Bizə yazın

Baku

-°C

USD

-

Məşhur müğənni bacıların atası niyə həbs olunmuşdu? - HƏYAT HEKAYƏSİ 

Cəmiyyət 17 Oktyabr 2026, 14:14

565

Bu gün mərhum yazıçı Çingiz Ələkbərzadənin doğum günüdür.

CityPost.az  bu münasibətlə yazıçı haqqında maraqlı faktları təqdim edir.

Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakıda yazıçı Əbülhəsənin ailəsində anadan olub. ADU-nun filologiya fakültəsində təhsil alıb. İlk dəfə "Kökəlməyin sirri" hekayəsi ilə mətbuatda çıxış edib. Müğənni Sevda Ələkbərzadə və Elmira Ələkbərzadənin atasıdır.

Musiqini, mahnı ifa etməyi çox sevirmiş, gözəl səsi olub. Ailəsində qurduğu məclislərin hamısında şeir və musiqilər ifa etməyi xoşlayıb. “Leyli və Məcnun” poemasını əzbər söyləyərmiş. Musa Yaqubun “Bəlkə də borcundan çıxmadım,Vətən” şeirini çox sevib.

Ailədə iki qardaş olublar. Qardaşı otuz yaşında rəhmətə gedib. Özü isə 49 yaşında şərlənərək həbs olunub. Yazıçının qızı Sevda Ələkbərzadə müsahibələrinin birində belə deyir: “Nə qədər ki, babam sağ idi, atama toxuna bilmirdilər. Özləri də etiraf edirmişlər ki, nə qədər, Əbülhəsənin nəfəsi gedib-gəlir, biz onun oğluna əl vura bilmərik. Babam rəhmətə getdi, qırxı çıxmamış atamı həbs etdilər. Atam öz atasının qırxına gələ bilmədi. Atam jurnalist idi. O vaxtlar da bir kanalda nəsə xoşagəlməyən material gedirdisə, hər şey bitirdi. Atam da, yəqin ki, kiminsə xoşuna gəlməyən süjet hazırladı, onu efirə verdi ki, ona qarşı belə davrandılar. Biz, əslində, onun həbs olunmasının təfərrüatlarını, kim tərəfindən təşkil olunmasını da bilirik”.

Yazıçıya on iki il iş kəsilsə də, sonradan günahsız olduğu məlum olur və o iki ildən sonra azadlığa çıxır. Gözlədiyi bəraəti alır. Lakin, o, həbsdən sonra tamamilə dəyişir, əsəbi, qapalı insana çevrilir. Stressdən, əsəbdən səhhətində problem yaranır parkinson xəstəliyinə tutulur.

***

Məhkəmə zamanı onun üzünə durmaq üçün on altı yalançı şahid tuturlar. Ən yaxın dostlarından biri, uzun illər onun operatoru kimi işləmiş, ailə üzvlərindən birinə çevrilmiş insan da həmin şahidlərin içərisində olur və yazıçının əleyhinə ifadələr verir. Çingiz Ələkbərzadə həbsdən çıxandan sonra isə həmin adam onlara gələrək yazıçının qarşısında diz çöküb bağışlanmasını istəyərək deyir: “Məni bağışla, başıma silah dayamışdılar ki, sənin üzünə durum. Mən də həyatımdan qorxdum, nə edə bilərdim?”... Bu sözlərdən sonra Çingiz Ələkbərzadə keçmiş dostunu bağışlayır.

Yazıçı həbsdən çıxandan sonra “Türmə mənim ahımdır” şeirlər kitabı və həbsxana həyatından bəhs edən “Zindan” adlı roman yazır. Kitabın üz qabığı üçün şəkil çəkdirmək lazım gələndə o, ailəsinin narazılığına baxmayaraq saçlarını həbsdəki kimi dibindən qırxdırıb şəkil çəkdirir və deyir: Orda həyat necədirsə, mən də onu elə göstərməliyəm. 30 min tirajla çap olunan roman qısa zaman ərzində satılır.

Rus oliqarxlarından biri roman əsasında film çəkilməsini arzulayır. Və Çingiz Ələkbərzadəyə zəng vuraraq böyük məbləğ təklif edir. Ailənin pula böyük ehtiyacı olsa da, yazıçı biləndə ki, filmdə ancaq rus aktyorlar iştirak edəcək, təklifi rədd edərək deyir: “Bu, azərbaycanlıların həyatıdır, filmdə də azərbaycanlı aktyorlar iştirak etməlidirlər”.

Qızı Sevdanın müğənni olmasını istəməyib. Buna görə ailə daxilində xeyli mübahisələr yaşanıb. Lakin, o, nəhayət qızının müğənni olmasına razılıq verib. Xasiyyətcə kövrək olan Çingiz bir dəfə hamıdan xəbərsiz qızının ifasında "Laçın" mahnısını dinləyib ağlayır. Qızı Sevda atasının ağlamağını görsə də, bu barədə ona heç vaxt heç nə deməyib.

Anası rəhmətə gedən zaman yazıçı həbsdə olur. Bu xəbəri ondan gizlədirlər. Ailəsi onunla görüşə gedəndə həyat yoldaşı Çingizə evdən gətirdiyi plovu verir. Çingiz dərhal ona belə deyir: “Gətirdiyin aş anamın ehsanıdır. Gecə yuxuda çoxlu çay daşlarının qəbirdaşına çevrildiyini görmüşəm. Məni aldatmayın, bilirəm ki, anam yoxdur”.

Ölümündən bir müddət əvvəl “Mən kiməm?” adlı bioqrafik roman yazmağa başlasa da, yarımçıq qalır. O kitabdan yalnız bir neçə səhifə yaza bilir.

Ömrünün son günlərində yaddaşını itirir. Ölənə yaxın isə gözlərini açır, övladlarına baxıb deyir: “Qorxmayın, gedirəm. Amma hər şey yaxşı olacaq".

Kulis.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ Putini, Avropa Ukraynanı seçir -Qulu Məhərrəmli 

 Ukrayna-Rusiya müharibəsinə münasibətdə ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında ziddiyyətlər dərinləşir.  Sürüşkən və dəyişkən D.Trampdan fərqli olaraq Avropa vahid mövqedən çıxış edir və Ukraynanın maraqlarına bütövlükdə Qərbin təhlükəsizlik strategiyasının bir hissəsi kimi baxır, Rusiya ilə sülh danışıqlarında rəsmi Kiyevin maraqlarını qorumağa çalışır.CityPost.az  xəbər verir  ki,bunu professor Qulu Məhərrəmli bildirib.Professor bildirib ki,ABŞ-dan fərqli olaraq Aİ Rusiyaya sanksiyaları yumşaltmır və Kiyevə maliyyə yardımlarını intensivləşdirir. Bunun nəticəsidir ki, Aİ Ukraynaya 90 milyard avroluq yardım proqramı çərçivəsində silah alınması üçün 16 milyard avro ayırıb."Bu barədə dünən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaen Aİ sammitinin yekunlarına dair mətbuat konfransında məlumat verib. O bildirib ki,...

17 Oktyabr 2026, 19:52

Düdənginski ilə bağlı maraqlı FAKT

Əbdürrəhman Fətəlibəyli Düdənginski Alfred Rozenberqə demişdi: "Əgər biz bilsək ki, rusların yerinə almanlar Azərbaycanda ağalıq edəcəklər, biz sizinlə bir addım da atmayacağıq. Biz yalnız Azərbaycanın müstəqilliyi uğrunda vuruşuruq"1944-cü ildə Azərbaycan legionunun iki illiyi münasibətilə Fətəlibəyli legionerlərə təbrik ünvanlayıb. Bu münasibətlə Fətəlibəyli Hitler tərəfindən könüllülərə məxsus ən yüksək ordenlə təltif edilib. 1944-ci ilin mayın 17-də Azərbaycan Milli Birlik Məclisinin rəhbərliyi Berlinin "Esplanad" otelində Alfred Rozenberqlə görüşüb. Görüş zamanı Fətəlibəyli "Əgər biz bilsək ki, rusların yerinə almanlar Azərbaycanda ağalıq edəcəklər, biz sizinlə bir addım da atmayacağıq. Biz yalnız Azərbaycanın müstəqilliyi uğrunda vuruşuruq" deyib. Rozenberq "Reyx öz sözünü tutmalıdır, müstəqillik sədəqə deyil, onu...

17 Oktyabr 2026, 19:21

“Baş bizimdir, açarıq da, bağlayarıq da!” – Mirşahin Ağayev  

Əməkdar jurnalist Mirşahin Ağayev Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər və hicab mövzusu ilə bağlı sərt fikirlər səsləndirib.CityPost.az   xəbər verir ki, jurnalist bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.O, paylaşımında Azərbaycan kişisinin tarixən Azərbaycan qadınının örpəyini qoruduğunu, lakin qadının örpəyi ilə qorunmadığını vurğulayıb. Toyuqlu pizzaMirşahin Ağayev Türkiyədəki bəzi dairələrə müraciət edərək Azərbaycanla Türkiyə arasında münasibətlərdə “böyük qardaş” və “kiçik qardaş” yanaşmasının düzgün olmadığını bildirib.Jurnalist hicabın dini mahiyyətini anladıqlarını qeyd etməklə yanaşı, bu mövzudan başqa məqsədlər üçün istifadə edildiyini iddia edib. O, həmçinin Türkiyədə FETÖ ilə mübarizə çərçivəsində ləğv edilən fəaliyyətlərin başqa ad altında Azərbaycan məktəblərində həyata keçirilməyə çalışıldığını irəli sürüb.“İfşa edilmisiniz...

17 Oktyabr 2026, 18:59

Tanış.. Salam Sarvan 

Budaq töküb barınıbir quru çomaq qalıb.Hər yer solub şəkildə,təkcə saçlar ağ qalıb.Son addım idi, atıbta dayandım həyatda:axx, qaldı həmişəlikizim ayağım altda.Mən də vətən yolundabaşımı qoydum yatdım.Gördüm ki, yuxum gəlmir,sonacan saydım yatdım.Ay qız, sən kimsən beləqarış-qarış gəlirsən.Bir vaxt Tanrı gəlirdin,indi Tanış gəlirsən.

17 Oktyabr 2026, 18:54

Heç kim Azərbaycanın daxili işlərinə müdaxilə etməsin!

Bütün dövrlərdə Azərbaycan kişisinin papağı, qadınının isə ləçəyi başında olub. Kişisi papağı qeyrət, namus hesab edib. Qadını isə örpəyini qandavasına, düşmənçiliyə sipər edib. Bir yaylıq təkcə, həya, abır təcəssümü yox, həm də töküləcək qanın, alınacaq canın xilaskarı olub. Biz, dəyərlərimizə hörmətlə yanaşdığımız kimi, onu qoruyub, saxlamağı da bacaran Xalqıq. İndi kimlərinsə gəlib Azərbaycanın daxili işlərinə burun soxması arzuolunan hal deyil. Xalq, dövlət olaraq nəyi, nə zaman və necə etməyi bilirik. Lütfən hərə öz qınına çəkilib, işi ilə məşğul olsun. Sürünmək istəyirsə, keçmişin qaranlıq dalanlarında mürgüləsin. Bizim işimizə qarışmasın. Heç kimə nə can, nə də qan borcumuz yoxdur. Suveren, müstəqil dövlətik. Öz qanunlarımız, adət-ənənələrimiz var....

17 Oktyabr 2026, 18:51

Ramin Məmmədov ABŞ-də bir sıra dini və ictimai xadimlərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Bildirilib ki, G20 Dinlərarası Forumunun prezidenti Kol Durhamla görüşdə Azərbaycan ilə Forum arasında əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri və dinlərarası dialoqun beynəlxalq səviyyədə təşviqi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanan mövcud tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.Ramin Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. O, 2026-cı il oktyabrın 27–29-da Bakıda keçiriləcək...

17 Oktyabr 2026, 16:43