Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
Cəmiyyət 25 Aprel 2025, 17:41
9375
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək.
CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etməlidir.
Sərəncamda deyilir ki, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı: "Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.
“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.
Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.
Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.
Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.
Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
Bu il oktyabrın 15-də Azərbaycan Jurnalistlərinin IX Qurultayı keçiriləcək.Bu barədə Citypost.az-a Mətbuat Şurasından məlumat verilib.Bildirilib ki, iştirakçı sayını optimallaşdırmaq üçün qurultayda gündəlik qəzetlərdən, informasiya agentliklərindən 2, həftəlik qəzetlərdən, jurnallardan, xəbər saytlarında və jurnalist təşkilatlarından 1 nümayəndənin iştirakı məqbul sayılıb. Təklif səsə qoyularaq qəbul olunub.TK-nın qarşıdakı iş planı ətrafında müzakirə aparılarkən bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar həm qurultayda iştirak edəcək nümayəndələrinin adlarını, həm də qurumun İdarə Heyətinə namizədlərinin siyahısını oktyabrın 12-dək TK-ya təqdim etməlidirlər. Bunun üçün MŞ-nin "presscouncil.az" rəsmi internet səhifəsində ayrıca "Azərbaycan Jurnalistlərinin IX Qurultayı" bölməsi yaradılacaq."Azərbaycan Jurnalistlərinin IX Qurultayı" bölməsində ilkin olaraq iki anket yerləşdiriləcək. Birinci anketə üzv...
26 Sentyabr 2026, 15:42
Əli Əsədov Suriya iqtisadiyyat və sənaye naziri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti vurğulanıb.Azərbaycan ilə Suriya arasında münasibətlərin son dövrdə müsbət dinamika ilə inkişaf etdiyi vurğulanıb.Azərbaycan Prezidenti İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilmiş görüşlərin və davamlı təmasların ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsinə, eləcə də əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə əlverişli zəmin yaratdığı qeyd olunub.Azərbaycan təbii qazının Suriyaya tədarükü iki ölkə arasında iqtisadi əməkdaşlığın praktik nəticələr verən mühüm nümunəsi kimi dəyərləndirilib.Humanitar sahədə həyata keçirilən...
26 Sentyabr 2026, 14:00
Sabah 33 dərəcə isti olacaq
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.Citypost.az-a verilən məlumata görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Əsasən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq....
26 Sentyabr 2026, 13:16
Hicabın bir üzü parçadır, bir üzü niyyət! -Orxan Saffari
Azərbaycanda istər təhsil sahəsində, istərsə də elə ümumən hicabı qadağan etməkdən, bunu istəməkdən absurd, zərərli heç nə yoxdur. Ümumiyyətlə, mahiyyət etibarilə hicaba təkcə dini bir davranış kimi baxmaq olmaz. Konkret desək, hicab təkcə baş örtüyü yox, qadının qəlbində ən ülvi hisslərin qoruyucusudur. Başqa sözlə, hicab təkcə geyim deyil, hicab bir haldır, niyyətdir, həddir və həya dilidir.Ümumiyyətlə, qadın üçün həya baxışda başlayır, sözdə davam edir, davranışda tamamlanır. Möminə bir xanım üçün isə həya həm də hicabdır, hicablı baxışlar, sözlər, davranışlardır. Obrazlı və poetik yanaşsaq, məsələn, hicab təkcə küləyin saçlara toxunmasına qoyulan sərhəd də deyil. O, həm də qadın ruhuna toxunan hər baxış qarşısında çəkdiyi incə bir...
26 Sentyabr 2026, 12:42
Sivilizasiyaya pəncərədən baxan zahid - Fəxri Uğurlu
Məbəddən emalatxanayaUilyam Folknerin “Ayı” povesti haqqındaFəxri UğurluPovestdə meşə, təbiət həyatın baş qəhrəmanı kimi təqdim olunur. İnsanlara elə gəlir meşə onların mülküdür, onu istədikləri kimi alıb-sata bilərlər, ancaq əslində insan təbiətin yox, təbiət insanın yiyəsidir. Meşə anasına güllə atan hər kəsi analıqdan məhrum eləyir. Ovçu gərək, Vaqif Səmədoğlu demiş, ayının gözüylə də özünə baxmağı bacarsın. Şübhəsiz, meşə ayıdan baxanda özünü daha yaxşı görür, quşların səsi, qarışqaların səssizliyi ana təbiəti insan ağlından daha dəqiq, daha sərrast ifadə eləyir. Ovçu meşənin insan üzünə çoxdan bağlanmış harmoniyasına yol tapmağa çalışır, ancaq təbiətə tuşladığı hər güllə onu qoynuna dalmaq istədiyi panteistik cənnətdən, özünü təbiətdə əritmək...
26 Sentyabr 2026, 12:29
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub.
26 Sentyabr 2026, 11:30