Ehtiram Hüseynovun doğum gününə - Şərif Ağayar yazır
Cəmiyyət 18 Oktyabr 2026, 15:05
562
Ehtiram Hüseynovla 44 günlük müharibədən sonra Laçında daha yaxın ünsiyyət qurduq.
Onun şəxsində məcburi köçkünlük illərində əriyib-itən və axır-uxuru qalan klassik laçınlılığın Laçına qovuşduğunu gördüm və ikiqat xoşbəxt oldum.
Gənc dostum Alik Əlioğlunun bir şeiri var, deyir:
Elə bir doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxlamaq istəyəsən...
Yanında olduğuna əmin olmaq üçün,
Əlini üzünə qoyub, yoxlamaq istəyəsən...
Ehtiram birdən-birə mənim üçün şairin dediyi həmin bu adama çevrildi.
İnsan nə qədər doğma ola bilər?
İnsan nə qədər zəngin ola bilər?
Eyni zamanda, abırlı, mərd, sanballı...
İnsan adi duruşu ilə yüngüllüyə, səviyyəsizliyə, xaraktersizliyə necə meydan oxuya bilər?
Ehtiramı Tanrı həm də bir cəza kimi çıxartdı qarşıma. Çünki mən laçınlıların izafi Məhəbbət Kazımov və "Laçınım mənim" sevgisinə həmişə əsəbiləşmişəm.
Məhəbbət yaxşı müğənni idi, "Laçınım mənim"i də ürəklə oxumuşdu, bununla işim yoxdur, lakin mənim bildiyim Laçın bir müğənni və bir mahnı ilə simvolizə oluna billmirdi.
Bu material o qəlibə sığmırdı!
Tanrı Ehtiramla ibrət göstərdi mənə.
Sarı Aşıqdan tutmuş Ağa Laçınlıya, Aşıq Cabbara qədər, Xosrov bəydən tutmuş Rövşən Cavadova, Arif Paşayevə qədər, Kürdoğlu Məhəmməddən tutmuş minkəndli Əmir müəllimə, qarakeşdi Məhəmmədli kişiyə qədər, Elmlər Akademiyasında heç kimdən dil yeməyən Şirindil Alışanovdan tutmuş "Haramı" düzündə qoluna bəlgə dolayıb bir tayfanı döşünə qatan Qoç Üzeyirə qədər rəngarəng Laçın - laçınlılıq cavan, qarayanız bir oğlanın şəxsində zühur eləmişdi...
Və ən maraqlısı, bu cavan oğlan da bütün günü qarnını qaşıya-qaşıya nəfsini yemləyən və balaca bir addan, balaca bir medaldan ötrü şəxsiyyəti əldən gedən yaltaq "manıs dəstəsi"nin içindən çıxmışdı...
Tanrı mənə dərs verdi...
Dərya damlaya sığar dedi.
Həmçinin oxuyun
Mənə bataqlıqda gül göstərdi.
Ehtiram dərdləri bir yana sevincləri ilə də məni kövrəldən, bəzən isə hirsləndirən, cana doyuran Laçını mənə təzədən sevdirdi.
Onun şəxsində nəinki laçınlılığına, hətta azərbaycanlılığına inanmadığım bir insan tanıdım.
Axı adam necə Viktor Hüqonu, Folkneri, Tolstoyu yaxından tanımaya-tanımaya onların arzuladığı insana çevrilə bilər?
Bir insan nə yeməli, nə içməlidir ki, bizim bu sarsaq mühitdə Ehtiram Hüseynov kimi yetişə bilsin?
Həm də çox asan!
"Alee-hop" deyər kimi...
Onun ifalarındakı ovsunun sirri budur.
Bənzərsiz səsi, gözəl boğazları bənzərsiz və gözəl xarakterinin ifadəsidir.
Mən Ehtiram Hüseynovla, demək olar ki, danışmıram.
Onu ən gözəl sözlərlə də narahat etmək istəmirəm.
Çünki nə düşündüyünü, nə hiss etdiyini çox yaxşı bilirəm.
O da mənimlə az danışır.
O da məni duyur.
O da mənim onu duyduğumu duyur.
Bir dəfə bir yerdə doğulduğu həyətə getmişdik (aşağıda paylaşdığım şəkil orda çəkilib). Gülə-gülə mənə bir ağac göstərdi. Dedi, nadinclik eləmişdim, anam məni qovaladı, çıxdım bu ağacın lap təpəsinə, qadın qorxdu, hirsi soyudu, aşağı düşməyim üçün yalvarmağa başladı...
Bəs deyilmi bu bir-iki söz?
Vətən bundan başqa nə olasıdır?
Çətini bu xatirələrin hüzuruna adam balası kimi qayıtmaqdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dənizçilik tarixində silinməz iz qoyan Şövkət Səlimova
Azərbaycanın və bütün Yaxın Şərq regionunun dənizçilik tarixində silinməz iz qoyan Şövkət Səlimova, həm ölkəmizin ilk qadın gəmi kapitanı, həm də İslam aləmində bu zirvəyə yüksələn ilk müsəlman qadın kimi adını salnamələrə həkk etmişdir.Oxu24.com bildirir ki,Şövkət Səlimova 25 dekabr 1920-ci ildə Şamaxı qəzasının (indiki İsmayıllı rayonu) qədim Lahıc kəndində dünyaya göz açmışdır. Neftçi ailəsində boy-başa çatan Şövkət on uşaqlı böyük bir ailənin ən böyük övladı idi və uşaqlığı Bakı şəhərində keçmişdir. Görkəmli dənizçi Anna Şetininanın (dünyanın ilk qadın gəmi kapitanı) portretindən ilhamlanaraq gələcək peşəsini seçən Səlimova, Bakı Dənizçilik Məktəbində təhsil almağa qərar verir. 1940-cı ildə bu təhsil ocağını uğurla başa vurduqdan...
18 Oktyabr 2026, 15:10
Müstəqilliyimiz əbədi, bayrağımız daim ucalarda olsun!
Milli Məclisin deputatı Ceyhun Məmmədov yazır:Bu gün – 18 Oktyabr, Azərbaycan xalqının tarixində qürurla qeyd etdiyimiz Müstəqilliyin Bərpası Günüdür. 1991-ci ilin məhz bu günündə, xalqımızın əzmkarlığı və milli iradəsinin nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi və Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi.Bu sənəd yalnız siyasi azadlığımızın deyil, eyni zamanda minillik dövlətçilik ənənələrimizin, milli kimliyimizin və suveren iradəmizin rəmzinə çevrildi. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yenidən dirçəldən bu qərar, müstəqil dövlətçiliyimizin möhkəm təməlinin qoyulması baxımından tarixi bir dönüş nöqtəsi oldu.Azərbaycan xalqı müstəqilliyin bərpası ilə öz taleyinə sahib çıxdı, dövlət quruculuğu, hüquqi islahatlar, beynəlxalq aləmdə...
18 Oktyabr 2026, 14:13
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Gözlənilən küləkli hava şəraiti ilə bağlı oktyabrın 19-u üçün Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə sarı xəbərdarlıq verilib.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
18 Oktyabr 2026, 14:07
Xalq şairi bu tarixlə bağlı arxiv fotonu PAYLAŞDI
Xəbər verdiyimiz kimi,bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur.1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın),...
18 Oktyabr 2026, 13:10
Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ
Oktyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək...
18 Oktyabr 2026, 12:44
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.CityPost.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.“Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!”, – paylaşımda qeyd olunub.Qeyd edək ki, Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
18 Oktyabr 2026, 12:32