Bizə yazın

Baku

-°C

USD

-

120 nəfərlik toy müzakirələri başladı - DEPUTATIN MÖVQEYİ 

Cəmiyyət 25 Sentyabr 2026, 15:55

634

Toy mərasimlərinin keçirilməsi ilə bağlı 120 nəfərlik limit tətbiq olunacağı barədə məlumat yayılıb. Bu məlumat xüsusilə toy hazırlığında olan və şadlıq saraylarında məclis keçirməyi planlaşdıran şəxslər arasında müəyyən suallar yaradıb. Artıq sosial şəbəkələrdə də müzakirə olunur. Sözügedən məhdudiyyətin hansı əsasla tətbiq ediləcəyi, bunun bütün şadlıq saraylarına aid olub-olmadığı və artıq planlaşdırılmış toy mərasimlərinə təsir edib-etməyəcəyi də maraq doğurur.

Cebheinfo.az bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb. “Altun Saray”dan bildirilib ki, 120 nəfərlik limitin tətbiq olunacağı ilə bağlı məlumatlar yayılıb: “Lakin hazırda şadlıq sarayında belə bir limit tətbiq edilmir”. “Xan Saray”dan bildirilib ki, hazırda belə bir məhdudiyyət yoxdur və toy mərasimləri əvvəlki qaydada, istənilən sayda qonaqla keçirilir. “Absheron Palace”dan da bildirilib ki, hazırda toy mərasimlərində 120 nəfərlik limit tətbiq olunmur.

Maraqlıdır, şadlıq saraylarında toy mərasimləri üçün belə bir məhdudiyyətə ehtiyac varmı? Bu, toy sahibləri üçün qənaət sayıla bilərmi? Çünki 300-400 nəfərlik toy daha böyük məsrəfdir.

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Musavat.com-a danışıb. Deputat deyib ki,  Azərbaycanda toyda adam sayı məsələsi ilə bağlı problem yoxdur: "Bizdə toyda ümumiyyətlə israfçılıq problemi var. Bu israfçılıqdan müəyyən dərəcədə pul qazanmaq ənənəsi də var. Bu da müəyyən dərəcədə ayrı-ayrı şəxslərin marağına xidmət etdiyinə görə, bunun indiyə qədər dəyişdirilməsi mümkün olmur. Halbuki bu qaydalar dəyişməlidir. Yəni toyda ümumiyyətlə yeməyin miqdarı, adam sayından daha çox, məhdudlaşdırılmalıdır. Toyda vaxt məsələsi nəzərə alınmalıdır. Bütövlükdə toyda qiymətlər məsələsində də müəyyən hədlər olmalıdır. Bizdə mənzil qiymətlərində süni şəkildə bahalaşma necə olur, real qiymətə uyğun olmur və vətəndaşın müəyyən dərəcədə sıxıntısına səbəb olur, toylarda da qiymətlərin müəyyənləşdirilməsi hər hansı bazar qiymətini, yaxud real vəziyyəti əks etdirmir. Bu da vətəndaşa böyük problemlər yaradır".

Müsahibimizin  sözlərinə görə, vaxtilə çox sayda şadlıq evinin tikilməsi də toy mərasimləri ilə bağlı formalaşmış vəziyyətə təsir edib:

"İndi isə biz daha sadə formada bu tədbirlərin keçirilməsinə üstünlük verməliyik. Çünki bu, böyük bir məsrəfdir, eyni zamanda sağlamlıqla bağlı problemdir. Səs terroru, yemək terroru toylarda artıq böyük bir zərbə vurub. Yəni bunu heç kim, hər kəs, mən də şikayətçi olsam, mən də bundan qaça bilmirəm, başqası da qaça bilmir. Çünki ümumi standartları pozmağa gücümüz yetərli deyil".

Fazil Mustafa hesab edir ki, toy mərasimləri ilə bağlı formalaşmış qaydaların müəyyən dərəcədə dövlət səviyyəsində tənzimlənməsinə ehtiyac var:"Bunu, məncə, müəyyən dərəcədə dövlət səviyyəsində tənzimləmək vacibdir ki, insanları əziyyətdən, zülmdən qurtarasan. Toy bir zülmdür və bu zülmü də müəyyən dərəcədə dayandırmaq vacibdir. Çünki bu, ailə xoşbəxtliyinə gətirən bir istiqamət deyil.Yəni daha çox, əgər hər hansı bir vəsait varsa, yığılırsa, bunu bilavasitə insanların, yeni qurulan ailənin maddi bazasını möhkəmləndirməsinə yönəltmək lazımdır. Onda boşanmaların da müəyyən dərəcədə faiz səviyyəsi aşağı düşə bilər.

Yəni bu biznesə baxış dəyişməlidir. Əks halda, bunun sıxıntıları bundan sonra daha artıq olacaq. Biz yenə də fərqli çətinlikləri yaşamalı olacağıq. Çünki özümüz öz həyatımızı çətinləşdirməyə davam edəcəyik. Bu, həm yaslara, həm də toylara aiddir".

Azərbaycanda toylar niyə bu qədər bahalıdır?

Deputat insanların toy mərasimlərinə yanaşmasını dəyişməli olduğunu da vurğulayıb: "İnsanlar oturub düşünməlidirlər ki, necə edək, sadələşdirək? Necə edək ki, əsas hədəf toyda kiminsə öz paltarını göstərməsi, yaxud da öz rəqsini göstərməsi yox, ailənin xoşbəxtliyi olsun? Yeni qurulan ailənin təməllərinin sağlam qurulmasına necə kömək göstərək? Yəni bunları etmək vacibdir. Fikrimcə, say məsələsi burada həlledici rol oynamır. Məsələn, 50 nəfərlik toya da 100-200 min manatlıq müğənni çağırarsan, xüsusilə də xarici ölkədən, yaxud başqa yerlərdən. Elə o da bahaya gəlib çıxa bilər”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Formula 1-in sıralama turu başladı 

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turuna start verilib.Citypost.az xəbər verir ki, yarışda hər birində 2 pilot olmaqla 11 komanda mübarizə aparır. Sessiya 1 saat davam edəcək.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.

25 Sentyabr 2026, 16:30

XİN-dən Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanat 

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd edilib.Bildirilib ki, Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər adlarla təqdim edilməsi qəbuledilməzdir:"Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir. Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən...

25 Sentyabr 2026, 16:28

Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib 

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobxidzeni doğum günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.Baş nazir təbrik məktubunda bildirb ki, Azərbaycan və Gürcüstanı əsrlər boyu mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan möhkəm münasibətlər birləşdirir:"Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur. Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişdir. Fəal siyasi dialoqumuz iqtisadi-ticari, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı zəmin yaradıb".Əli Əsədov iki ölkənin və xalqlarının firavanlığı, regionunun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-Gürcüstan ənənəvi dostluğu...

25 Sentyabr 2026, 16:20

Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları “brutto müqavilə” sisteminə qoşulub 

Sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun təşkili və sərnişin məmnunluğunun artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində artıq Xankəndi və Naxçıvan şəhərlərində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətləri “brutto müqavilə” modelinə keçirilib. Növbəti mərhələdə Gəncə şəhərindəki müntəzəm marşrut xətləri bu sistemə inteqrasiya olunacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Yeni “brutto müqavilə” modelinə əsasən, bu daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az olduğu saatlarda,...

25 Sentyabr 2026, 16:14

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 11-ci mikrorayonunda sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.Sumqayıt Şəhər İcra Hakimiyyətindən Citypost.az-a verilən məlumata görə, görüşdə İH-nin məsul əməkdaşları, şəhərin kommunal və təsərrüfat xidmətlərinin, eləcə də digər aidiyyəti qurumların rəhbər və nümayəndələri iştirak ediblər.Qəbul zamanı sakinlər tərəfindən sosial müdafiənin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər sosial və kommunal məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin əhəmiyyətli bir hissəsi yerindəcə həllini tapıb.Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinlərin müraciət və təkliflərini diqqətlə dinləyib, qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələbləri və mövcud imkanlar çərçivəsində araşdırılması ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib....

25 Sentyabr 2026, 16:07

Ovni Muradov Naxçıvanın təhsil naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bu gün Qərar qəbul edilib.Qərara əsasən, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi....

25 Sentyabr 2026, 15:55