FHN-də akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Cəmiyyət 15 Aprel 2025, 17:50
20467
Fövqəladə Hallar Nazirliyində akademik Zərifə Əliyevanın xatirəsi anılıb.
CityPost.az FHN-nə istinadən xəbər verir ki, nazirliyinTibb Xidmətində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə Xidmətin rəhbərliyi və kollektivi iştirak edib.
Mərasimi giriş sözü ilə açan Tibb Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Rəfail Mehdiyev nəciblik və ziyalılıq mücəssəməsi olan akademik Zərifə Əliyevanın mənalı həyat yolundan söz açıb, insanpərvərliyin və xeyirxahlığın onun həyat fəlsəfəsi olduğunu vurğulayıb. Zərifə xanımın əsl Azərbaycan xanımı kimi mənəvi dəyərlərimizin layiqli daşıyıcısı olduğunu diqqətə çatdıran natiq, onu həmçinin, sadiq və fədakar həyat yoldaşı, qayğıkeş ana kimi xarakterizə edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin mənəvi dayağı olan Zərifə xanım Əliyeva, eyni zamanda Vətən üçün layiqli övladlar bəxş edib.
Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinə toxunan R.Mehdiyev dünya şöhrətli alimin zəngin elmi irsindən bəhs edib, yaratdığı fundamental əsərlərin dünya, o cümlədən Azərbaycan tibb elminin misilsiz xəzinələrindən olduğunu bildirib.
Sonra FHN Tibb Xidmətinin əməkdaşları – Xidmət rəisinin müavini – poliklinika şöbəsinin rəisi tibb xidməti baş leytenantı Ülkər Məhərrəmova “Akademik Zərifə Əliyeva bir ana kimi”, Dərman, tibbi avadanlıq, alət və ləvəzimat təminatı şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Mobil Mehtiyev “Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı haqqında xatirələri” və Müalicə-profilaktika işinin təşkili şöbəsinin rəisi tibb xidməti mayoru Arzu Babazadə “Akademik Zərifə Əliyevanın peşə fəaliyyəti haqqında” mövzularında çıxış ediblər.
Tədbirin sonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın mənalı həyat yolundan və zəngin elmi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib
Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriya Ərəb Respublikasından 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.Bu barədə Citypost.az XİN-dən məlumat verilib.İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.Daha sonra, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı səfirlikiləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla...
20 İyul 2026, 18:00
Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib
Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.Məlumata əsasən, vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq....
20 İyul 2026, 17:00
Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb
Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.Qərara əsasən, nazirliyin kollegiya üzvlərinin sayı 13-dən 14-ə çatıdırlıb.
20 İyul 2026, 16:45
Qazaxda ata və qızı göldə boğulub
Qazaxda iki nəfər göldə boğulub.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bala Cəfərli kəndi ərazisində yerlşən göldə qeydə alınıb.Rayon sakini R.Xəlilov və onu övladı R.Xəlilova kənd ərazisində yerləşən göldə batıblar.Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.Onların meyitləri sudan çıxarılıb.
20 İyul 2026, 16:35
Almaniya Azərbaycana yeni səfir təyin edib
Almaniya Azərbaycana yeni səfir təyin edib.Bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyi APA-nın sorğusuna cavab olaraq məlumat verib.Bildirilib ki, Almaniyanın Omandakı sabiq səfiri Dirk Lölke Azərbaycana yeni səfir təyin olunub.Məlumata görə, Dirk Lölke iyulun sonunda diplomatik missiyasının icrasına başlayacaq.Qeyd edək ki, Almaniyanın Azərbaycandakı əvvəlki səfiri Ralf Horlemann diplomatik fəaliyyət müddətini başa vurub.
20 İyul 2026, 16:20
Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb
Azərbaycanla Özbəkistan baş prokurorluqları arasında əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutan proqram imzalanıb.Citypost.az xəbər verir ki, sənədi Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev imzalayıblar.Əməkdaşlıq proqramı iki ölkənin prokurorluq orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar bilik və bacarıqların artırılması, eləcə də qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.
20 İyul 2026, 15:09


