Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
Cəmiyyət 10 Oktyabr 2026, 10:04
374
Dünyaca məşhur "Most Traveled People" klubunu təmsil edən beynəlxalq səyyahlar qrupu Azərbaycanın Zəngilan rayonuna səfər edib.
"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, səyyahlar Zəngəzur dəhlizinin ərazisində olublar.
Səfər zamanı nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin etmək məqsədi daşıyan və Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihəsi barədə məlumat verilib.
Qeyd edək ki, bu gün "Most Traveled People" klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür.
Həmçinin oxuyun
Nümayəndə heyətinin tərkibinə ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər də daxil olmaqla, 13 ölkədən 40-a yaxın şəxs var.
Bu, 2021-2026-cı illər ərzində aparıcı beynəlxalq səyyahlar klublarının Qarabağa və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.
Bu cür səfərlər xarici səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmaq imkanı verir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub.Citypost.az xəbər verir ki, Elvin Əlizadə qurumun Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Qeyd edək ki, E.Əlizadə üçüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.(Oxu)
10 Oktyabr 2026, 08:33
İlk Azərbaycan operettasının müəllifi – O, niyə kölgədə qalmışdı?
Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqar kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəyovun incəsənətdə formalaşmasında çox böyük rolu olub.Atası Əbdülhüseyn Hacıbəyovun 1901-ci ildə qəfil ölümündən sonra ailənin maddi cəhətdən bütün qayğıları böyük oğulun – Zülfüqarın öhdəsinə düşüb. 1900-1902-ci illərdə o, şəhər Duması və Qəza idarəsində kargüzar, 1902-1906-cı illərdə isə şəhər əkinçilik və töycü işləri idarəsinin müvəkkili yanında tərcüməçi işləyib.Zülfüqar Hacıbəyov Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi bir çox tanınmış sənətkarların yaradıcılığına təsir göstərib. Onun qardaşı Üzeyir Hacıbəyov daha çox opera və muğam – opera janrında əsərləri ilə məşhur olsa da,...
09 Oktyabr 2026, 22:01
Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi
Norveç Nobel Komitəsi 2026-cı il üçün Nobel Sülh Mükafatını "sülhün və beynəlxalq hüququn təşviqindəki səylərinə görə" Cənubi Afrikadan olan hüquq müfadiəçisi Navanethem Navi Pillaya verildiyini bəyan edib. Komitə bildirib ki, Navi Pillay universal hüquq prinsiplərinə sadiqliyi və möhkəm mənəvi əqidəsi ilə uzunillik karyeraya malikdir. O, hökumət adamlarını və milli liderləri məsuliyyətə cəlb edib, zorakılıq və münaqişə qurbanlarına ümid verib. O, tutduğu bütün vəzifələrdə fərdlərin və dövlətlərin qanunun aliliyinə riayət etmək məsuliyyətini vurğulayıb.85 yaşlı N.Pillay Cənubi Afrikanın Durban şəhərində, hindəsilli ailədə anadan olub, uşaqlıq və gənclik illəri ölkədə aparteid rejiminin hökm sürdüyü dövrə təsadüf edib. Bu rejim əhalini irqi mənsubiyyətinə görə ayırır,...
09 Oktyabr 2026, 21:37
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib.Citypost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri (08-09.10.2026) https://t.co/K557q3jRrI— İlham Əliyev (@azpresident) October 9, 2026
09 Oktyabr 2026, 21:28
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb.Citypost.az bu barədə AZAL-a istinadən xəbər verir.Məlumata görə, AZAL-ın oktyabrın 9-na planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı–Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər yaranıb.Belə ki, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib. Hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb. Həmçinin səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı–Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.Mövcud məhdudiyyətlər təyyarələrin vaxtında təyinat hava limanlarına çatmasına və növbəti uçuşların icrasına da təsir göstərib. Bu...
09 Oktyabr 2026, 20:20
Sumqayıt 11 uşaq allergiya oldu, araşdırma aparılır
TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası hadisəsi ilə bağlı araşdırma aparır.Citypost.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.Bildirilib ki, istifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb."Uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-nün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.Qeyd edək ki, həmin uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbi ilə xəstəxanada müalicə alıblar....
09 Oktyabr 2026, 19:32