Xalq şairi bu tarixlə bağlı arxiv fotonu PAYLAŞDI
Cəmiyyət 18 Oktyabr 2026, 13:10
658
Xəbər verdiyimiz kimi,bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur.
1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Həmçinin oxuyun
Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
CityPost.az bildirir ki,Xalq şairi Sabir Rüstəmxanlı bu tarixlə bağlı foto paylaşıb.
"Şimali Azərbaycanda Dövlət Müstəqilliyimizin bərpasından 35 il keçir. Bu bayram münasibətilə bütün millətimizi, köhnə hərəkatçı dostlarımı, Müstəqillik Aktında imzası olan deputat həmkarlarımı ürəkdən təbrik edirəm!",-deyə S.Rüstəmxanlı paylaşımında qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ
Oktyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək...
18 Oktyabr 2026, 12:44
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.CityPost.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.“Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!”, – paylaşımda qeyd olunub.Qeyd edək ki, Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
18 Oktyabr 2026, 12:32
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda deyilir:"18 oktyabr. Müstəqilliyin Bərpası Günü. Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!". View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...
18 Oktyabr 2026, 08:13
ABŞ Putini, Avropa Ukraynanı seçir -Qulu Məhərrəmli
Ukrayna-Rusiya müharibəsinə münasibətdə ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında ziddiyyətlər dərinləşir. Sürüşkən və dəyişkən D.Trampdan fərqli olaraq Avropa vahid mövqedən çıxış edir və Ukraynanın maraqlarına bütövlükdə Qərbin təhlükəsizlik strategiyasının bir hissəsi kimi baxır, Rusiya ilə sülh danışıqlarında rəsmi Kiyevin maraqlarını qorumağa çalışır.CityPost.az xəbər verir ki,bunu professor Qulu Məhərrəmli bildirib.Professor bildirib ki,ABŞ-dan fərqli olaraq Aİ Rusiyaya sanksiyaları yumşaltmır və Kiyevə maliyyə yardımlarını intensivləşdirir. Bunun nəticəsidir ki, Aİ Ukraynaya 90 milyard avroluq yardım proqramı çərçivəsində silah alınması üçün 16 milyard avro ayırıb."Bu barədə dünən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaen Aİ sammitinin yekunlarına dair mətbuat konfransında məlumat verib. O bildirib ki,...
17 Oktyabr 2026, 19:52
Düdənginski ilə bağlı maraqlı FAKT
Əbdürrəhman Fətəlibəyli Düdənginski Alfred Rozenberqə demişdi: "Əgər biz bilsək ki, rusların yerinə almanlar Azərbaycanda ağalıq edəcəklər, biz sizinlə bir addım da atmayacağıq. Biz yalnız Azərbaycanın müstəqilliyi uğrunda vuruşuruq"1944-cü ildə Azərbaycan legionunun iki illiyi münasibətilə Fətəlibəyli legionerlərə təbrik ünvanlayıb. Bu münasibətlə Fətəlibəyli Hitler tərəfindən könüllülərə məxsus ən yüksək ordenlə təltif edilib. 1944-ci ilin mayın 17-də Azərbaycan Milli Birlik Məclisinin rəhbərliyi Berlinin "Esplanad" otelində Alfred Rozenberqlə görüşüb. Görüş zamanı Fətəlibəyli "Əgər biz bilsək ki, rusların yerinə almanlar Azərbaycanda ağalıq edəcəklər, biz sizinlə bir addım da atmayacağıq. Biz yalnız Azərbaycanın müstəqilliyi uğrunda vuruşuruq" deyib. Rozenberq "Reyx öz sözünü tutmalıdır, müstəqillik sədəqə deyil, onu...
17 Oktyabr 2026, 19:21
“Baş bizimdir, açarıq da, bağlayarıq da!” – Mirşahin Ağayev
Əməkdar jurnalist Mirşahin Ağayev Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər və hicab mövzusu ilə bağlı sərt fikirlər səsləndirib.CityPost.az xəbər verir ki, jurnalist bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.O, paylaşımında Azərbaycan kişisinin tarixən Azərbaycan qadınının örpəyini qoruduğunu, lakin qadının örpəyi ilə qorunmadığını vurğulayıb. Toyuqlu pizzaMirşahin Ağayev Türkiyədəki bəzi dairələrə müraciət edərək Azərbaycanla Türkiyə arasında münasibətlərdə “böyük qardaş” və “kiçik qardaş” yanaşmasının düzgün olmadığını bildirib.Jurnalist hicabın dini mahiyyətini anladıqlarını qeyd etməklə yanaşı, bu mövzudan başqa məqsədlər üçün istifadə edildiyini iddia edib. O, həmçinin Türkiyədə FETÖ ilə mübarizə çərçivəsində ləğv edilən fəaliyyətlərin başqa ad altında Azərbaycan məktəblərində həyata keçirilməyə çalışıldığını irəli sürüb.“İfşa edilmisiniz...
17 Oktyabr 2026, 18:59