Bizə yazın

Baku

-°C

USD

-

Sumqayıtda növbəti səyyar qəbul keçirilib 

Cəmiyyət 09 Oktyabr 2026, 16:50

321

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib.

İcra Hakimiyyətindən Citypost.az verilən məlumata görə, şəhərin 1-ci məhəlləsində təşkil olunan görüşdə İH-nin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Bildirilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin qayğı və problemlərinin yerində öyrənilməsi, qaldırılan məsələlərin operativ həlli şəhər rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq keçirilən səyyar qəbullar sakinlərlə birbaşa ünsiyyətin qurulmasına, onların müraciətlərinə çevik və səmərəli baxılmasına xidmət edir.

Görüşdə sakinlər tərəfindən sosial müdafiə, məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin artırılması, yolların təmiri, ərazilərin abadlaşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin isə qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının, mövcud problemlərin vaxtında araşdırılmasının və həlli istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Şəhər rəhbəri verilən tapşırıqların icrasının nəzarətdə saxlanılmasını və müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasını aidiyyəti məsul şəxslərə tapşırıb.

Səyyar qəbulda iştirak edən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq, yenidənqurma və infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər. Onlar vətəndaşların müraciətlərinin dinlənilməsinə, problemlərinin həllinə göstərilən diqqətə və yaradılan birbaşa ünsiyyət imkanına görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb.Bu barədə Citypost.az xəbər verib.

09 Oktyabr 2026, 16:47

"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid  

"Hicab qadağa yoxdu axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarının belə mütəşəkkil hay-küylə qarşılanması şübhələr yaradır. Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür". CityPost.az   xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. O qeyd edib ki, dünyavi dövlət tərəfdarları ortaya mövqe qoymalıdır: "Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür. Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan! Bu, birmənalıdır! Bizim maarifpərvər ziyalılarımız cəhalətə və xurafata qarşı buna görəmi mübarizə aparmışdılar? Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?...

09 Oktyabr 2026, 16:23

"Falcom" MMC-də fəhləninin ölümünün açılmasına KİM MANE OLUR? -ŞOK VİDEO

2024-cü  ilin avqust ayının 15-i səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində "Falcom" MMC-də qeydə alınan faciəvi ölüm işi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Mərhum Elgün Əhmədovun qardaşı Elmir Əhmədov istintaqın birtərəfli aparıldığını, kobud qanun pozuntularına göz yumulduğunu və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edərək  CityPost.az-a açıqlama verib.Belə ki, Laçın rayonunun Qarakeçdi kənd sakini, jurnalistika fakültəsini bitirmiş və kompüter bilikləri olan Elgün Əhmədov şirkətə rəsmi olaraq fəhlə kimi götürülüb. Lakin onu işə aparan şəxs idarəetmə ilə danışarkən bildirib ki, qeydiyyat fəhlə kimi olacaq, ancaq o, operator işini öyrənəcək və bir aydan sonra operator işləyəcək.Hadisə günü Elgünü betonqarışdıran qurğunun ("meşalka") içərisini...

09 Oktyabr 2026, 15:15

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.Citypost.az xəbər verir ki, oktyabrın 13-ü keçiriləcək iclasın gündəliyinə 13 məsələ daxil edilib.1. “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.2. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.3. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.4. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası...

09 Oktyabr 2026, 15:05

Azərbaycanlılar da Kiyevi tərk edirlər

Kiyev meri Vitali Kliçko şəhər sakinlərini müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə köçməyi nəzərdən keçirməyə çağırıb. Bu çağırışdan sonra paytaxtda yaşayan azərbaycanlıların da vəziyyəti diqqət mərkəzinə gəlib. Rusiya ordusunun raket və dron hücumlarının intensivləşməsi mülki əhali üçün təhlükəni artırıb. Citypoat.az xəbər verir ki, Modern.az Kiyevdə yaşayan azərbaycanlılarla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı ilə əlaqə saxlayıb.Saytımıza açıqlamasında o, bildirib ki, son bir aydan artıq müddətdə Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərləri Rusiyanın intensiv raket və dron hücumlarına məruz qalır.Q.Osmanlının sözlərinə görə, hücumlar nəticəsində mülki şəxslər həlak olur, yaşayış binaları dağıdılır, infrastruktura ciddi ziyan dəyir:“Vəziyyət, təbii ki, ağırdır. Amma...

09 Oktyabr 2026, 14:25

İlham Əliyev Xəzəryanı ölkələrin ortaq məsuliyyətini açıqladı

Xəzərin unikal ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ümumi vəzifəsidir.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.Ötən illər ərzində Xəzəryanı ölkələrin geniş müqavilə-hüquqi bazası formalaşdırdığını vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır.Prezident İlham Əliyev həmçinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini qeyd edərək onun beş Xəzəryanı dövlətin çoxillik birgə işinin nəticəsi olduğunu söyləyib....

09 Oktyabr 2026, 13:52