Azərbaycanın suverenliyinə hörmət edilməlidir” – deputatlardan ABŞ Konqresinə müraciət
Cəmiyyət 10 Oktyabr 2026, 11:24
369
Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.
Citypost.az müraciətin mətnini təqdim edir:
Hörmətli Senatorlar və Nümayəndələr Palatasının üzvləri!
Biz, Azərbaycan Respublikası Milli Məclisinin və qeyri-hökumət təşkilatlarının üzvləri, Sizə Azərbaycanla bağlı 5 oktyabr 2026-cı il tarixli məktubunuza cavab olaraq müraciət edirik. Biz Amerika Birləşmiş Ştatları Konqresi ilə dialoqa böyük əhəmiyyət verir və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması məqsədini bölüşürük. Bununla belə, hesab edirik ki, məktubunuzda əksini tapan bir sıra müddəalar mühüm tarixi və hüquqi konteksti nəzərə almır və ABŞ-nin diplomatik səyləri nəticəsində əldə edilmiş irəliləyişi çətinləşdirmək riski daşıyır.
Azərbaycan otuz ildən artıq müddətdə münaqişə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin işğalının nəticələri ilə üzləşib. 20 mindən çox azərbaycanlı qətlə yetirilib, bir milyondan artıq insan Ermənistandan və Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərindən didərgin düşüb. İtkin düşmüş 4010 azərbaycanlının taleyi hələ də məlum deyil. 613 mülki şəxsin həlak olduğu Xocalı qətliamı, eləcə də kəndlərin və şəhərlərin, dini məkanların və mədəni irs nümunələrinin dağıdılması milli tariximizin ən ağrılı səhifələrindəndir. Münaqişəyə dair istənilən qiymətləndirmə prosesində bu reallıqlar nəzərə alınmalıdır.
Minalar və partlamamış hərbi sursatlar insanların həyatını təhlükə altında qoymağa, həmçinin bərpa işlərinə və didərgin düşmüş ailələrin təhlükəsiz qayıdışına mane olmağa davam edir. Azərbaycanın qiymətləndirməsinə əsasən, ölkə ərazisinin təqribən 13 faizində 1,5 milyona yaxın mina basdırılıb. 2020-ci ildən bəri mina və digər sursatların partlaması nəticəsində 440-dan çox Azərbaycan vətəndaşı zərər çəkib. Bu baxımdan, Konqresi humanitar minatəmizləmə fəaliyyətinə, habelə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə, o cümlədən mümkün dəfn yerləri və taleyi naməlum qalan şəxslər barədə məlumatların əldə edilməsinin zəruriliyinə davamlı diqqət yetirməyə çağırırıq.
Mövcud çətinliklərə baxmayaraq, Prezident İlham Əliyev sülhün təmin olunmasına, münasibətlərin normallaşdırılmasına və regional iqtisadi inteqrasiyaya yönəlmiş strateji xətt yürüdüb. Azərbaycan sülh sazişinin hazırlanması təşəbbüsünü irəli sürüb və Ermənistan tərəfinə sazişin layihəsini təqdim edib. Biz Prezident Donald Trampın bu prosesin irəlilədilməsində mühüm rolunu qəbul edir və yüksək qiymətləndiririk.
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti mühüm diplomatik mərhələ olub. Prezident Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarasi münasibətlərin qurulmasi haqqında” Sazişin paraflanması praktiki əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı da daxil olmaqla, ticarət əlaqələri qurulub. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) isə regional nəqliyyat və kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi üçün perspektivlər açır. Bütün bunlar, eyni zamanda, ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsi üçün əlverişli zəmin yaradır.
Milli Məclisin və qeyri-hökumət təşkilatlarının üzvləri olaraq, biz bu sülh gündəliyini dəstəkləyir və hesab edirik ki, Konqres əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsində konstruktiv rol oynaya bilər.
Sizin məktubunuzda saxlanılan bəzi şəxslər “siyasi və hərbi liderlər” kimi təqdim olunur. Bu ifadələr reallığı əks etdirmir. Həmin şəxslər Azərbaycanın suveren ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı qurumda yüksək vəzifələr tutublar və müharibə cinayətləri də daxil olmaqla, ağır cinayətlərə görə mühakimə olunublar. Məhkəmə proseslərində təqsirləndirilən şəxslərin müdafiə hüququ təmin edilib, hökm çıxarılmazdan əvvəl isə sübutlar və şahid ifadələri araşdırılıb. Konqresin ədalətli məhkəmə araşdırması prisipinə verdiyi əhəmiyyəti bölüşürük. Eyni zamanda, Azərbaycanın suverenliyinə və məhkəmə institutlarına münasibətdə də digər dövlətlərə göstərilən yanaşmaya uyğun hörmətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq.
Bununla yanaşı, təxminən 241 km² ərazinin guya Azərbaycanın işğalı altında olan Ermənistan ərazisi kimi təqdim edilməsinə etiraz edirik. Azərbaycan Ermənistanın suverenliyini və ərazi bütövlüyünü tanıyır. İki ölkə arasındakı beynəlxalq sərhədin ayrı-ayrı hissələri üzrə dəqiq xəttin müəyyənləşdirilməsi ikitərəfli delimitasiya və demarkasiya prosesinin predmetidir. Hesab edirik ki, bu məsələlər nəticəni əvvəlcədən müəyyənləşdirən birtərəfli qiymətləndimələr əsasında deyil, mövcud mexanizmlər çərçivəsində həll olunmalıdır.
Konqres mədəni irs məsələsində etibarlı və prinsipial yanaşma zamanı əvvəllər işğal altında olmuş ərazilərdə və Ermənistanda Azərbaycan məscidlərinin, qəbiristanlıqlarının, ziyarətgahlarının və tarixi abidələrinin dağıdılmasını və təhqir olunmasını da nəzərə almalıdır. Dini və mədəni irsin qorunması universal prinsipə əsaslanmalı, ayrı-seçkiliyə və seçici yanaşmaya yol verilməməlidir.
Həmçinin oxuyun
Konqresi, həmçinin, “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin tam ləğvini nəzərdən keçirməyə çağırırıq. 907-ci maddə artıq tarixi şəraiti, mövcud geosiyasi reallıqları və Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı vəziyyətini əks etdirmir. Onun tətbiqinin dayandırıldığı hallarda belə, bu maddə ikitərəfli tərəfdaşlığımızın bütün potensialının reallaşdırılmasına maneə olaraq qalır. Maddənin ləğvi regional sülh prosesinə və ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanmasına Konqresin dəstəyini ifadə edən əhəmiyyətli mesaj olardı.
Bu, ABŞ-nin ikipartiyalı siyasi rəhbərliyi üçün bir fürsətdir. Azərbaycanla Ermənistan arasında sülh Vaşinqtonda partiyalararası mübahisə predmetinə çevrilməməlidir. Əksinə, bu, regional sabitliyi, iqtisadi imkanları və ABŞ-nin maraqlarını irəli aparan diplomatik nailiyyət kimi qiymətləndirilməlidir. Məhz ikipartiyalı yanaşma ABŞ administrasiyalarına ölkəmizlə onilliklər ərzində davam edən tərəfdaşlıq qurmağa, ölkənizin əsas siyasət prioritetlərinə, o cümlədən sülhməramlı əməliyyatlara Azərbaycanın dəstəyindən faydalanmağa imkan verib.
Azərbaycan və Ermənistan humanitar, hüquqi, siyasi və praktiki xarakterli həllini gözləyən məsələləri birbaşa ikitərəfli dialoq vasitəsilə həll etməyə sadiq olduqlarını bəyan ediblər. Xarici tərəfdaşlar bu prosesi dəstəkləməklə və hər iki tərəf üçün məqbul həll yollarını təşviq etməklə ən yaxşı şəkildə yardım göstərə bilərlər.
Regionumuz böyük əzab və iztirablardan keçib, lakin indi fərqli gələcək qurmaq üçün real imkan yaranıb. Vaşinqton Sammitindən sonra əldə olunmuş irəliləyişin möhkəmləndirilməsi, Azərbaycan–ABŞ münasibətlərinin gücləndirilməsi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması naminə sizi əməkdaşlığa dəvət edirik.
Hörmətlə,
Azərbaycan Respublikası Milli Məclisinin üzvləri:
Məmmədov Qaya
Yıldırım Fatma
Vəliyev Samir
Rüstəmxanlı Tənzilə
Rəhimzadə Vüqar
Oruc Zahid
Nurullayev Razi
Məsimli Əli
Məmmədov Elman
Məhərrəmov Bəhruz
Musayev Elşən
Mustafa Fazil
Musabəyov Rasim
Musayev Elşad
Mollazadə Asim
Mirzəzadə Aydın
Mirzəbəyli Elçin
Mahmudov Rəşad
Qurbanov Sadiq
Qurbanov Eyvaz
Qurbanlı Mübariz
Qafarov Vasif
Həsənquliyev Qüdrət
Həmzəyev Naqif
Əliyeva Jalə
Əli-Zadə Arzuxan
Cəfərova Tamam
Vəliyeva Mehriban
Xasayeva Səbinə
Hacıyev Sabir
Qeyri-hökumət təşkilatlarının üzvləri:
Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri
Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri
Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Zaur Məmmədov – Bakı Politoloqlar Klubunun sədri
Rey Qasımov – “Azərbaycanda Mina Qurbanlarının Assosiasiyası” İctimai Birliyinin sədri
Hafiz Səfixanov – “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri
Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri
Umud Rəhimoğlu – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
Sevinc Əlizadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib
Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncama əsasən, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:ağır cinayətlər məhkəmələri üzrə:Bakı Ağır Cinayətlər MəhkəməsiMuradov Pərviz Namiq oğluGəncə Ağır Cinayətlər MəhkəməsiBəşirov Cəmil İsmayıl oğluLənkəran Ağır Cinayətlər MəhkəməsiMəmmədova Esmira Qərib qızıSumqayıt Ağır Cinayətlər Məhkəməsiİsmayılov Samir Bəyistan oğluQuliyev Tariyel Şirindil oğluŞəki Ağır Cinayətlər MəhkəməsiƏfəndizadə Tural Qurbanəli oğluinzibati məhkəmələr üzrə:Naxçıvan Muxtar Respublikasının İnzibati MəhkəməsiƏliyev Tural Yusif oğluSumqayıt İnzibati MəhkəməsiHəbibova Könül Əbülfəz qızıŞirəliyeva Vəfa Zavrulla qızıŞirvan İnzibati MəhkəməsiQurbanova Pərvanə Tahir qızıkommersiya məhkəmələri üzrə:Naxçıvan Muxtar Respublikasının Kommersiya MəhkəməsiMusayev Kamran İbrahim oğluGəncə Kommersiya MəhkəməsiQələndərzadə Ramiq Ramis oğluSumqayıt Kommersiya...
10 Oktyabr 2026, 10:53
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
Dünyaca məşhur "Most Traveled People" klubunu təmsil edən beynəlxalq səyyahlar qrupu Azərbaycanın Zəngilan rayonuna səfər edib."Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, səyyahlar Zəngəzur dəhlizinin ərazisində olublar.Səfər zamanı nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin etmək məqsədi daşıyan və Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihəsi barədə məlumat verilib.Qeyd edək ki, bu gün "Most Traveled People" klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür.Nümayəndə heyətinin tərkibinə ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər də daxil olmaqla, 13 ölkədən 40-a yaxın şəxs var.Bu, 2021-2026-cı illər ərzində aparıcı...
10 Oktyabr 2026, 10:04
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub.Citypost.az xəbər verir ki, Elvin Əlizadə qurumun Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Qeyd edək ki, E.Əlizadə üçüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.(Oxu)
10 Oktyabr 2026, 08:33
İlk Azərbaycan operettasının müəllifi – O, niyə kölgədə qalmışdı?
Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqar kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəyovun incəsənətdə formalaşmasında çox böyük rolu olub.Atası Əbdülhüseyn Hacıbəyovun 1901-ci ildə qəfil ölümündən sonra ailənin maddi cəhətdən bütün qayğıları böyük oğulun – Zülfüqarın öhdəsinə düşüb. 1900-1902-ci illərdə o, şəhər Duması və Qəza idarəsində kargüzar, 1902-1906-cı illərdə isə şəhər əkinçilik və töycü işləri idarəsinin müvəkkili yanında tərcüməçi işləyib.Zülfüqar Hacıbəyov Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi bir çox tanınmış sənətkarların yaradıcılığına təsir göstərib. Onun qardaşı Üzeyir Hacıbəyov daha çox opera və muğam – opera janrında əsərləri ilə məşhur olsa da,...
09 Oktyabr 2026, 22:01
Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi
Norveç Nobel Komitəsi 2026-cı il üçün Nobel Sülh Mükafatını "sülhün və beynəlxalq hüququn təşviqindəki səylərinə görə" Cənubi Afrikadan olan hüquq müfadiəçisi Navanethem Navi Pillaya verildiyini bəyan edib. Komitə bildirib ki, Navi Pillay universal hüquq prinsiplərinə sadiqliyi və möhkəm mənəvi əqidəsi ilə uzunillik karyeraya malikdir. O, hökumət adamlarını və milli liderləri məsuliyyətə cəlb edib, zorakılıq və münaqişə qurbanlarına ümid verib. O, tutduğu bütün vəzifələrdə fərdlərin və dövlətlərin qanunun aliliyinə riayət etmək məsuliyyətini vurğulayıb.85 yaşlı N.Pillay Cənubi Afrikanın Durban şəhərində, hindəsilli ailədə anadan olub, uşaqlıq və gənclik illəri ölkədə aparteid rejiminin hökm sürdüyü dövrə təsadüf edib. Bu rejim əhalini irqi mənsubiyyətinə görə ayırır,...
09 Oktyabr 2026, 21:37
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib.Citypost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri (08-09.10.2026) https://t.co/K557q3jRrI— İlham Əliyev (@azpresident) October 9, 2026
09 Oktyabr 2026, 21:28