Bizə yazın

Baku

-°C

USD

-

UNEC tələbələrin diplomunu niyə vermir? - Kütləvi şikayət var 

Cəmiyyət 23 Aprel 2025, 12:36

19201

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının məzunları 2 ildir ki, diplomlarını ala bilmirlər. 

Məsələnin kütləvi hal aldığını nəzərə alaraq yenidən bu mövzuya qayıtmalı olduq.

Universitetin 2023/2024-cü il məzunları diplom ala bilmədiklərinə görə, heç yerdə iş tapa bilmədiklərini bildirirlər. Üstəlik də həmin şəxslərə diplom verilmədiyi üçün onlar hərbi xidməti 1 il yox,1 il 6 ay müddətinə keçməli olurlar.Bu isə onların hüquqlarının kobud şəkildə pozulmasıdır. 

CityPost.az xəbər verir  ki,Yaranan problemlə ilə bağlı Oxu24.com saytına  müraciət edən Elnur Babayev bildirir ki, özü ilə birlikdə 70-ə yaxın  tələbə bu problemlə üzləşib.

“Yaxınlarda Rusiya vətəndaşları olan tələbələrin diplomları verilib.Amma bizim diplomu vermirlər.Bizə deyirlər ki,Siz DİM vasitəsi ilə qəbul olmamısınız. Oranın daxili qaydaları ilə qəbul olunmusunuz.Halbuki,bizdən əvvəlki və sonakı kursların  hamısı o qayda ilə Universitetə daxil olub. Bunun başqa yolu yoxdur.Dərbənd filialına daxil olmaq üçün oranın daxili imtahanlarını verib  qəbul olmaq mümkündür.Bütün qəbullar da bu qaydada aparılıb”,-deyə diplom ala bilməyən şəxs bildirib.

Oxu24com məsələ ilə bağlı araşdırma aparan zaman ziddiyətli məqamla da üzləşib.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin diplomunu ala bilməyən tələbələrə verdiyi rəsmi cavabda qəbulların yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanları əsasında həyata keçirildiyi qeyd olunur. Ancaq UNEC-in Dərbənd filialının rəsmi saytında bunun tam əksi qeyd olunub.Saytda qeyd olunur ki, sözügedən filiala tələbə qəbulu Rusiya Federasiyasının tələbələrin qəbul qaydalarına əsasən aparılır.

Qeyd edək ki,filial azərbaycanlıların sıx yaşadığı Dərbənd şəhərində soydaşlarımızın ali təhsil almasına kömək məqsədi ilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə yaradılıb.

Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə İqtisad Universitetinin Dərbənd filialının yeni təhsil kompleksi tikilərək istifadəyə verilib. Müasir tələblərə cavab verən kampus 1500 tələbə üçün nəzərdə tutulub. Kampusa 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey də daxildir.

Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-сi il tarixli 2220 saylı əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün lisenziya verilib. 2016/2017-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə UNEC-in Dərbənd filialına Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 14 oktyabr 2015-ci il tarixli 1147 saylı əmrinə uyğun hazırlanan Qəbul Qaydaları təsdiq edilib. Qəbul Qaydaları UNEC-in Elmi Şurasının 25 dekabr 2015-ci il tarixli 142 saylı qərarı ilə təsdiq edilib.

2016-cı il noyabrın 28-də  Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub.

Filiala qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır.

Əyani təhsil formsı üzrə tədris rus dilində, əyani-qiyabi və qiyabi təhsil formaları üzrə isə rus və azərbaycan dillərində aparılır.

Sayt mövzunu diqqətdə saxlayacaq.

Məsələ ilə bağlı  Azərbaycan Dövlət İqtisad Universitetinə və Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə əlaqədar paylaşım olunub.CityPost.az  paylaşımı təqdim edir:28 May - Azərbaycanın Müstəqillik Günü pic.twitter.com/evD36CI0mf— İlham Əliyev (@azpresident) May 27, 2026

27 May 2026, 22:15

MDB dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiyanın İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib.CityPost.az  xəbər verir ki, bu barədə DTX məlumat yayıb.Regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyi iclasda ötən illər ərzində həyata keçirilmiş antiterror tədbirlərinin yekunları ətraflı təhlil edilib, atılacaq konkret addımlar müəyyənləşdirilib. Bununla yanaşı, iclas iştirakçıları transmilli terrorçuluq və dini radikalizmə qarşı birgə mübarizənin aparılması üçün yeni əməkdaşlıq formatları barədə də razılığa gəliblər.Texnologiyaların sürətli inkişafını xüsusi diqqətdə saxlayan şura üzvləri MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətində süni intellektdən istifadəyə dair tövsiyələri əks etdirən...

27 May 2026, 22:04

Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib 

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.CityPost.az  xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli cənab Prezident.Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan ildən-ilə regional və beynəlxalq proseslərdə öz rolunu və nüfuzunu artıraraq energetika, logistika və iqtisadiyyat sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi dinamik inkişafını nümayiş etdirir.Ukrayna ölkələrimiz arasında münasibətlərin strateji xarakterini və Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına bu son dərəcə çətin dövrdə göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirir.Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen şəhərinin bərpasında iştirak, həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyatakeçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu...

27 May 2026, 20:49

De Vever: Aİ İsrailə qarşı sanksiyalar tətbiq etməyəcək 

Avropa İttifaqı (Aİ) İsrailə qarşı sanksiyalar tətbiq etməyəcək.Teleqraf xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever deyib."Düşünürəm ki, İsrailə qarşı Avropa sanksiyaları heç vaxt olmayacaq”, - De Vever deyib.Belçika mətbuatının məlumatına görə, ölkə adətən İsrailə qarşı mümkün sanksiyalar və hərbi cinayətlərlə bağlı Aİ Şurasında aparılan müzakirələrdə fəal mövqe tutmur.Mediada yayılan məlumatlarda Belçikanın İsrailə qarşı sanksiyaların qəbulunu əngəlləyən Aİ üzvü ölkələr sırasında göstərildiyi qeyd olunur....

27 May 2026, 17:58

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb 

Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan Qurban bayramı Mingəçevir şəhərində də ənənələrinə uyğun qeyd edilir.AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram münasibətilə xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə qurbanlıq heyvanlar kəsilib. 500-dən çox şəhid ailəsinə, qaziyə və 135 aztəminatlı ailəyə qurban payları çatdırılıb.Qurban bayramı münasibətilə ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə dualar edilib, hər bir ocağa ruzi-bərəkət, əmin-amanlıq arzulanıb....

27 May 2026, 17:42

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib 

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə Haaqada rəsmi qəbul təşkil olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin, parlamentinin, əyalət və şəhər meriyalarının nümayəndələri, Haaqada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri, işgüzar və akademik dairələrin, media və dini icmaların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə 28 May – Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində...

27 May 2026, 17:33