Bizə yazın

Baku

-°C

USD

-

Rəsulzadənin dəli adlandırılan nəvəsi Firuzə xanım kimdir? 

Cəmiyyət 10 Oktyabr 2026, 12:00

371

"Azərbaycan dilində kəlmə kəsməyə adam tapmadığımdan, gecələr yorğanı başına çəkib öz-özümə danışırdım. Axı mən əvvəl-axır vətənə qayıdacaqdım. Səhərsə uşaqlar mənə dəli deyib göstərirdilər. Onda yanıb-yaxılırdım, axı dəli deyildim, mən dilimi yaddan çıxarmaq istəmirdim".

M.Ə.Rəsulzadənin dəli adlandırılan nəvəsi Firuzə xanım sürgün düşərgələrində, uşaq evlərində iki şeyi itirməməyə belə çalışırdı: - Anasından qalan şəkilləri və ana dilini...

M.Ə.Rəsulzadənin dəli adlandırılan nəvəsi Firuzə xanım... Sürgündə anası və bacısı onun gözləri önündə acından və soyuqdan donaraq vəfat edir. Firuzə xanım təkbaşına uşaq evinə düşüb və orada sümükləri gəmirərək sağ qalmağa çalışıb...

Məmməd Əmin Rəsulzadənin böyük qızı Lətifə 1930-cu ildə Daməd Müslümzadə ilə ailə qurmuşdu. Bu izdivacdan üç qız övladı dünyaya gəlmişdi. Lətifə xanımın ailəsindən yalnız böyük qızı Firuzə sağ qalır ki, ona da yalnız uzun illərdən sonra vətənə dönmək nəsib olur. 

Tarixçi alim Nəcibə Xanım Bağırzadənin araşdırmalarına görə "Müsavat" Partiyası Gənclər Təşkilatının üzvü və M.Ə.Rəsulzadə ilə sıx əlaqələri olduğu üçün 1941-ci ilin iyulynda həbs edilən Damad Müslümzadənin həyat yoldaşı,  M.Ə.Rəsulzadənin böyük qızı Lətifə xanımı həmin ilin payızında 4 oktyabr günü iki azyaşlı qızıyla sürgünə göndərilmişdilər. Kiçik qızı Sona xəstə olduğu üçün Bakıda Uşaq evlərindən birinə verildi və onun sonrakı həyatı haqqında heç bir məlumat tapılmadı. Lətifə xanım qızıl mədənlərində ağır işlərə məcbur edildiyindən xəstəlik tapdı, 1943-cü ildə 8 yaşlı qızı İşvə ilə birlikdə aclıqdan və soyuqdan donub öldü. İllər sonra ailədən sağ qalan yeganə övlad Füruzə xanıma ailəsinin günahsız olduğu haqqında bəraət kağızı verdilər.

...Çox dəhşət vericidir. Bir məzlum körpənin bu cür düşüncəsi onun ideya ilə necə yoğrulduğunu göstərir. Rəsulzadə ailəsinin bu çətin günləri görmüş və sağ qalmış simalarından olan Firuzə xanım 2009-cu il yanvarın 26-da vəfat etmiş və Lökbatan qəbiristanlığında dəfn olunub.

Firuzə xanımın xatirələrindən: "Maşın gəldi. Axı o vaxt maşın az idi. Sevinirdik ki, maşına minəcəyik. Anlamırdım. Nə biləydim ki, hara aparırlar”

Həmin vaxt Sona sanatoriyada müalicə alırdı və onu götürməyə icazə verilmədi. Firuzə xanım nə qədər cəhd etsə də, bacısı tapılmadı və onun taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Lətifə xanım Firuzə və Əşvə ilə Qazaxıstana, ən təhlükəli "xalq düşmənləri”nin qohumları üçün düşərgəyə sürgün olunurlar. Bu yol düz bir ay davam edəcək… 

Onlar daxmada məskunlaşırlar: dəhşət şaxta, nə yatmaq üçün yer, nə də ətrafda isinmək üçün bir odun var. Anası mədəndə işləyir, on yaşındakı Firuzə isə günün sonunda bir quruş çörək alıb, acından ölməmək üçün, su daşıyır və yerlilərə ev işlərində kömək edir. 

Bir səhər anası və bacısı arasında yatan qız donmuş və aclıqdan əzəb cəkmiş iki nəfəssiz cəsəd arasında oyanır. Üç gün kimsəsiz cəsədləri basdırmağa çalışır. 

Onu evə kim götürər ki?

Mən inəyinin altını yığışdıraram, heç olmasa gecə qalım ki, canım isti olsun, ölməyim!

Küçələri dolaşıb, imdad diləyir, yalnız bir qoca onu tövləyə buraxır. Firuzə kimsəsiz sürgün uşaqlar üçün uşaq evinə aparılır. 

Bəzən gecələr aşpaz qadın qaynamış sümükləri gizlincə verirdi, hamı növbə ilə yalayırdı, sondakılara demək olar ki, heç nə qalmırdı...

Sonra qarın tif epidemiyası başlayır, hər gün bir neçə uşaq ölür, ancaq şaxtadan dolayı cəsədləri yaza qədər saxlayırlar. Firuzə də xəstələnir. Onu ölü sayıb, cəsədlər olan otağa atırlar. Amma o gözlərini açacaq...O, iki ilini kimsəsizlər evində keçirir, artıq 15 yaşı var. Əmisinin ünvanını xatırlayaraq, ona yazır. Azər Rəsulzadə Firuzənin altı yaşı olanda sürgün olunmuşdu, Firuzə özü beş il sürgündə yaşayıb, aclıq və əziyyət onu dəyişdirib. Buna görə də Firuzəni tanıya bilmir.

18 yaşında sənədsiz və pulsuz o, Bakıya qayıdır.

Həmişə qorxu içərisində yaşayırdım. Qapı döyüləndə qaçıb gizlənirdim. Elə indi də qorxuram. Qapı döyüləndə elə bilirəm ki…

Firuzə xanım qohumları ilə yaşayır və 21 yaşında bir mədənçi ilə evlənir. Yalnız ona "xalq düşməni”nin qızı və nəvəsi olduğunu etiraf edir. 1963-cü ildən sonra bütün yaxınlarının hüquqları bərpa olunsa belə, Məmməd Əmin Rəsulzadə ilə qohumluqdan danışmaqdan qorxurdu.

sözardı: Qeyd edim ki, Qafqazda yalnız bizim milli hökumətimizin üzvləri və qohumları amansız işgənçələrə məruz qaldılar. Gürcülərin rəhbəri Y.Qeqoçorinin qızı Q.Nina L.Beriyanın xanımı idi. Kremldə yaşayıb, hətda alimlik dərəcəsi də aldı. Ermənilər də özlərinkiləri qorudular.

Baba Allahnəzərli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lənkərana dolu düşüb, ağaclar aşıb 

Lənkəran rayonunda bu səhər dolu düşüb, güclü yağış yağıb.Citypost.az  xəbər verir ki, saat 9 radələrində Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərinə, həmçinin Liman şəhərinə dolu düşüb.Dolu təxminən 4–5 dəqiqə davam edib. Ardınca güclü yağış yağıb, bəzi yerlərdə ağaclar aşıb.

10 Oktyabr 2026, 12:01

TƏHSİLİMİZƏ SAHİB ÇIXSAQ, HİCAB DAVASI DA OLMAYACAQ...  

TƏHSİLİMİZƏ SAHİB ÇIXSAQ, HİCAB DAVASI DA OLMAYACAQ...“Qəm pəncərəsi” filminə baxanda hər zaman ağlayıram...Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestinin motivləri əsasında çəkilən bu film xalqımızın  və müsəlman şərqinin uzun illər yoluxduğu cahillik mərəzinin tablosudur.Hər dəfə o filmə baxanda fikirləşirəm ki, burada cərəyan edən hadisələrin əksəriyyəti onu deməyə əsas verir ki,  bir çox hallarda dəyişən paltarlarımız, arabalarımız və evlərimizdir...İnsanın nə ailə heysiyyatına, nə dininə, nə də inancına toxunmaq olmaz. Bunun içərisində bir şərt də əsasdır ki, dini və inancı insan özünü anlayanda, kim olduğunu başa düşəndə seçməlidir.  İnsan öz cəmiyyətində kiməsə alət olmağı özünə şərəf bilməməlidir.Azərbaycanda insanların dini seçiminə hər zaman hörmətlə...

10 Oktyabr 2026, 11:57

Azərbaycanın suverenliyinə hörmət edilməlidir” – deputatlardan ABŞ Konqresinə müraciət

Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.Citypost.az müraciətin mətnini təqdim edir:Hörmətli Senatorlar və Nümayəndələr Palatasının üzvləri!Biz, Azərbaycan Respublikası Milli Məclisinin və qeyri-hökumət təşkilatlarının üzvləri, Sizə Azərbaycanla bağlı 5 oktyabr 2026-cı il tarixli məktubunuza cavab olaraq müraciət edirik. Biz Amerika Birləşmiş Ştatları Konqresi ilə dialoqa böyük əhəmiyyət verir və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması məqsədini bölüşürük. Bununla belə, hesab edirik ki, məktubunuzda əksini tapan bir sıra müddəalar mühüm tarixi və hüquqi konteksti nəzərə almır və ABŞ-nin diplomatik səyləri nəticəsində əldə edilmiş irəliləyişi çətinləşdirmək riski daşıyır.Azərbaycan otuz...

10 Oktyabr 2026, 11:24

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az  xəbər verir ki, Sərəncama əsasən, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:ağır cinayətlər məhkəmələri üzrə:Bakı Ağır Cinayətlər MəhkəməsiMuradov Pərviz Namiq oğluGəncə Ağır Cinayətlər MəhkəməsiBəşirov Cəmil İsmayıl oğluLənkəran Ağır Cinayətlər MəhkəməsiMəmmədova Esmira Qərib qızıSumqayıt Ağır Cinayətlər Məhkəməsiİsmayılov Samir Bəyistan oğluQuliyev Tariyel Şirindil oğluŞəki Ağır Cinayətlər MəhkəməsiƏfəndizadə Tural Qurbanəli oğluinzibati məhkəmələr üzrə:Naxçıvan Muxtar Respublikasının İnzibati MəhkəməsiƏliyev Tural Yusif oğluSumqayıt İnzibati MəhkəməsiHəbibova Könül Əbülfəz qızıŞirəliyeva Vəfa Zavrulla qızıŞirvan İnzibati MəhkəməsiQurbanova Pərvanə Tahir qızıkommersiya məhkəmələri üzrə:Naxçıvan Muxtar Respublikasının Kommersiya MəhkəməsiMusayev Kamran İbrahim oğluGəncə Kommersiya MəhkəməsiQələndərzadə Ramiq Ramis oğluSumqayıt Kommersiya...

10 Oktyabr 2026, 10:53

Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər

Dünyaca məşhur "Most Traveled People" klubunu təmsil edən beynəlxalq səyyahlar qrupu Azərbaycanın Zəngilan rayonuna səfər edib."Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, səyyahlar Zəngəzur dəhlizinin ərazisində olublar.Səfər zamanı nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin etmək məqsədi daşıyan və Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihəsi barədə məlumat verilib.Qeyd edək ki, bu gün "Most Traveled People" klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür.Nümayəndə heyətinin tərkibinə ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər də daxil olmaqla, 13 ölkədən 40-a yaxın şəxs var.Bu, 2021-2026-cı illər ərzində aparıcı...

10 Oktyabr 2026, 10:04

Elvin Əlizadəyə yüksək vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub.Citypost.az  xəbər verir ki, Elvin Əlizadə qurumun Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Qeyd edək ki, E.Əlizadə üçüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.(Oxu)

10 Oktyabr 2026, 08:33