Ramin Məmmədov ABŞ-də bir sıra dini və ictimai xadimlərlə görüşüb
Cəmiyyət 17 Oktyabr 2026, 16:43
504
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib.
Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, G20 Dinlərarası Forumunun prezidenti Kol Durhamla görüşdə Azərbaycan ilə Forum arasında əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri və dinlərarası dialoqun beynəlxalq səviyyədə təşviqi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanan mövcud tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Ramin Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. O, 2026-cı il oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq tədbir çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) ilə tərəfdaşlıq əsasında təşkil olunacaq "Dinlərarası dialoq: ortaq gələcəyə aparan yol xəritəsi" adlı xüsusi plenar sessiyanın qlobal çağırışların müzakirəsi və dinlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından önəmini diqqətə çatdırıb.
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin On İki Həvarilər Kvorumunun üzvü David Bednar ilə görüşdə mədəniyyətlərarası anlaşmanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, işgüzar əlaqələrin gələcək istiqamətləri barədə müzakirə aparılıb.
Həmçinin oxuyun
Dövlət Komitəsinin sədri səfər çərçivəsində Dini və Ənənəvi Sülhqurucuları Şəbəkəsinin icraçı direktoru Məhəmməd Elsanusi ilə görüşüb. Söhbət zamanı sülhün təşviqində dini və ənənəvi liderlərin rolu, eləcə də müxtəlif icmalar arasında dialoqun genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Müsəlman Ağsaqqalları Şurasının strateji planlaşdırma üzrə direktoru Məhəmməd Bahrı ilə görüşdə Azərbaycan dövlətinin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti, beynəlxalq miqyasda bu istiqamətdə irəli sürdüyü təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi dialoq, qarşılıqlı anlaşma və insan qardaşlığı prinsiplərinin təşviqi, regionda davamlı sülhün təmin edilməsi naminə atılan addımlara verilən yüksək beynəlxalq qiymətin ifadəsidir.
"Stirling" Fondunun prezidenti və icraçı direktoru Maylz Hansenlə görüşdə Azərbaycanın əsrlər boyu mədəniyyətlər və dinlər arasında sülh şəraitində birgəyaşayış təcrübəsi vurğulanaraq, ölkənin dini azadlığa və dialoqa sadiqliyinin regional sabitlik üçün nümunə olduğu qeyd olunub.
Görüşlərdə mövcud əlaqələrin inkişaf etdirilməsi, yeni əməkdaşlıq sahələrinin məzmununun zənginləşdirilməsi, həmçinin tərəflər arasında gələcək fəaliyyətin prioritet istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda dövlət qurumlarının saytına giriş dayandı
Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.Citypost.az xəbər verir ki, istifadəçilər Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Milli Məclis və Nazirlər Kabineti də daxil olmaqla bir sıra dövlət qurumlarının rəsmi internet resurslarına daxil ola bilmirlər.Saytlara giriş zamanı səhifələrin açılmadığı müşahidə olunur. Bu isə həmin qurumlardan rəsmi məlumat əldə etmək istəyən istifadəçilər üçün çətinlik yaradır.Hazırda problemin səbəbi, miqyası və nə vaxt aradan qaldırılacağı barədə rəsmi məlumat yoxdur.Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi məlum deyil....
17 Oktyabr 2026, 16:12
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib
Valeh Feyruz oğlu Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.O bu ordenə Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
17 Oktyabr 2026, 15:47
Yetim şeirlərim -Daşqın Ziyəddin
Olmusunuz göz dağı,Ah.., yetim şeirlərim.Gah ürəyim sızlayır,Gah yetim şeirlərim.Bir çimirlik yuxuyam,Son çeşnimi toxuyam.Gözüm görmür oxuyam,Eh.., yetim şeirlərim.Qızınmadım istinə,Kor olmuşam tüstünə.Bir də əsməz üstünə,Meh, yetim şeirlərim.Külək gəlir yaxından,-Qopub Keyti dağından.Al gözümün yağından,Beh, yetim şeirlərim.
17 Oktyabr 2026, 15:23
“Şahinlərin Görüşü-2026” təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub
Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb olunması ilə keçirilən “Şahinlərin Görüşü - 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, uçuşlar zamanı hərbi qulluqçular mürəkkəb pilotaj elementlərini yerinə yetirərək havada qarşılıqlı əlaqə və döyüş tapşırıqlarının icrası üzrə praktiki bacarıqlarını nümayiş etdiriblər.Qeyd edək ki, hərbi pilotlar yüksək peşəkarlıq göstərərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər....
17 Oktyabr 2026, 15:00
Bakıda keçirilən NATO təlimi başa çatıb
Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi başa çatıb.Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu təlimin gedişatını izləyiblər.Əvvəlcə təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında ətraflı məlumat verilib, qarşıda duran məqsədlər izah olunub.Sonra təlim iştirakçıları tərəfindən tapşırıqlar praktiki olaraq yerinə yetirilib.Bölmələrin fəaliyyəti, həmçinin şəxsi heyətin hazırlığı, bilik və bacarıqları təlimin gedişatını izləyənlər tərəfindən yüksək qiymətləndirilib.Sonda fərqlənən hərbi qulluqçulara sertifikat, fəxri fərman və digər mükafatlar təqdim edilib....
17 Oktyabr 2026, 13:32
Zabrat-Maştağa yolu bağlandı
Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun bir hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.Citypost.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyət bu gündən yolun Zabrat dairəsindən Maştağa qəsəbəsinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsinədək olan hissəsini əhatə edir.Əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur....
17 Oktyabr 2026, 13:17