Bizə yazın

Baku

-°C

USD

-

Sabahın hava proqnozu açıqlanıb  

Cəmiyyət 18 İyun 2025, 12:30

3017

İyunun 19-da gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Antonio Koşta Bakıda səmimi qəbula görə İlham Əliyevə təşəkkür edib 

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Bakıda səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.Citypost.az  xəbər verir ki, o, bu barədə Azərbaycan lideri ilə görüşdən sonra "X" sosial şəbəkəsindəki səhifəsində yazıb."Təşəkkür edirəm İlham Əliyev, Bakıda səmimi qəbula görə sağ olun. Mən gələcəyə dair ortaq baxışımızı əks etdirən, Aİ ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üzrə yeni çərçivə proqramı üzərində işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Artan qlobal gərginlik və qeyri-sabitlik şəraitində aramızdakı əlaqələrin möhkəmləndirilməsi həmişəkindən daha vacibdir", - Antonio Koşta qeyd edib....

11 Mart 2026, 22:06

Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib 

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.CityPost.az  xəbər verir ki, komissiyanın sədri MOK-un baş katibi Azər Əliyev təyin olunub.Komissiyanın tərkibində Təhminə Tağızadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Elgün Səfərov – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri və Fəridə Əzizova – Atletlər Komissiyasının sədri yer alıblar.Bildirilib ki, komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək....

11 Mart 2026, 21:09

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gedib 

Martın 11-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.Nümayəndə heyəti, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini də ziyarət edib.Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə görüşüb, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.Brifinq zalında...

11 Mart 2026, 21:01

İnzibati cərimələrin qaytarılması qaydası təsdiq edilib 

İnzibati cərimələrin qaytarılması qaydası təsdiq edilib.CityPost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərar artıq ödənilmiş, düzgün tətbiq edilməmiş və ya səhv ödənilmiş inzibati cərimələrin (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) qaytarılması qaydasını müəyyən edir.Qərara əsasən, ödənilmiş inzibati cərimə aşağıdakı hallarda dövlət büdcəsindən və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tamamilə qaytarılır:-inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlarda (elektron qərarlarda), o cümlədən elektron protokollarda nəzərdə tutulmuş miqdardan artıq inzibati cərimə ödənildikdə;-inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar (elektron...

11 Mart 2026, 18:55

Anar Əliyev Laçında sakinləri qəbul edib 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Laçın rayonunda sakinləri qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Qəbul zamanı vətəndaşlar məşğulluq, sosial təminat, əlillik və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar....

11 Mart 2026, 17:44

Xocavənddə əmək yarmarkası keçiriləcək 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.13 mart 2026-cı il tarixində, saat 10:00-da Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçiriləcək yarmarkada qaz paylayıcı stansiyanın operatoru üzrə vakansiyalar təqdim olunacaq.Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir....

11 Mart 2026, 17:37