Bizə yazın

Baku

-°C

USD

-

İnzibati cərimələrin qaytarılması qaydası təsdiq edilib 

Cəmiyyət 11 Mart 2026, 18:55

312

İnzibati cərimələrin qaytarılması qaydası təsdiq edilib.

CityPost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərar artıq ödənilmiş, düzgün tətbiq edilməmiş və ya səhv ödənilmiş inzibati cərimələrin (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) qaytarılması qaydasını müəyyən edir.

Qərara əsasən, ödənilmiş inzibati cərimə aşağıdakı hallarda dövlət büdcəsindən və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tamamilə qaytarılır:

-inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlarda (elektron qərarlarda), o cümlədən elektron protokollarda nəzərdə tutulmuş miqdardan artıq inzibati cərimə ödənildikdə;

-inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar (elektron qərarlar) şikayət və ya protest əsasında ləğv edildikdə və ya dəyişdirildikdə (inzibati cərimə əvvəlcədən ödənildiyi halda);

-təyinatı inzibati cərimə olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmək səlahiyyəti olan orqanların hesablarına inzibati cərimə kimi daxil olduqda;

-inzibati cərimə barəsində inzibati icraat aparılmayan şəxsin adından ödənildikdə.

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar (elektron qərarlar) şikayət və ya protest əsasında dəyişdirilərək aşağı məbləğdə inzibati cərimənin tətbiq edilməsinə münasibətdə inzibati cərimənin artıq ödənilmiş hissəsi geri qaytarılır.

Artıq ödəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və ya inzibati cərimə ödəyən digər şəxsin yazılı və ya elektron müraciətinə əsasən 20 (iyirmi) gün müddətində qaytarılır.

İnzibati cərimənin qaytarılması ilə bağlı məhkəmə qərarı qanunvericiliyə uyğun icra edilir.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya inzibati cərimə ödəyən digər şəxs artıq ödəmənin qaytarılmasını inzibati cərimənin ödənildiyi tarixdən 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.

Artıq ödəmənin qaytarılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında protokol (elektron protokol) və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərar (elektron qərar) qəbul etmiş orqana (vəzifəli şəxsə), inzibati cərimə ödəyən digər şəxs isə vəsaitin dövlət büdcəsinə daxil olduğu hallarda müvafiq maliyyə orqanına, vəsaitin inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanın hesabına daxil olduğu hallarda isə həmin orqana bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməlidir.

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya inzibati cərimə ödəyən digər şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, əcnəbilərə münasibətdə doğum tarixi və vətəndaşlığı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);

-ərizə təqdim edilən orqanın (vəzifəli şəxsin) tam adı;

-inzibati xəta haqqında protokolun (elektron protokolun) tarixi və nömrəsi (olduğu halda);

-inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın (elektron qərarın) tarixi və nömrəsi (olduğu halda);

-inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsi (olduğu halda);

-artıq ödəmənin məbləği;

-artıq ödəmənin yaranma tarixi və səbəbləri;

-artıq ödəmənin qaytarılmalı olduğu şəxsin bank rekvizitləri.

Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) ərizəyə daxil olduğu gündən 10 (on) gün müddətində baxmalıdır.

Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən bu Qaydada nəzərdə tutulmuş halların olub-olmaması araşdırılmalı və olduğu təqdirdə artıq ödəmənin qaytarılması barədə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş formada rəy tərtib edilməlidir. Tərtib edilmiş rəy bu Qaydada nəzərdə tutulmuş ərizə ilə birlikdə müvafiq xəzinədarlıq orqanına təqdim edilməlidir.

Araşdırma zamanı artıq ödəmənin qaytarılmalı olduğu halların mövcud olmadığı aşkar edildikdə, bu barədə ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən müvafiq qərar qəbul edilməli və müraciət edən şəxsə 5 (beş) gün müddətində əsaslandırılmış yazılı məlumat təqdim edilməlidir.

Bu Qaydanın 4.5-ci bəndinə əsasən ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

Xəzinədarlıq orqanları bu Qaydanın 4.4-cü bəndinə əsasən təqdim edilmiş sənədləri qəbul edirlər və 10 (on) gün müddətində baxırlar.

Xəzinədarlıq orqanları təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar etdikdə, sənədləri 5 (beş) gün müddətində rəy tərtib edən orqana qaytarırlar. Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edilmədikdə, artıq ödəmənin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər.

Sənədlər qaytarıldıqda rəy tərtib edən orqan bu Qaydaya uyğun olaraq müraciət edən şəxsə məlumat verməlidir.

Xəzinədarlıq orqanları tərəfindən rəy tərtib edən orqana artıq ödəmənin qaytarıldığı barədə 5 (beş) gün müddətində məlumat verilir.

Artıq ödəmənin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına daxil olmasından asılı olaraq dövlət büdcəsinin və ya müvafiq hesabın mədaxili artıq ödəmənin faktiki qaytarılmış məbləği qədər azaldılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anar Əliyev Laçında sakinləri qəbul edib 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Laçın rayonunda sakinləri qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Qəbul zamanı vətəndaşlar məşğulluq, sosial təminat, əlillik və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar....

11 Mart 2026, 17:44

Xocavənddə əmək yarmarkası keçiriləcək 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.13 mart 2026-cı il tarixində, saat 10:00-da Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçiriləcək yarmarkada qaz paylayıcı stansiyanın operatoru üzrə vakansiyalar təqdim olunacaq.Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir....

11 Mart 2026, 17:37

Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta mətbuata bəyanatla çıxış edirlər.Bu barədə APA-nın əməkdaşı xəbər verir.

11 Mart 2026, 17:05

Azər Qasımlıya hökm oxunub 

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 12 il müddətə azadlıqdan məhrum edilib."Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.Qeyd edək ki, A.Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir....

11 Mart 2026, 16:30

Məzahir, mən Bahadur Fərman deyiləm... - Qərib MEHDİ 

Ustad Qərib Mehdinin son yazılarındandı. Oxudum. Gəncəli günlərin xatirələrinə susadım. Sabir Əliyevli, Xəlil Yusiflili, Mürşüd Məmmədlili, Xəzangüllü, Aləmzar Əlizadəli, Nizami Aydınlı, Sahib İbrahimli, Ələsgər Əlioğlulu, Firəngizli günlərin havasında yaşadım. Ustadın kövrək xatirəsində yaşadım... Ruhu şad olsun. Sərvaz Şəmkirdə yaşayan şair dostum Məzahir Hüseynzadəyə zəng etdim:- Məzahir, "Ədəbiyyat qəzeti"ndə çıxan şeirlərini oxudum. Gözəl şeirlərdir. Səni təbrik edirəm.Cavabı məni çaşdırdı: "Sağ ol, Bahadur... Əsas sənsən, sənin fikrindi..."Sən demə, Bahadurun münasibətini dördgözlə gözləyirmiş. Amma mən qabağa düşmüşəm. Elə bilib zəng edən Bahadurdu.- Məzahir, mənəm ey, Qərib Mehdidi...Üzrxahlıq etdi.Növbəti zəngim Məzahirin yeni çıxmış kitabıyla bağlı oldu. Yenə də xoş təəssüratımı bildirmək istəyirdim. Həmən cavab verdi:...

11 Mart 2026, 16:28

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir 

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək görüşü keçirilir."Report"un məlumatına görə, əvvəlcə dövlət başçısı və Antonio Koşta birgə foto çəkdirdilər.

11 Mart 2026, 16:28