Bizə yazın

Baku

-°C

USD

-

Müstəqilliyimiz əbədi, bayrağımız daim ucalarda olsun!  

Cəmiyyət 18 Oktyabr 2026, 14:13

731

Milli Məclisin deputatı Ceyhun Məmmədov yazır:

Bu gün – 18 Oktyabr, Azərbaycan xalqının tarixində qürurla qeyd etdiyimiz Müstəqilliyin Bərpası Günüdür. 1991-ci ilin məhz bu günündə, xalqımızın əzmkarlığı və milli iradəsinin nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi və Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi.

Bu sənəd yalnız siyasi azadlığımızın deyil, eyni zamanda minillik dövlətçilik ənənələrimizin, milli kimliyimizin və suveren iradəmizin rəmzinə çevrildi. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yenidən dirçəldən bu qərar, müstəqil dövlətçiliyimizin möhkəm təməlinin qoyulması baxımından tarixi bir dönüş nöqtəsi oldu.

Azərbaycan xalqı müstəqilliyin bərpası ilə öz taleyinə sahib çıxdı, dövlət quruculuğu, hüquqi islahatlar, beynəlxalq aləmdə tanınma və inkişaf yolunda böyük iradə nümayiş etdirdi. 1991-ci ildən bu günə qədər keçilən yol — şəhidlərimizin qanı, vətənpərvər övladlarımızın fədakarlığı və xalqımızın birliyi sayəsində formalaşmış müasir, qüdrətli və qürurlu Azərbaycanın salnaməsidir.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, dövlətin siyasi və iqtisadi dayaqları möhkəmləndi, beynəlxalq əlaqələr genişləndi. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini bütün ərazilərində tam bərpa etmiş, regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir.

Müstəqillik təkcə hüquqi sənəd deyil, həm də ruhumuzun, milli kimliyimizin və gələcək nəsillər qarşısında məsuliyyətimizin təcəssümüdür. Bu dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Bu əlamətdar gündə xalqımıza sülh, rifah və davamlı inkişaf, şəhidlərimizə isə Allahdan rəhmət diləyir, onların müqəddəs xatirəsi qarşısında baş əyirəm.

Qoy müstəqilliyimiz əbədi, bayrağımız daim ucalarda olsun!

Yaşasın müstəqil Azərbaycan! 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib 

Gözlənilən küləkli hava şəraiti ilə bağlı oktyabrın 19-u üçün Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə sarı xəbərdarlıq verilib.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

18 Oktyabr 2026, 14:07

Xalq şairi bu tarixlə bağlı arxiv fotonu PAYLAŞDI 

Xəbər verdiyimiz kimi,bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur.1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın),...

18 Oktyabr 2026, 13:10

Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ 

Oktyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək...

18 Oktyabr 2026, 12:44

Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib 

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.CityPost.az  xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.“Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!”, – paylaşımda qeyd olunub.Qeyd edək ki, Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.

18 Oktyabr 2026, 12:32

Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.CityPost.az  xəbər verir ki, paylaşımda deyilir:"18 oktyabr. Müstəqilliyin Bərpası Günü. Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!". View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...

18 Oktyabr 2026, 08:13

ABŞ Putini, Avropa Ukraynanı seçir -Qulu Məhərrəmli 

 Ukrayna-Rusiya müharibəsinə münasibətdə ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında ziddiyyətlər dərinləşir.  Sürüşkən və dəyişkən D.Trampdan fərqli olaraq Avropa vahid mövqedən çıxış edir və Ukraynanın maraqlarına bütövlükdə Qərbin təhlükəsizlik strategiyasının bir hissəsi kimi baxır, Rusiya ilə sülh danışıqlarında rəsmi Kiyevin maraqlarını qorumağa çalışır.CityPost.az  xəbər verir  ki,bunu professor Qulu Məhərrəmli bildirib.Professor bildirib ki,ABŞ-dan fərqli olaraq Aİ Rusiyaya sanksiyaları yumşaltmır və Kiyevə maliyyə yardımlarını intensivləşdirir. Bunun nəticəsidir ki, Aİ Ukraynaya 90 milyard avroluq yardım proqramı çərçivəsində silah alınması üçün 16 milyard avro ayırıb."Bu barədə dünən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaen Aİ sammitinin yekunlarına dair mətbuat konfransında məlumat verib. O bildirib ki,...

17 Oktyabr 2026, 19:52