Azərbaycanda 5 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə müsabiqə qalibləri müəyyənləşib
Cəmiyyət 02 Oktyabr 2026, 18:40
403
Bakının 161 və 218 nömrəli şəhərətrafı, həmçinin Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat və Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Əmircan və Hövsan qəsəbələrini əlaqələndirən 161 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Çinar-Trans" MMC; Türkan qəsəbəsini metronun "Əhmədli" stansiyası ilə əlaqələndirən 218 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Azlənd Plaza" MMC; Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "ALIOSMAN AĞASOY" MMC; Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC; Bakı–İmişli marşrutu üzrə fiziki şəxs Mustafayev Bakir Ayaz oğlu; Sumqayıt–Quba marşrutu üzrə fiziki şəxs Abbasov Hüseyn Əliabbas oğlu qalib elan olunublar.
Həmçinin oxuyun
Məlumata əsasən, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səs-küylü qaçaqmalçılıq işi: generalın oğlu və digərləri dustaqlığına buraxıldı
Ötən ilin səs-küylü əməliyyatlarından biri - 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunanlar həbsdən azad edilib.Citypost.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar qəbul edib.Bu iş üzrə 10 nəfər - Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının baş direktoru Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, liman xidmətinin rəisi Zaur Haşımov, liman briqadiri Fərrux Haqverdiyev, gömrük inspektorları - Heydər Eyvazlı və Tamerlan Axundzadə, Tahir Tahiri, Firuz Əliyev, Amil Cəbrayılov və Rövşən Tarverdiyev mühakimə olunur. Onlardan 6-sı həbsdə idi.Bu gün hakim Kamil Əliyevin qərarı ilə həbsdə olan 6 nəfər...
02 Oktyabr 2026, 19:14
Şamaxıda şadlıq sarayında saxta araq verilirmiş
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı şəhəri, Bakı-Qazax yolu, ev 120 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Əyyub Allahverdi oğluna məxsus “Şirvangöl” şadlıq sarayında yoxlama keçiriblər.Qurumdan Citypost.az-a bildirilib ki, yoxlama zamanı şadlıq evində saxtalaşdırma əlamətləri olan 72 ədəd (hər biri 0.7 lt ) “Sobranie” əmtəə nişanlı araq məhsulunun istehlaka təqdim edilməsinin qarşısı alınıb. Həmçinin normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.Faktla bağlı qanunvericiliyə uyğun inzibati tədbir görülüb, sözügedən məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.Araşdırmalar davam etdirilir....
02 Oktyabr 2026, 18:28
Deputat NATO-nun tədbirinə gedir
Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov qurumun 109-cu Rouz-Rot seminarında iştirak etmək üçün oktyabrın 5-də Moldova Respublikasının Kişineu şəhərinə səfər edəcək.Citypost.az xəbər verir ki, seminar çərçivəsində Moldovanın Avro-Atlantik məkanında gələcəyi, mürəkkəb strateji mühitdə dayanıqlılığın gücləndirilməsi, təhlükəsizlik çağırışları və bu istiqamətdə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.Qeyd edək ki, səfər oktyabrın 8-də başa çatacaq.
02 Oktyabr 2026, 18:19
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sakinlərlə görüşdü
Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov oktyabrın 2-də Mingəçevirdə vətəndaşları qəbul edib. Tədbirə Goranboy, Mingəçevir və Yevlaxdan olan sakinlər qatılıb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.Citypost.az xəbər verir ki, görüşdən əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Mingəçevirdəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.Tədbir zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə...
02 Oktyabr 2026, 18:06
Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi
Bakının Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb.Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bildirilib ki, xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.Həyata keçirilən bu layihə nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkəti təmin edilib....
02 Oktyabr 2026, 18:00
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev həbs edilib."Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, məhkəmə istintaqın vəsatətini təmin edib, Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, ötən gün Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin...
02 Oktyabr 2026, 17:48