Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi
Cəmiyyət 17 Oktyabr 2026, 11:05
552
Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının yeni tərkibində Ramiz Mehdiyevin yerinə iki nəfər seçilib.
YAP-ın Mətbuat xidmətindən Citypost.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramiz Mehdiyevin əvvəlki tərkibdə tutduğu yer boşalandan sonra siyahıya Allahverdi Şəmistan oğlu Hacıyev və Heydər Museyib oğlu Hüseynovun adları daxil edilib.
Həm Allahverdi Hacıyev, həm də Heydər Hüseynov YAP-ın qurulmasında yaxından iştirak etmiş "91-lər"dəndir.
Qeyd edək ki, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.
Nəhayət 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı.
Həmçinin oxuyun
Xatırladaq ki, dünən - oktyabrın 16-da YAP İdarə Heyətinin iclasında Veteranlar Şurasının yeni tərkibi təsdiqlənib. Şuranın sədri Arif Rəhimzadə, sədr müavinləri isə Sədaqət Qəhrəmanova və Əli Həsənov olub.
YAP Veteranlar Şurasının yeni tərkibi:
Rəhimzadə Arif Qafar oğlu – sədr
Qəhrəmanova Sədaqət Məmmədyar qızı – sədr müavini
Həsənov Əli Şamil oğlu – sədr müavini
Abasova Adilə Ziyat qızı
Abutalıbov Hacıbala İbrahim oğlu
Cahangirov Asif Baxış oğlu
Cəbiyev Rizvan İsrafil oğlu
Ələkbərov Urxan Kazım oğlu
Əliyev Cəmil Əziz oğlu
Əlizadə Akif Ağamehdi oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Əsgərov Şahlar Qaçay oğlu
Əzizov İbrahim Vahab oğlu
Fərəcov Ədalət Nurulla oğlu
Hacıyev Allahverdi Şəmistan oğlu
Hüseynov Heydər Museyib oğlu
Hüseynov Vaqif Aslan oğlu
Hüseynova Fidumə Məmmədəli qızı
Xəlilov Zahid Abdulla oğlu
İmamverdiyev Sudeyf Bəşir oğlu
İsmayılov Nazim Mehdi oğlu
Qaraşov Arif Xanoğlan oğlu
Qasımzadə Elbay Ənvər oğlu
Qoca Xeyrəddin Sayəddin oğlu
Quliyev Tahir Məhərrəm oğlu
Quliyeva Zərifə Rzaqulu qızı
Mahmudov Yaqub Mikayıl oğlu
Məmmədhəsənov Rafiq Musa oğlu
Məmmədov Elman Camal oğlu
Məmmədov Tahir Tais oğlu
Mərdanov Misir Cumayıl oğlu
Nəsirov Məmməd Yahya oğlu
Novruzov Vahid Tapdıq oğlu
Rzayev Tahir Musa oğlu
Seyidzadə Dilarə Bağır qızı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda avtobus istehsalı 53 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 244 ədəd avtobus istehsal edilib.Citypost.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, bu, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 53,5 % çoxdur. Nəticədə bu ilin oktyabrın 1-nə 28 ədəd hazır məhsul ehtiyatı yaranıb.Bu ilin ilk 9 ayı ayında Azərbaycanda 299,8 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, bu, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 74,7 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,8 % artıb.Bundan başqa, yanvar-sentyabr aylarında Azərbaycanda 2 046 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 9 ayı...
17 Oktyabr 2026, 11:22
YAP Gənclər Birliyinin yeni tərkibi müəyyənləşib, yeni sədr təyin olunub
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub.YAP Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, Kərimli Gülüstan Əfsər qızı Gənclər Birliyinin sədri, Fəyyaz Nəzrin Cavid qızı və İbrahimli Elvin Soltan oğlu sədr müavinləri təyin olunublar.Qeyd edək ki, bundan əvvəl YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov olub.
17 Oktyabr 2026, 09:45
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür.Citypost.az xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar...
17 Oktyabr 2026, 09:00
Bu yol bağlı olacaq
Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.“Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
17 Oktyabr 2026, 08:28
Füzulinin azadlığından altı il ötür
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür.Citypost.az-ın xəbərinə görə, oktyabrın 17-si Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb.Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə...
17 Oktyabr 2026, 08:00
Qarabağdakı abidələr ətrafında ittihamlar: peyk görüntüləri nəyi sübut edir?
Ermənistan mediasında Azərbaycana qarşı irəli sürülən ittihamların yeni hədəfi Qarabağdakı erməni memoriallarıdır. 301.am nəşri oktyabrın 13-də yayımladığı materialda Azərbaycanın Qarabağda erməni tarixi yaddaşını silmək məqsədilə abidələri dağıtdığını iddia edir. Yazıda Şuşikənd, Daşbulaq, Ballıca və Şuşadakı bir sıra memorialların taleyindən bəhs olunur, peyk görüntülərinin təhlilinə istinad edilir və baş verənlər “mədəni soyqırımı” kimi təqdim olunur.Tarixi və mədəni abidələrin taleyi ciddi məsələdir. Müharibələrdən sonra qorunmalı olan memorialların dağıdılması və ya zədələnməsi barədə məlumatlar diqqətlə araşdırılmalıdır. Lakin məsələni araşdırmaqla əvvəlcədən hökm vermək eyni şey deyil. Konkret abidənin nə vaxt, hansı şəraitdə və kimin qərarı ilə söküldüyü müəyyənləşdirilmədən bütöv bir dövlətin məqsədli mədəni məhvetmə...
16 Oktyabr 2026, 23:12