadə: Laosla əlaqələrimiz uğurla inkişaf edir
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasını şərtləndirdi. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin may ayında qurulmuş və ötən 30 ildən artıq dövr ərzində əsasən beynəlxalq platformalarda qarşılıqlı dəstək müstəvisində davam etmişdir. Səfər çərçivəsində prezidentlərin geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında səsləndirilən fikirlər, imzalanan sənədlər yeni mərhələyə daxil olan Azərbaycan-Laos əməkdaşlığının gələcəyi barədə aydın təsəvvür yaratdı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında siyasi müstəvidə əlaqələrimizin çox uğurla inkişaf etdiyini önə çəkərək eyni mənzərəni iqtisadi sahədə də görmək istəyimizi ifadə etdi. Aparılan fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe...
14 Oktyabr 2026, 14:32
Tamam Cəfərova: Laosla əməkdaşlıq qarşılıqlı etimada əsaslanır
Dövlətlərarası münasibətlərin dayanıqlılığı yalnız siyasi bəyanatlarla deyil, zamanın sınağından keçən etimadın konkret əməkdaşlıq imkanlarına çevrilməsi ilə ölçülür. Azərbaycan ilə Laos arasında 30 ildən artıqdır davam edən diplomatik münasibətlər də məhz belə bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı verdiyi bəyanat göstərir ki, iki ölkə arasında formalaşmış siyasi həmrəylik artıq iqtisadi, humanitar və praktiki əməkdaşlığın yeni istiqamətləri ilə tamamlanmaq üçün ciddi potensiala malikdir.Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova Citypost.az-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, bu münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan və Laos arasında siyasi dialoq artıq möhkəm...
14 Oktyabr 2026, 11:45
Rövşən Muradov: Laosla tərəfdaşlıq yeni iqtisadi imkanlar yaradır
Müasir beynəlxalq iqtisadi münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın strateji əhəmiyyəti siyasi dialoqun intensivliyi ilə yanaşı, onun yaratdığı iqtisadi dəyər, investisiya imkanları və qarşılıqlı bazar inteqrasiyasının səviyyəsi ilə müəyyən olunur. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana ilk rəsmi səfəri bu baxımdan ölkəmizin xarici iqtisadi əlaqələrinin coğrafi şaxələndirilməsi istiqamətində əhəmiyyətli hadisədir. Prezident İlham Əliyevin oktyabrın 13-də səsləndirdiyi fikirlər göstərir ki, otuz ildən artıq diplomatik münasibətlərə və möhkəm siyasi etimada baxmayaraq, mövcud ticarət dövriyyəsi tərəflərin iqtisadi potensialını tam əks etdirmir. Bu reallıq əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçirilməsini, siyasi münasibətlərin konkret iqtisadi nəticələrlə tamamlanmasını zəruri edir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az-a...
14 Oktyabr 2026, 11:02
Vüsal Məmmədovdan Türkiyə ilə bağlı MESAJ: “Qardaş olduğumuzu unutmayaq”
Jurnalist Vüsal Məmmədov Türkiyə ilə münasibətlərdə yaranan fikir ayrılıqları ilə bağlı mövqeyini açıqlayıb. O, cavabın həm yumşaq, həm də sərt formada verilə biləcəyini vurğulasa da, iki ölkənin qardaş olduğunu unutmamağa çağırıb.Citypost.az xəbər verir ki, Vüsal Məmmədov bu barədə sosial şəbəkə hesabında yazıb:“Türkiyənin cavabını yumşaq şəkildə də, sərt formada da vermək olar və lazımdır. Amma bütün hallarda nəzərdə saxlanılmalıdır ki, biz qardaşıq və bu öcəşmələr iki qardaşın sözünün çəpləşməsindən savayı bir şey deyil”.Turan...
14 Oktyabr 2026, 09:23
Alqış Musayevdən Kamal Kılıçdaroğluna SƏRT sözlər: “Örtün və danışma”
YAP İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev Türkiyənin müxalif siyasətçisi Kamal Kılıçdaroğlu ilə bağlı paylaşım edib. O, paylaşımında Kılıçdaroğluna sərt ifadələrlə müraciət edib.Citypost.az xəbər verir ki, Alqış Musayev Kamal Kılıçdaroğlu haqqında bunları yazıb:“Kamal bəy, heç olmasa sən sus.Örtün və danışma. Çünki bu günlərdə örtünmək hamıdan çox sənə yaraşır”.Turan
14 Oktyabr 2026, 09:21