Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Laosla əlaqələrimiz uğurla inkişaf edir

Siyasət 14 Oktyabr 2026, 14:32

653

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasını şərtləndirdi. İki ölkə arasında diplomatik əlaqələr  1995-ci ilin may ayında  qurulmuş və ötən 30 ildən artıq dövr ərzində əsasən beynəlxalq platformalarda qarşılıqlı dəstək müstəvisində davam etmişdir. Səfər çərçivəsində prezidentlərin geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında səsləndirilən fikirlər, imzalanan sənədlər yeni mərhələyə daxil olan Azərbaycan-Laos əməkdaşlığının gələcəyi barədə aydın təsəvvür yaratdı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında siyasi müstəvidə əlaqələrimizin  çox uğurla inkişaf etdiyini önə çəkərək eyni mənzərəni iqtisadi sahədə də görmək istəyimizi ifadə etdi. Aparılan fikir  mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz nə potensialımızı, nə də niyyətimizi əks etdirir. Göstərişlər verildi ki, iqtisadi, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Bakıda keçirilən Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım kimi dəyərləndirilir.Azərbaycanın  xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  milyardlarla dollar səviyyəsində olan sərmayələr həm imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Laos arasında siyasi əlaqələrin daha da gücləndirilməsi səfərin ən mühüm nəticəsi  kimi qeyd edilir. İki dövlət dost ölkələrdir və beynəlxalq arenada fəal əməkdaşlıq edirlər. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki ölkənin mübasibətlərinin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq mühüm addımlarla yadda qaldı. Nəzərə alsaq ki, oktyabrın 15-də Azərbaycanın ev sahibliyi edəcək AQEM Zirvə görüşündə Laos Prezidenti də iştirak edəcək, bu, diplomatik münasibətlərimizin qurulduğu 30 ildən artıq dövrdə iki ölkənin bir-birinə olan  inamının, etimadının bariz göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi,  dövlət və hökumət başçılarının və digər rəsmilərin geniş təmsil olunduğu Bakıdakı Zirvə görüşü Asiyada təhlükəsizliyi və əməkdaşlığı gücləndirəcək. Ümumilikdə bizim Asiyaya münasibətdə xarici siyasətimiz düşünürəm ki, çox dinamik və nəticəyönümlüdür.

Azərbaycanın dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir. Bu gün  sülh, təhlükəsizlik amilləri həm ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında, həm də yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev Laos Prezidenti ilə mətbuata bəyanatında sülhə gedən yoldan  bəhs edərək bu reallığı xüsusi qeyd etdi ki,  bizi bir ciddi problem də birləşdirir, o da minalardır. Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.  

  Vüqar Rəhimzadə vurğulayıb ki, mətbuata bəyanatında Prezident İlham Əliyev hazırda Azərbaycan-Laos əməkdaşlığının əhatə etdiyi sahələrdən, onların daha da inkişafına yönələn addımlardan və yeni istiqamətlərdən bəhs etdi. Vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbənin  Azərbaycanda təhsil aldığını xatırladan Prezident İlham Əliyev bu çağırışı etdi ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və gələcək illər ərzində  daha çox laoslu tələbəni Azərbaycanda görəcəyimizə əminik. Parlamentlərarası əlaqələr də inkişaf edir. Hər iki ölkədə dostluq qrupları yaradılıb ki,  bu da özlüyündə bir göstəricidir. Çünki Azərbaycan bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edir. Hakim partiyalarımız arasında da əlaqələr uğurla inkişaf edir. Bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanıb. İki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən bəhs edərkən nəqliyyat və bağlantılar xüsusi qeyd edilir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, malik olduğu nəqliyyat imkanları tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq.

  Milli Məclisin deputatı əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanmasından da bəhs edib. Bildirib ki, Prezident İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit tərəfindən “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edildi, həmçinin iki ölkə arasında vizasız rejim və kənd təsərrüfatı sahəsində sənədlər imzalandı. Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın xarici siyasətini dəyişməz prinsipləri həm ikitərəfli əlaqələrinin inkişafında, həm də beynəlxalq təşkilatlar daxilində mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın inkişaf strategiyasının zamanın tələblərinə uyğun təkmilləşməsi ölkəmizdə  olan  bu və ya digər ölkələrin dövlət və hökumət nümayəndələrini, xarici qonaqları  müsbət mənada təəccübləndirir. Azərbaycan sabitliyi, təhlükəsizliyi ilə yanaşı, daim dinamik inkişafı, yenilikləri ilə diqqətdədir. Laos Prezidenti mətbuata bəyanatında Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək bu məqamı da xüsusi vurğuladı ki, çox qonaqpərvərsiniz, bu, bizim qardaşlığımızın və dostluğumuzun təcəssümüdür. Mən bundan qabaq Bakıda 44 il əvvəl olmuşam. Bu gün yenidən buradayam. Bakının, Azərbaycanın sürətli inkişafının şahidi oldum. Mənim üçün hər şey yenidir. Mən 44 il bundan əvvəl səfər etdiyim Azərbaycanı güclə tanıdım. Bununla belə, Azərbaycan xalqı mədəniyyətinə və ənənələrinə xas mehribanlığını qoruyub saxlayıb. Azərbaycan xalqı əvvəl olduğu kimi sevimlidir. Bu məndə olduqca xoş təəssürat yaratdı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pərvanə Vəliyeva: Azərbaycan–Kamboca əlaqələri yeni mərhələyə qədəm qoyur

Azərbaycan–Kamboca münasibətlərində qarşıdakı dövr üçün ən böyük potensial məhz iqtisadi əməkdaşlıqla bağlıdır. Ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması bu istiqamətdə konkret mexanizmin formalaşdırılması baxımından mühüm addımdır. Eyni zamanda, Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumlarının əsas məqsədlərindən biri qarşılıqlı imkanların, investisiya prioritetlərinin və əməkdaşlıq istiqamətlərinin daha yaxşı öyrənilməsidir. Sənaye sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil əməkdaşlığının genişləndirilməsi də iki ölkənin iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün perspektivli istiqamətlərdir. Bu sözləri Milli Məclisin deputat Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, Azərbaycanın son illərdə formalaşdırdığı innovativ dövlət idarəçiliyi təcrübəsi də ikitərəfli əməkdaşlığın yeni...

14 Oktyabr 2026, 14:44

Səlim Rəhimzadə: Azərbaycan–Kamboca əlaqələri yeni inkişaf mərhələsindədir

Azərbaycan-Kamboca əlaqələri yeni inkişaf mərhələsindəAzərbaycanın xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və yeni iqtisadi imkanların reallaşdırılması mühüm yer tutur. Bu baxımdan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin coğrafi və iqtisadi imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Kamboca arasında formalaşmış dostluq münasibətləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın müxtəlif istiqamətləri üzrə mövcud potensial iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəldilməsi üçün əlverişli zəmin yaradır.Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında...

14 Oktyabr 2026, 14:35

Tamam Cəfərova: Laosla əməkdaşlıq qarşılıqlı etimada əsaslanır

Dövlətlərarası münasibətlərin dayanıqlılığı yalnız siyasi bəyanatlarla deyil, zamanın sınağından keçən etimadın konkret əməkdaşlıq imkanlarına çevrilməsi ilə ölçülür. Azərbaycan ilə Laos arasında 30 ildən artıqdır davam edən diplomatik münasibətlər də məhz belə bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı verdiyi bəyanat göstərir ki, iki ölkə arasında formalaşmış siyasi həmrəylik artıq iqtisadi, humanitar və praktiki əməkdaşlığın yeni istiqamətləri ilə tamamlanmaq üçün ciddi potensiala malikdir.Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova Citypost.az-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, bu münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan və Laos arasında siyasi dialoq artıq möhkəm...

14 Oktyabr 2026, 11:45

Rövşən Muradov: Laosla tərəfdaşlıq yeni iqtisadi imkanlar yaradır

Müasir beynəlxalq iqtisadi münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın strateji əhəmiyyəti siyasi dialoqun intensivliyi ilə yanaşı, onun yaratdığı iqtisadi dəyər, investisiya imkanları və qarşılıqlı bazar inteqrasiyasının səviyyəsi ilə müəyyən olunur. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana ilk rəsmi səfəri bu baxımdan ölkəmizin xarici iqtisadi əlaqələrinin coğrafi şaxələndirilməsi istiqamətində əhəmiyyətli hadisədir. Prezident İlham Əliyevin oktyabrın 13-də səsləndirdiyi fikirlər göstərir ki, otuz ildən artıq diplomatik münasibətlərə və möhkəm siyasi etimada baxmayaraq, mövcud ticarət dövriyyəsi tərəflərin iqtisadi potensialını tam əks etdirmir. Bu reallıq əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçirilməsini, siyasi münasibətlərin konkret iqtisadi nəticələrlə tamamlanmasını zəruri edir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az-a...

14 Oktyabr 2026, 11:02

Vüsal Məmmədovdan Türkiyə ilə bağlı MESAJ: “Qardaş olduğumuzu unutmayaq”

Jurnalist Vüsal Məmmədov Türkiyə ilə münasibətlərdə yaranan fikir ayrılıqları ilə bağlı mövqeyini açıqlayıb. O, cavabın həm yumşaq, həm də sərt formada verilə biləcəyini vurğulasa da, iki ölkənin qardaş olduğunu unutmamağa çağırıb.Citypost.az xəbər verir ki, Vüsal Məmmədov bu barədə sosial şəbəkə hesabında yazıb:“Türkiyənin cavabını yumşaq şəkildə də, sərt formada da vermək olar və lazımdır. Amma bütün hallarda nəzərdə saxlanılmalıdır ki, biz qardaşıq və bu öcəşmələr iki qardaşın sözünün çəpləşməsindən savayı bir şey deyil”.Turan...

14 Oktyabr 2026, 09:23

Alqış Musayevdən  Kamal Kılıçdaroğluna SƏRT sözlər: “Örtün və danışma”  

YAP İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan" qəzetinin  baş redaktoru Alqış Musayev Türkiyənin müxalif siyasətçisi Kamal Kılıçdaroğlu ilə bağlı paylaşım edib. O, paylaşımında Kılıçdaroğluna sərt ifadələrlə müraciət edib.Citypost.az xəbər verir ki, Alqış Musayev Kamal Kılıçdaroğlu haqqında bunları yazıb:“Kamal bəy, heç olmasa sən sus.Örtün və danışma. Çünki bu günlərdə örtünmək hamıdan çox sənə yaraşır”.Turan

14 Oktyabr 2026, 09:21