Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib
Cəmiyyət 25 Sentyabr 2026, 16:07
407
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 11-ci mikrorayonunda sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Citypost.az-a verilən məlumata görə, görüşdə İH-nin məsul əməkdaşları, şəhərin kommunal və təsərrüfat xidmətlərinin, eləcə də digər aidiyyəti qurumların rəhbər və nümayəndələri iştirak ediblər.
Qəbul zamanı sakinlər tərəfindən sosial müdafiənin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər sosial və kommunal məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin əhəmiyyətli bir hissəsi yerindəcə həllini tapıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinlərin müraciət və təkliflərini diqqətlə dinləyib, qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələbləri və mövcud imkanlar çərçivəsində araşdırılması ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlərin yerində və operativ şəkildə həlli istiqamətində tədbirlər müəyyənləşdirilib.
Həmçinin oxuyun
Görüş zamanı bildirilib ki, vətəndaş müraciətlərinə həssas və məsuliyyətli yanaşılması, sakinləri narahat edən məsələlərin vaxtında araşdırılması və imkan daxilində həllinin təmin edilməsi şəhər rəhbərliyinin fəaliyyətində əsas istiqamətlərdən biridir. Bu baxımdan səyyar qəbul-görüşlər vətəndaşlarla birbaşa ünsiyyətin qurulmasına, mövcud problemlərin yerində öyrənilməsinə və aidiyyəti xidmətlərin fəaliyyətinin daha çevik əlaqələndirilməsinə imkan yaradır.
Zakir Fərəcov vurğulayıb ki, şəhərin ayrı-ayrı ərazilərində sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, kommunal və sosial məsələlərin həlli, abadlıq və infrastrukturun təkmilləşdirilməsi istiqamətində görülən işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif mikrorayon və məhəllələrində mütəmadi olaraq təşkil edilən səyyar qəbul-görüşlər əhalinin müraciətlərinin birbaşa yerində öyrənilməsinə, vətəndaşlarla dövlət qurumları arasında səmərəli ünsiyyətin gücləndirilməsinə və qaldırılan məsələlərin həllinin operativliyinin artırılmasına xidmət edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Formula 1-in sıralama turu başladı
Formula 1 Azərbaycan Qran-Prisində sıralama turuna start verilib.Citypost.az xəbər verir ki, yarışda hər birində 2 pilot olmaqla 11 komanda mübarizə aparır. Sessiya 1 saat davam edəcək.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.
25 Sentyabr 2026, 16:30
XİN-dən Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanat
Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd edilib.Bildirilib ki, Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər adlarla təqdim edilməsi qəbuledilməzdir:"Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir. Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən...
25 Sentyabr 2026, 16:28
Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobxidzeni doğum günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.Baş nazir təbrik məktubunda bildirb ki, Azərbaycan və Gürcüstanı əsrlər boyu mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan möhkəm münasibətlər birləşdirir:"Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur. Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişdir. Fəal siyasi dialoqumuz iqtisadi-ticari, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı zəmin yaradıb".Əli Əsədov iki ölkənin və xalqlarının firavanlığı, regionunun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-Gürcüstan ənənəvi dostluğu...
25 Sentyabr 2026, 16:20
Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları “brutto müqavilə” sisteminə qoşulub
Sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun təşkili və sərnişin məmnunluğunun artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində artıq Xankəndi və Naxçıvan şəhərlərində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətləri “brutto müqavilə” modelinə keçirilib. Növbəti mərhələdə Gəncə şəhərindəki müntəzəm marşrut xətləri bu sistemə inteqrasiya olunacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Yeni “brutto müqavilə” modelinə əsasən, bu daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az olduğu saatlarda,...
25 Sentyabr 2026, 16:14
120 nəfərlik toy müzakirələri başladı - DEPUTATIN MÖVQEYİ
Toy mərasimlərinin keçirilməsi ilə bağlı 120 nəfərlik limit tətbiq olunacağı barədə məlumat yayılıb. Bu məlumat xüsusilə toy hazırlığında olan və şadlıq saraylarında məclis keçirməyi planlaşdıran şəxslər arasında müəyyən suallar yaradıb. Artıq sosial şəbəkələrdə də müzakirə olunur. Sözügedən məhdudiyyətin hansı əsasla tətbiq ediləcəyi, bunun bütün şadlıq saraylarına aid olub-olmadığı və artıq planlaşdırılmış toy mərasimlərinə təsir edib-etməyəcəyi də maraq doğurur.Cebheinfo.az bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb. “Altun Saray”dan bildirilib ki, 120 nəfərlik limitin tətbiq olunacağı ilə bağlı məlumatlar yayılıb: “Lakin hazırda şadlıq sarayında belə bir limit tətbiq edilmir”. “Xan Saray”dan bildirilib ki, hazırda belə bir məhdudiyyət yoxdur və toy mərasimləri əvvəlki...
25 Sentyabr 2026, 15:55
Ovni Muradov Naxçıvanın təhsil naziri təyin edildi
Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bu gün Qərar qəbul edilib.Qərara əsasən, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi....
25 Sentyabr 2026, 15:55