Bizə yazın

Baku

-°C

USD

-

İlk Azərbaycan operettasının müəllifi – O, niyə kölgədə qalmışdı?  

Cəmiyyət 09 Oktyabr 2026, 22:01

312

Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqar kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəyovun incəsənətdə formalaşmasında çox böyük rolu olub.

Atası Əbdülhüseyn Hacıbəyovun 1901-ci ildə qəfil ölümündən sonra ailənin maddi cəhətdən bütün qayğıları böyük oğulun – Zülfüqarın öhdəsinə düşüb. 1900-1902-ci illərdə o, şəhər Duması və Qəza idarəsində kargüzar, 1902-1906-cı illərdə isə şəhər əkinçilik və töycü işləri idarəsinin müvəkkili yanında tərcüməçi işləyib.

Zülfüqar Hacıbəyov Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi bir çox tanınmış sənətkarların yaradıcılığına təsir göstərib. Onun qardaşı Üzeyir Hacıbəyov daha çox opera və muğam – opera janrında əsərləri ilə məşhur olsa da, Zülfüqar əsasən musiqili komediya və mahnılar yazmağa üstünlük verib. Zülfüqar Hacıbəyov təkcə bəstəkar yox, həm də maarifçi olub. Müəllimliklə məşğul olub, gənclərin musiqiyə marağını artırmağa çalışıb. Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – “50 yaşında cavan” (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub.

Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırladıb. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmayıb. XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Zülfüqar Hacıbəyov 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantataların da müəllifidir. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Avropa operettası ilə Şərq musiqisini sintez etməyə çalışan ilk sənətkarlarımızdan olub, Azərbaycan səhnə musiqisinin inkişafında mühüm rol oynayıb. Sovet dövründə daha çox Üzeyir Hacıbəyovun adı ön plana çəkildiyi üçün, Zülfüqar Hacıbəyovun əsərləri arxa planda qalıb. Bu gün onun bəzi musiqili komediyaları tam şəkildə səhnəyə qoyulmur və yalnız arxivlərdə yaşayır.

O, 1950-ci ilin payızında vəfat edib. Fəxri Xiyabanda – qardaşı Üzeyir Hacıbəyovla yanaşı dəfn olunub.

Nigar

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi  

Norveç Nobel Komitəsi 2026-cı il üçün Nobel Sülh Mükafatını "sülhün və beynəlxalq hüququn təşviqindəki səylərinə görə" Cənubi Afrikadan olan hüquq müfadiəçisi Navanethem Navi Pillaya verildiyini bəyan edib. Komitə bildirib ki, Navi Pillay universal hüquq prinsiplərinə sadiqliyi və möhkəm mənəvi əqidəsi ilə uzunillik karyeraya malikdir. O, hökumət adamlarını və milli liderləri məsuliyyətə cəlb edib, zorakılıq və münaqişə qurbanlarına ümid verib. O, tutduğu bütün vəzifələrdə fərdlərin və dövlətlərin qanunun aliliyinə riayət etmək məsuliyyətini vurğulayıb.85 yaşlı N.Pillay Cənubi Afrikanın Durban şəhərində, hindəsilli ailədə anadan olub, uşaqlıq və gənclik illəri ölkədə aparteid rejiminin hökm sürdüyü dövrə təsadüf edib. Bu rejim əhalini irqi mənsubiyyətinə görə ayırır,...

09 Oktyabr 2026, 21:37

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib.Citypost.az  paylaşımı təqdim edir:Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri (08-09.10.2026) https://t.co/K557q3jRrI— İlham Əliyev (@azpresident) October 9, 2026

09 Oktyabr 2026, 21:28

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb.Citypost.az  bu barədə AZAL-a istinadən xəbər verir.Məlumata görə, AZAL-ın oktyabrın 9-na planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı–Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər yaranıb.Belə ki, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib. Hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb. Həmçinin səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı–Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.Mövcud məhdudiyyətlər təyyarələrin vaxtında təyinat hava limanlarına çatmasına və növbəti uçuşların icrasına da təsir göstərib. Bu...

09 Oktyabr 2026, 20:20

Sumqayıt 11 uşaq allergiya oldu, araşdırma aparılır 

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası hadisəsi ilə bağlı araşdırma aparır.Citypost.az  xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.Bildirilib ki, istifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb."Uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-nün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.Qeyd edək ki, həmin uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbi ilə xəstəxanada müalicə alıblar....

09 Oktyabr 2026, 19:32

Bu ərazilərdə su olmayacaq  

Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 12-si saat 21:00-dan etibarən bir sıra ərazilərdə suyun verilişində müvəqqəti fasilə yaranacaq.Citypost.az xəbər verir ki, fasilə şəhərin Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrini, 6, 11, 58, 59 və 61-ci məhəllələri, Hərbi şəhərcik 2 ərazisini, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərini əhatə edəcək.Suyun oktyabrın 13-də günün birinci yarısında əvvəlki rejimdə verilməsi bərpa olunacaq....

09 Oktyabr 2026, 19:07

Azərbaycanın buz üstündə rəqs cütlüyü beynəlxalq yarışda bürünc medal qazanıb

Azərbaycanıın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyü Qazaxıstandakı beynəlxalq yarışda bürünc medal qazanıb.Citypost.az  Azərbaycan Qış İdman Növləri Federasiyası xəbər verir ki, onlar Almatı şəhərində keçirilən turnirdə fərqləniblər.Təmsilçilərimiz ritm və sərbəst rəqs üzrə çıxışların yekununda 146,34 xal toplayaraq 5 cütlük arasında 3-cü yeri tutublar.Qeyd edək ki, beynəlxalq yarış oktyabrın 7-dən 11-dək keçirilir.

09 Oktyabr 2026, 18:17