Bizə yazın

Baku

-°C

USD

-

Qarabağdakı abidələr ətrafında ittihamlar: peyk görüntüləri nəyi sübut edir? 

Cəmiyyət 16 Oktyabr 2026, 23:12

381

Ermənistan mediasında Azərbaycana qarşı irəli sürülən ittihamların yeni hədəfi Qarabağdakı erməni memoriallarıdır. 301.am nəşri oktyabrın 13-də yayımladığı materialda Azərbaycanın Qarabağda erməni tarixi yaddaşını silmək məqsədilə abidələri dağıtdığını iddia edir. Yazıda Şuşikənd, Daşbulaq, Ballıca və Şuşadakı bir sıra memorialların taleyindən bəhs olunur, peyk görüntülərinin təhlilinə istinad edilir və baş verənlər “mədəni soyqırımı” kimi təqdim olunur.

Tarixi və mədəni abidələrin taleyi ciddi məsələdir. Müharibələrdən sonra qorunmalı olan memorialların dağıdılması və ya zədələnməsi barədə məlumatlar diqqətlə araşdırılmalıdır. Lakin məsələni araşdırmaqla əvvəlcədən hökm vermək eyni şey deyil. Konkret abidənin nə vaxt, hansı şəraitdə və kimin qərarı ilə söküldüyü müəyyənləşdirilmədən bütöv bir dövlətin məqsədli mədəni məhvetmə siyasəti apardığını elan etmək jurnalistikanın tələb etdiyi sübut standartını əvəz edə bilməz.

301.am-ın yazısında istinad edilən peyk görüntülərinin müstəqil ekspertlər tərəfindən yoxlanılıb-yoxlanılmadığı, təsvirlərin əvvəlki və sonrakı vəziyyəti nə dərəcədə dəqiq göstərdiyi, söküntülərin hüquqi və faktiki səbəblərinin araşdırılıb-araşdırılmadığı aydınlaşdırılmalıdır. Peyk görüntüsü müəyyən ərazidə obyektin əvvəlki və sonrakı vəziyyətini göstərə bilər. Ancaq görüntünün özü bütün hallarda söküntünü kimin həyata keçirdiyini, hansı qərarın verildiyini və hansı niyyətin olduğunu avtomatik sübut etmir. Bu suallar əlavə sənədlər, tarixləndirilmiş təsvirlər və müstəqil araşdırma tələb edir.

Məsələnin digər tərəfi də var. Yazıda ayrı-ayrı memorialların dağıdılması barədə iddialar bütöv Qarabağın erməni mədəni irsinin məhv edilməsi siyasətinin sübutu kimi təqdim olunur. Halbuki belə geniş nəticəyə gəlmək üçün hər bir hadisə ayrıca yoxlanılmalı, obyektlərin statusu və tarixi əhəmiyyəti müəyyənləşdirilməli, konkret faktlar bir-biri ilə əlaqələndirilməlidir. Siyasi ittihamın sərtliyi onun sübut gücünü artırmır.

Azərbaycanın Qarabağda apardığı bərpa və yenidənqurma işləri də qiymətləndirmənin ümumi mənzərəsindən kənarda saxlanılmamalıdır. Şəhər və kəndlərin yenidən qurulması, tarixi-mədəni və dini abidələrin bərpası dövlətin həyata keçirdiyi genişmiqyaslı işlərin tərkib hissəsidir. Bu faktlar ayrı-ayrı memoriallarla bağlı iddiaların araşdırılması zərurətini aradan qaldırmır, lakin bütün prosesi yalnız dağıntı və məhvetmə iddiası ilə izah etməyin də birtərəfli olduğunu göstərir.

Burada prinsipial məsələ var: mədəni irsin qorunması siyasi mənsubiyyətdən asılı olmamalıdır. Əgər erməni memoriallarının taleyi ilə bağlı narahatlıq ifadə edilirsə, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlığın dağıdılması və yerlərinin əkin sahələrinə çevrilməsi barədə faktlar da eyni həssaslıqla araşdırılmalıdır. Mənim doğulduğum Amasiya rayonunun Çaybasar (İlanlı) kəndində 1988-ci il deportasiyasından sonra iki qəbiristanlığın dağıdılaraq əkin sahəsinə çevrilməsi “Qərbi Azərbaycan irsi” kitabında əksini tapıb. Bu, mənim üçün mücərrəd siyasi mübahisə deyil, şəxsi tariximizin və ailə yaddaşımızın bir hissəsidir.

Erməni mediası Qarabağdakı hər bir memorialın taleyinə diqqət yetirilməsini tələb edirsə, Qərbi Azərbaycanın dağıdılmış müsəlman qəbiristanlıqlarına da eyni meyarla yanaşmalıdır. Mədəni irsə münasibətdə seçici həssaslıq obyektivlik deyil. Bir xalqın itkilərini qabardıb digər xalqın məzarlarını susqunluqla qarşılamaq tarixi ədalət prinsipinə uyğun gəlmir.

Azərbaycanın ünvanına irəli sürülən konkret iddialar konkret sübutlarla yoxlanılmalıdır. Eyni zamanda, sübut olunmamış nəticələri “mədəni soyqırımı” kimi təqdim etməkdən çəkinmək lazımdır. Tarixi abidələrin qorunması siyasi təbliğatın vasitəsinə çevrilməməli, faktlar bütün tərəflər üçün eyni ölçü ilə qiymətləndirilməlidir.

Tarixi irsə hörmət ittihamın gur səslənməsi ilə deyil, sübutların dürüst araşdırılması ilə ölçülür. Əgər məqsəd həqiqətən mədəni irsi qorumaqdırsa, bu prinsip Qarabağdakı erməni memoriallarına da, Qərbi Azərbaycandakı dağıdılmış Azərbaycan müsəlman qəbiristanlıqlarına da eyni şəkildə tətbiq olunmalıdır.

Şəmsi Qoca

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

TRIPP-ə İran zərbə endirəcək? Erməni mediası hansı faktlara söykənir? 

Ermənistanın 168.am nəşrində TRIPP layihəsi ətrafında təhlükəsizlik riskləri və İranın mümkün hərbi müdaxiləsi barədə müzakirələr aparılır. “İran TRIPP-ə zərbə endirə bilər” yanaşması oxucunun diqqətini cəlb etsə də, belə bir iddianın hansı konkret faktlara əsaslandığı aydınlaşdırılmalıdır. Siyasi narahatlığı hərbi hücum ehtimalı ilə eyniləşdirmək, mümkün ssenarini baş verməsi gözlənilən hadisə kimi təqdim etmək olmaz. Təhlükəsizlik təhlili qorxu yaratmaq üzərində deyil, faktların obyektiv qiymətləndirilməsi üzərində qurulmalıdır.Bunu Oxu24.com-a açıqlamasında ekspert Şəmsi Qoca deyib.Ekspertin bildirdiyinə görə,İranın Cənubi Qafqazdakı geosiyasi dəyişikliklərə həssas yanaşması sirr deyil.Tehran Ermənistanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını vacib saydığını bəyan edir, Zəngəzur marşrutu ilə bağlı narahatlığını da dəfələrlə ifadə edib.Lakin İran rəsmilərinin siyasi...

16 Oktyabr 2026, 23:05

Mirziyoyev SOCAR prezidenti və BP-nin regional rəhbərini qəbul edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolini qəbul edib.Bu barədə Citypost.az Özbəkistan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir.Qeyd edilib ki, R.Nəcəf və C.Kristofoli Yanacaq və Enerji İnvestorlarının Şurasında iştirak etmək üçün Özbəkistana gəliblər.Görüşdə Özbəkistanla enerji sahəsində bu aparıcı şirkətlər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub."Üstyurt yaylasında karbohidrogen yataqlarının işlənməsi üçün əlavə praktik tədbirlər müzakirə edilib. "British Petroleum" şirkətinin bu genişmiqyaslı layihədə iştirakı yüksək qiymətləndirilib. Neft və qaz sahəsində yeni layihələrin təşviqinin, uzunmüddətli tədarükün qurulmasının və neft və neft məhsulları üçün satış şəbəkəsinin...

16 Oktyabr 2026, 22:07

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir.Citypost.az  xəbər verir ki, tədbir “Absheron Marriott” hotelində təşkil olunub.Tədbirdə MPK və beynəlxalq federasiyaların rəsmiləri, idmançılar və digər qonaqlar iştirak edirlər.

16 Oktyabr 2026, 21:55

Malik İsaqov sakinlərin problemlərini dinlədi

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində keçirildi.Citypost.az  xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.   Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.   Qəbuldan razı qaldıqlarını bildirən...

16 Oktyabr 2026, 21:38

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.Citypost.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.O da bildirilib ki, sentyabr ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı DMX tərəfindən 144 qərar qəbul edilib.

16 Oktyabr 2026, 21:30

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! https://t.co/tMxT1xaJtw— İlham Əliyev (@azpresident) October 16, 2026

16 Oktyabr 2026, 20:12