Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Cəmiyyət 18 Oktyabr 2026, 18:23
703
Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb.
CityPost.az "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib.
Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirərkən onu elektrik cərəyanı vurub. Nəticədə polis mayoru ağır xəsarətlər alıb.
Həmçinin oxuyun
Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün tibbi müdaxilələr edilib. Aldığı xəsarətlər səbəbindən onun qolları amputasiya olunub.
Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada dünyasını dəyişib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Payız çiçəkləri hələ solmayıb
Yarpaqlar tökülüb xəzəl olmayıb. Bu dağlar heç belə gözəl olmayıb, Belə dalğın, belə gözəl, sevdalı. Belə dalğın, belə gözəl, sevdalı, Könlüm kimi dəli, başı havalı. Xatirələr qızılı cökə balı, Ürəyim titrəyir rüzgar əsincə. Ürəyim titrəyir rüzgar əsincə, Alsın dağ başını buludlar gecə. Bir yağış yağsın incədən incə, Bir uğur mələyi döysün qapımı. Bir uğur mələyi döysün qapımı, Şeirlərimin qaynasın qanı. Girov qoyum burda bu şirin canı, Uğur mələyiylə uçum göylərə... Payız çiçəkləri hələ solmayıb, Yarpaqlar tökülüb xəzəl olmayıb. Bu dağlar heç...
18 Oktyabr 2026, 18:44
"Burada söhbət Azərbaycanda hicaba qadağadan deyil" - Rəsmi şəxsdən AÇIQLAMA
Məlum olduğu kimi, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.Qərarlardan da göründüyü kimi, burada söhbət Azərbaycanda hicaba qadağadan deyil, məktəblərdə təhsilalanlar və təhsilverənlər üçün geyim normalarının müəyyənləşdirilməsindən gedir. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib."Ancaq təəssüflə qeyd etmək lazımdır ki, son günlər aparılan müzakirələrdə ciddi yanlışlıqlar var. Birincisi bu müzakirələrdə bütövlükdə İslam dinini hədəf almaq düzgün deyil. İslam dini bizim bayrağımızda öz əksini tapıb. Azərbaycanlı alimlər İslam mədəniyyətinə böyük töhfələr veriblər. Nizami, Füzuli və Nəsimi İslam dinindən İlham alaraq böyük...
18 Oktyabr 2026, 16:55
AZƏRBAYCAN - TANRI YAZAN ÜNVANIM
Əzəlimdən qüdrətimdir bu torpaq,Əzəmətim, qeyrətimdir bu torpaq,Əbədiyyət, qüvvətimdir bu torpaq,Azərbaycan - Tanrı yazan ünvanım! Türk soraqlı qüdsiyyətim - bu torpaq,Qanımdakı heysiyyətim - bu torpaq Qayəmdəki hüsniyyətim - bu torpaq Azərbaycan - Tanrı yazan ünvanım!Əsil-nəsil, nəcabətim - bu torpaq,Ulu yurdum, məmləkətim - bu torpaq,Həqiqətim, ülviyyətim - bu torpaq,Azərbaycan - Tanrı yazan ünvanım!Şəhidlərin əmanəti - bu torpaq,Ərənlərin dəyanəti - bu torpaq,Dühaların səltənəti - bu torpaq,Azərbaycan - Tanrı yazan ünvanım!Ay-ulduzlu bayrağımdır bu torpaq,Hürriyyətim, çırağımdır bu torpaq, Kimliyimdir, ocagımdır bu torpaq,Azərbaycan - Tanrı yazan ünvanım!Şeiriyyət-heyrətimdir bu torpaq,Səcdəgahım, beyətimdir bu torpaq,Məslək-məram, niyyətimdir - bu torpaq,Azərbaycan - Tanrı yazan ünvanım!Baş nəğməmin nəqəratı -...
18 Oktyabr 2026, 16:35
Tomas Edison haqqında maraqlı FAKTLAR
Tomas Edison və komandası 1879-cu ildə lampanın içindəki havanı tam vakuumlaşdıraraq, ilk təhlükəsiz və uzunömürlü közərmə lampasını yaradaraq onu kütləvi istifadəyə hazır hala gətirib.Yəni başınızı çox ağrıtmadan bildirmək istəyirəm ki, bugünkü gün bütün dünyanın istifadə etdiyi işığın yaranması bu kişinin adı ilə bağlıdır. Onun icad etdiyi istifadə oluna bilən ilk işlək elektrik lampasının kəşfinin dünyanın inkişafına təsiri aşağıdakı kimidir. Elektrik lampasının kəşfinin dünya düzəninə göstərdiyi əsas müsbət təsirlər bunlardır:• İqtisadiyyat və sənayedə sıçrayış: Əvvəllər fabriklər və zavodlar yalnız günəş işığına bağlı idi və hava qaralanda iş dayanmalı olurdu. Edisonun kəşfi sayəsində 24 saatlıq iş rejiminə (növbəli iş sistemi) keçid fəaliyyətə başladı....
18 Oktyabr 2026, 15:55
Dənizçilik tarixində silinməz iz qoyan Şövkət Səlimova
Azərbaycanın və bütün Yaxın Şərq regionunun dənizçilik tarixində silinməz iz qoyan Şövkət Səlimova, həm ölkəmizin ilk qadın gəmi kapitanı, həm də İslam aləmində bu zirvəyə yüksələn ilk müsəlman qadın kimi adını salnamələrə həkk etmişdir.Oxu24.com bildirir ki,Şövkət Səlimova 25 dekabr 1920-ci ildə Şamaxı qəzasının (indiki İsmayıllı rayonu) qədim Lahıc kəndində dünyaya göz açmışdır. Neftçi ailəsində boy-başa çatan Şövkət on uşaqlı böyük bir ailənin ən böyük övladı idi və uşaqlığı Bakı şəhərində keçmişdir. Görkəmli dənizçi Anna Şetininanın (dünyanın ilk qadın gəmi kapitanı) portretindən ilhamlanaraq gələcək peşəsini seçən Səlimova, Bakı Dənizçilik Məktəbində təhsil almağa qərar verir. 1940-cı ildə bu təhsil ocağını uğurla başa vurduqdan...
18 Oktyabr 2026, 15:10
Ehtiram Hüseynovun doğum gününə - Şərif Ağayar yazır
Ehtiram Hüseynovla 44 günlük müharibədən sonra Laçında daha yaxın ünsiyyət qurduq. Onun şəxsində məcburi köçkünlük illərində əriyib-itən və axır-uxuru qalan klassik laçınlılığın Laçına qovuşduğunu gördüm və ikiqat xoşbəxt oldum. Gənc dostum Alik Əlioğlunun bir şeiri var, deyir:Elə bir doğma adam gəlməlidir ki, Onu öpmək yox, qoxlamaq istəyəsən... Yanında olduğuna əmin olmaq üçün, Əlini üzünə qoyub, yoxlamaq istəyəsən... Ehtiram birdən-birə mənim üçün şairin dediyi həmin bu adama çevrildi. İnsan nə qədər doğma ola bilər? İnsan nə qədər zəngin ola bilər? Eyni zamanda, abırlı, mərd, sanballı...İnsan adi duruşu ilə yüngüllüyə, səviyyəsizliyə, xaraktersizliyə necə meydan oxuya bilər?Ehtiramı Tanrı həm də bir cəza kimi çıxartdı qarşıma. Çünki mən laçınlıların izafi Məhəbbət Kazımov və...
18 Oktyabr 2026, 15:05